“SSİ RETAİL”ın çirkli biznesi... - İTTİHAM
Sosial / Dunya
Oxunub: 914
2 iy 2019 | 20:52
“SSİ RETAİL”ın çirkli biznesi... - İTTİHAM













Bir neçə ay öncə Bakıda, “Ladi Sharm” brend geyim mağazalarında saxta etikətlərlə satışa çıxarılan malların aşkar olunması ictimaiyyət arasında birmənalı qarşılanmadı. Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarəzı Baş İdarəsinin aşkar etdiyi bu cinayət əməlində kimlərin günahkar olmasından çox, alıcıların aldadılması daha çox müzakirə olundu. Daha sonra dövri mətbuat,elektron kütləvi informasıya vasitələri və sosial şəbəkələr bir çox brend geyim mağazalarında analoji halların baş verməsi barədə geniş məlumatlar yaydı. Sonra da sanki qurbağa gölünə daş atdılar. Hər şey öz axarına döndü.

Aktualinfo.org olaraq bu yöndə apardığımız araşdırmalar tam yekunlaşmasa da, əldə etdiyimiz bəzi məlumatların oxucular arasında böyük maraq doğuracağını nəzərə alaraq bir sıra məqamları geniş ictimaiyyətin diqqətinə çatdırmaq istərdik. Xarici ölkələrə tez-tez gedən tanışların sözlərinə görə Bakıdakı brend geyim mağazalarının əksəriyyətində satılan mallar, xarıcdə alınma qiymətindən qat-qat baha satılır.Əgər nəzərə alsaq ki, bu mağazalar xarici ölkələrdən geyim mallarını və digər aksesuarları topdansatış qiymətinə alırlar,onda qiymətlərin daha da çox baha olduğunu görmüş olarıq. “Ladi Sharm” mağazasındakı məlum olaydan sonra Bakıda sorgusu aparılmış bir çox brend mallar mağazasında məhsulun sertifikatı və alınma qiyməti müxtəlif bəhanələrlə gizlədildiyi məlum oldu. Bunun da səbəbi bəllidir. Xarıcdən gətirilən malların gömrük bəyannaməsində ölkəyə gətirilən malların istehsal tarixindən tutmuş, alınma qiymətlərinə qədər bütün məlumatlar göstərilir. Həmin bəyyannaməyə əsasən tutulan gömrük rüsumundan əlavə gəlirdən dövlətə vergi də nəzərdə tutulur. Amma görəsən gömrük bəyannaməsində göstərilənlər mallarla gətirilənlər eynimi olur? Yaxud da sözügedən malların satışından dövlətə vergi ödənilirmi?

Aktualinfo.org-un apardığı araşdırdrmalardan belə məlum oldu sözügedən brend geyim mağazalarının böyük əksəriyyəti imkanlı dövlət məmurlarına məxsusdur və bu mağazalarda il ərzində külli miqdarda vergidən yayınma hallarına yol verilir. Qeyd edək ki, dünyaca məşhur “New Yorker”,”Next”, “Manqo” və “Celio” kimi brend malların Bakı şəhərindəki mağazalarda satışını “SSİ RETAİL” Məhdud Məsuliyyətli Cəmiyyət həyata keçirir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departemində vergi ödəyicisi kimi qeydiyyata durmuş “SSİ RETAİL” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Nizami rayonu,Heydər Əliyev prospekti 115 də qeydiyyatdan keçib. Nizamnamə kapitalı 25000000.00 manat olan cəmiyyətin Vergilər Nazirliyində qeydiyyata alınmış rəsmi nümayəndəsi Qarayev Şahin Saleh oğludur. Azərbaycanda 25000000.00 manat nizamnamə kapıtalına malık bir MMC sahıbınin o qədər də tanınmadığı başqa mətləblərdən də xəbər verir. Yəni Şahin Qarayevin adı burada formal olaraq da göstərilə bilər.09.06.2003 cü ildən dövlət qeydiyyatına alınmış cəmiyyətin hüquqi ünvanı Səbail rayonu Rəsul Rza ev 3 göstərilib. Qeyd edək ki, “New Yorker”,”Next”, “Manqo” və “Celio kimi brend geyim mağazaları Bakının ən məşhur ticarət mərkəzlərində geniş mağazalar icarəyə götürüb ki, elə bu mağazaların aylıq icarə haqqı milyonlarla vəsait edir. Sahıbı “SSİ Retail” MMC olan mağazalar tərəfindən məlumatlara görə il ərzində külli miqdarda vergidən yayınma hallarına yol verir. Bu da onların qanunsuz yollarla külli miqdarda vəsaitlər əldə etməsinə gətirib çıxatrır. Əldə olunan həmin qanunsuz gəlirlər isə müxtəlif yollarla xarici ölkələrə ötürülür. Məsələn məlumatlara görə “SSİ Retail” MMC-nin hesablarından İsrailə, Pribaltika ölkələrinə və bir çox Avropa ölkələrinə tez -tez pullar köçürülür. Pulların hansı məqsədlə köçürülməsi bizə məlum olmasa da, MMC-nin tez- tez bank hesablarını dəyişməsi barədə bizə verilən məlumatlarda şübhəli məqamlar çoxdur. Məlumatlara görə “SSİ RETAİL” MMC il ərzində ofşor zonalara təyinatı məlum olmayan pullar köçürür ki, sonradan iz itirmək məqsədi ilə bank hesablarını dəyişir. Bəs görəsən həmin pullardan Vergilər Nazirliyinin, Dövlət Maliyyə Nəzarəti Xidmətinin məlumatı olurmu? İl ərzində ölkədən çıxarılan külli miqdarda pulun hansı məqsədlə çıxarılmasından şübhəsiz bütün quruimlar xəbərdar olur. Buna sadəcə göz yumulur. Bəs sözügedən cəmiyyətin Azərbaycanda vergidən yayınmaq yolu ilə əldə etdiyi pulları xarıci ölkələrə köçürməkdə məqsədi nədir?

Qeyd edək ki, ofşor zonalar dünya biznesində vergidən yayınma və çirkli pulların yuyulmasında əsas sahələrdən biridir. Məlum olduğu kimi bu gün Britaniya, ABŞ Atlantik okeanında yerləşən adalarda ofşor zonalar daha geniş yayılıb. Məlumatlı şəxslərin sözlərinə görə bu, yalnız Qərb ölkələrinə xas olan hal deyil. Ərəb dövlətlərinin də nəzarətində olan ofşor zonaları var. Ərəb ölkələrinin ofşor zonaları ilə qərb dövlətlərinin ofşor zonası arasında fərq ondan ibarətdir ki, Qərb dövlətlərində ofşor zonalarda ticarət, biznes, iqtisadi əməliyyatlarla bağlı məlumatlara çıxış daha asandır. Ərəb dövlətlərinin ofşor zonasında oraya qoyulan kapital, kapitalın kimə məxsus olması, həcmi, dövriyyəsi ilə bağlı məlumatlar bir növ kommersiya sirri sayılır

Məsələn Karib adaları çirkli pulların yuyulmasında ən çox adı hallanan ölkələrə (Nevis, Vircin adaları, Sent-Vinsent və Qredadin) aiddir. Həmin ölkələrdə ya vergilər ümumiyyətlə olmur, ya da vergilər ofşor şirkətlərə şamil edilmirsə, Men adalarında (Qernsi və Cersi – Şimali Avropa) ofşor şirkətlər vergi ödəmirlər. Bir neçə yüz funt il illik ödənişdən başqa audit, maliyyə hesabatlılığı tələb olunmur. Bunlardan fərqli olaraq Aralıq dənizi ölkələrində (Cəbəllütariq, Kipr) şirkət sahibləri haqqında məlumatlar açıq olur. Audit yalnız Kiprdə tələb olunur. Yeri gəlmişkən, postsovet məkanı ölkələrinin iş adamları əsasən Kiprin ofşor zonalarından istifadə edirlər. Qeydiyyatın bir qədər baha olduğu zona isə nüfuzlu Avropa ölkələri İsveçrə, Lixtenşteyn və Lüksemburqdur. Məlumatlara görə Cənub-Şərqi Asiya və Sakit okean ölkələrindən isə ofşor zonaya Honkonq, Sinqapur, Malayziya, Labuan adası daxildir. Burada audit tələb edilir, sahiblər haqqında detallar qeydiyyatdan keçirilir. Honkonq və Sinqapurda vergi yoxdur
Göründüyü kimi qanunsuz yollarla əldə olunan gəlirlərin leqallaşdırılması məqsədilə pulların xaricdə yuyulması üçün bizlərə bəlli olan nə qədər yerlər var. Bəs bizlərə məlum olmayan görəsən nə qədər belə yerlər var? Ölkədən ofşor zonalara pullar hansı yollarla ötürülür. Bunun bir neçə üsulu var. Nizamnamə kapitalı 10-15 manat olan bir MMC yaradılır. Həmin MMC nin bank hesabından hansısa bir xarıcı ölkədən mal material, avadanlıq alınması üçün xaricdə yaratdıqları özlərinə məxsus firmalara pul köçürülür.Maraqlıdır görəsən Azərbaycanda dövləti aldatmaq bu qədərmi asan və sadədir? Əlbəttə yox,sıradan bir şəxs ölkədən qanunsuz olaraq heç 1000 manat belə cıxara bilməz. Bu pulları ancaq xarıcı ölkələrdə milyonlarla dəyəri olan əmlak alanlar çıxara bilər. Onlar kimlərdir?

Bir neçə aydır ki, bir sıra dövlət məmurlarının xarici ölkələrdəki var dövləti barədə dövri mətbuatda yayılan məlumatlar ölkə ictimaiyyətinə heç də sirr deyil. Demək olar ki, sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti bu yayılanlara hansısa formada münasibət bildirir, narazılığını ifadə edir. Azərbaycan Beynəlxalq Bankı ətrafına baş verənlərdən sonra Milli Bankın rəhbəri Elman Rüstəmovun, onun qudası Meliorasıya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadənin, sabiq Vergilər nazırı Fazıl Məmmədovun, keçmiş Kənd Təsərrüfatı nazıri İsmət Abbasovun xarici ölkələrdə üzə çıxan əmlaklarına hər gün bir yeni sima daxil olur.Artıq bu siyahıya rayon İcra Hakimiyyəti başçılarının da adları əlavə edilir ki bu da əhalı arasında geniş müzakirələr yaradır, narazılıqlara səbəb olur. Əhalinin narazılığına səbəb olan bu kimi talama halları məhz ofşorlar vasıtəsi ilə həyata keçirilir. İndi təsəvvür edin bir MMC il ərzində vergidən yayınmaq yolu ilə əldə etdiyi gəlirləri çox asan yollarla xarıcə çıxara bilirsə,əlində səlahiyyətləri olanlar nələr edir?
Aktualinfo.org
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var