Təhsil idarəsi direktoru necə qoruyur? - Dərs ili bitəndən sonra davamiyyət təftiş olunur...
Sosial
Oxunub: 600
28 in 2019 | 22:44
Təhsil idarəsi direktoru necə qoruyur? - Dərs ili bitəndən sonra davamiyyət təftiş olunur...














Artıq uzun müddətdir ki, Rubrika.az saytında 20 saylı məktəb-liseydə təhsil adına baş verən rəzalətdən və müəssisənin direktoru Səadət Veysovanın qanunsuz əməllərindən bəhs edən silsilə yazılar dərc olunur. Həmin yazılarda faktlar əsasında məktəb-liseydə formalaşan rüşvətxor-korrupsioner idarəetmə və onun acı nəticələrindən söhbət açılır. S.Veysovanın bütün karyerası boyunca Azərbaycan təhsil sisteminə vurduğu sağalmaz yaralar barədə ətraflı məlumat vermişik. Qısaca olaraq bir daha xatırlatmaq istərdik ki, hal-hazırda rəhbərlik etdiyi 20 saylı məktəb-liseydə acınacaqlı durum yaranıb- məlumatlarda bildirirlir ki, son tədris ilində yuxarı siniflərdə davamiyyət pis vəziyyətdə olub, müəllimlərdən və şagirdlərdən pul toplanılması adi hal alıb. Cəmi 2 il bundan əvvəl prezident səviyyəsində açılışı olmuş bir məktəbdə hər bir sinifdən təmir adı altında 120 manat pul toplanması barədə məlumat verilir. Həmçinin 11-ci sinfi bitirənlərdən 40 manat toplanılması barədə də sosial şəbəkələrdə valideynlər həyəcan siqnalı verirdilər. Məktəbin 9,10,11-ci siniflərində tədris formal xarakter daşıyır. Şagirdlər illik haqq alınmağın müqabilində məktəbdən yayınaraq müxtəlif kurslara və ya repititor müəllimlərin yanına gedirlər. Bütün il boyu bu yolla S.Veysovanın “büdcə”sinə xeyli vəsait toplanır.
Biz bütün bunlar haqqında dəfələrlə həyacan təbili çalmışıq, yazılar dərc etmişik, cari ilin mart ayının 6-da BBTİ-nə sorğu göndərmişik. Amma, üstündən aylar keçməsinə baxmayaraq sorğumuza heç bir cavab verilmədiyini görəndə məcbur olub üz tutduq BBTİ-nə. Məsələ ilə bağlı 27.06.2019-cu il tarixində BBTİ-nin daxili nəzarət şöbəsinin müdir əvəzi Sərxan müəllimin qəbulunda oldum. Müraciətimizin isə BBTİ-nin Nazim adlı əməkdaşının icraatında olduğunu bildirdilər. Burada maraqlandım ki, əcaba nədən bir media qurumu olaraq 3 aydan çoxdur ki, sizə ünvanladığımız sorğuya heç bir cavab vermirsiniz? BBTİ-də bizə bildirdilər ki, qəti narahat olmayın, hazırlaşırıq sizin göstərdiyiniz faktları yerindəcə yoxlamağa və sizə də nəticələri barəsində məlumat verəcəkdik. Vallahi,dünyada çox qəribə hadisələrin baş verdiyinin şahidi olmuşuq, amma dərs ili başa çatandan sonra BBTİ-nin yuxarı siniflərdə davamiyyəti necə yoxlayıb bizə də məlumat verəcəyini tapa bilmirik. Yaxud digər neqativ halların nəticələri hansı yollarla yoxlanılacaq? Bəlkə BBTİ Stalinin məşhur “insan yoxdursa problem də yoxdur” prinsipi ilə çalışır. Yəni bizə məlumat verəcəklər ki, şagird yoxdur,deməli artıq problem də yoxdur!
Çox maraqlıdır ki, BBTİ-nin yetkililəri nədən aylardır bu qədər tənqidlərə rəğmən 20 saylı məktəb-liseydəki vəziyyəti yoxlayıb tədbir görməyib. S.Veysovanı onlar üçün bu qədər toxunulmaz edən səbəblər hansılardır? Cinayətkar bir övlad tərbiyə edərək cəmiyyətə təqdim edən və bunu cidd-cəhdlə gizlədən birisini BBTİ nədən belə himayə eləsin? Rəyini soruşduğumuz təhsil ekspertləri, valideynlər belə bir halın təhsil adına utancverici bir hal olduğunu və dərhal S.Veysovanın böyük təhsil ocağının rəhbərliyindən uzaqlaşdırılmasının vacibliyini qeyd etdilər. Hamının narazılığını qazanmış birisini himayə etməyin, qorumağın adını biləniniz varsa bizə desin!
Göründüyü kimi BBTİ məsələlərə nəinki operativ münasibət bildirir, əslində heç onlarla maraqlanmır. Belə olmasaydı böyük səs-küy doğuran faktlara bunca laqeyd münasibət göstərilməz, dərslər qurtarandan sonra davamiyyət yoxlamağa getmək kimi analoqsuz addımlar atılmazdı. Yəqin bu suallara tezliklə BBTİ-nin müdiri Rəşad Tağıyev cənabının qəbulunda olanda cavab taparıq.Məlumat üçün bildiririk ki, mövzu ilə əlaqədar 09.07.2019-cu il tarixində BBTİ-nin müdiri cənab Rəşad Tağıyevin qəbuluna yazılmışam.
Sizi də məlumatlandıracağıq,dəyərli oxucular, suallarımıza cavab tapa bilsək...
Ardı var.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu