Direktorla bağlı nazirə suallar ünvanlandı - İTTİHAM
Sosial
Oxunub: 457
24 in 2019 | 21:40
Direktorla bağlı nazirə suallar ünvanlandı - İTTİHAM















Son günlərdə cənab Prezident tərəfindən davam etdirilən və cəmiyyətdə müsbət mənada böyük rezonans doğuran kadr islahatları əsas müzakirə mövzusudur. Ümummilli lider deyirdi ki, kadrların saflığı uğrunda mübarizə bizim əsas məqsədimiz olmalıdır. Çünki, istənilən böyük layihənin, islahat paketinin arxasında insan amili durur. Bacarıqlı, çevik bir komanda ilə böyük uğurlara imza atmaq mümkündür. Amma, böyük bir mexanizmin kiçik bir vintciyi belə yerində olmazsa qarşıya qoyulan məqsədə çatmaq mümkünsüz olur.

Ceyhun Bayramovun diqqətinə: bu qatarın sərnişinləri arasında hələ də keçmişin nostalji hisləri ilə yaşayan, onu relsdən çıxarmağa çalışanlar yetərincədir

Təhsil sistemində aparılan ardıcıl islahatlar ilkin nəticələrini göstərməkdədir. Obrazlı şəkildə desək uzun illər yerində sayan bir qatarı artıq relsə qaytarmaq mümkün olub. Bir daha cənab nazir Ceyhun Bayramovun diqqətinə çatdırmaq istəyirik ki, bu qatarın sərnişinləri arasında hələ də keçmişin nostalji hisləri ilə yaşayan, onu relsdən çıxarmağa çalışanlar yetərincədir. Biz xeyli zamandır ki, onlardan biri haqqında ətraflı məlumatlar veririk. Görünən odur ki, nədənsə hamının bildiyini çoxdan bilməli olanlar bunları bilmirlər və ya bilmək istəmirlər. O səbəbdən Azərbaycan təhsilinə sağalmaz yaralar vuran Səadət Veysovanın bioqrafiyasından seçdiyimiz vacib məqamları bir daha diqqətinizə çatdırırıq.
Səadət Veyisova Şamaxıda məktəb müəllimliyindən rayon təhsil şöbəsinin müdiri, daha sonra isə Təhsil Nazirliyinin əməkdaşı kimi məsul vəzifələrə yüksəlib. Bütün karyera yüksəlişləri dönəmində özündən sonra “silinməz izlər” buraxaraq irəliləyib. Onun Şamaxı təhsil şöbəsinə rəhbərlik etdiyi vaxtları bu gün rayonda ürək ağrısı ilə xatırlayırlar. Onun rəhbərliyi Şamaxı təhsilinə “səadətli günlər” yaşatmasa da vurduğu zərbələrin yaraları hələ də sağalmır. Bu gün də eyni ampuladan çıxış edən S. Veyisova öz əməlləri ilə Azərbaycanın bütün təhsil sistemini, dövlətin təhsil strategiyasını yerlə bir etməyi bacarıb. Rəhbərlik etdiyi məktəbdə baş verənləri gizlətmək üçün o “ən modern yollara” əl atır.
Etdiyi əməllərə, törətdiyi qanunsuzluqlara görə tez-tez medianın gündəminə gələn S.Veysova suallardan və məsuliyyətdən yayınmaq üçün kimliyini belə gizlədir. Məlumat üçün bildirək ki, S.Veysova ona münasibət bildirmək üçün zəng edən jurnalistə özünü direktorun köməkçisi kimi təqdim edərək cavabdan yayınmışdı və bu hadisə sosial mediada böyük səs-küyə səbəb olmuşdu. Gah öz köməkçisi, gah da digər adlarla media mənsublarını çaşdırmağa çalışan S.Veysovanın bu əməli dövlət qulluqçusuna yaraşmayan bir hərəkət, qanunlara sığmayan bir oyunbazlıqdır.
1. Özü öz yerində olmadığını əməlləri ilə sübut edən birisini hələ də vəzifədə saxlamaq nə dərəcədə düzgündür?

2. Ölkənin media qurumlarını yalan danışmaqla çaşdıran birisinin təlim-tərbiyə müəssisəsinə rəhbərlik etməyə ümumiyyətlə mənəvi və hüquqi haqqı çatırmı?
Amma, bu da son deyil. Səadət Veysova vəzifə pillələrində yüksəldikcə öz keçmişini,bioqrafiyasını dəyişməyə, qaranlıq məqamları gizlətməyə nail olub. Hamıya məlumdur ki, övladının səhvi ucbatından son illərdə Azərbaycanda ən yüksək vəzifəli şəxslər belə cəzalandırılıb, kreslosu ilə vidalaşmalı olub. Övladının nümunəvi davranışı ilk növbədə təhsil işçiləri üçün vacibdir. Ələlxüsus bu vəzifədə olanlar üçün zəruridir. Amma, nədənsə S. Veyisova öz dosyesindən oğlu Tamerlanın Rusiya Federasiyasında quldurluq maddəsi ilə həbsdə olması faktını məharətlə gizlədə bilib.

1.Görəsən böyük bir təhsil ocağına rəhbər təyin olunan birisinin bioqrafiyasındakı bu boyda qara ləkə necə olub ki, gözdən qaçıb?

2.Öz doğma övladını layiqincə tərbiyə edə bilməyən birinə görəsən minlərlə şagirdin taleyi necə etibar edilir ?

3. Uzun illər bu faktı məharətlə gizlədən S.Veysovanın dövlət strukturlarını aldatmasına nə ad vermək olar?

20 saylı məktəb-liseyə direktor təyin olunandan sonra yarıtmaz fəaliyyətinə görə S.Veysova artıq 2 dəfə BBTİ tərəfindən töhmət alıb.Belə ki, Səadət Veysova işgüzar qaydalara və pedaqoji etikaya riayət etməyərək “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub. Nəticədə təhsil müəssisəsində məktəb-valideyn-müəllim münasibətlərinə nəzarətin zəif təşkil edildiyi, bir sıra istiqamətlərdə zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülmədiyi məlum olub. Məhz bu səbəblərin hansı fəsadlar törətdiyini, valideynlərin etirazlarının gündən-günə şiddətləndiyini isə sadəcə sosial şəbəkələrdə qısa araşdırmadan sonra görmək olar.
1.Qısa müddət ərzində 2 dəfə töhmət alan birisinin hələ də vəzifədə qalması hansı məntiqə sığır?
2. S.Veysova hansı əməllərinə görə əvəzedilməz kadr hesab olunur və kimlər tərəfindən cidd cəhdlə müdafiə edilir?
Ona göstərilən böyük etimad S.Veysova tərəfindən rüşvət və korrupsiya səviyyəsinə endirilib. İş o həddə çatıb ki, etdiyi qanunsuzluqlara don geyindirmək üçün elə adlardan istifadə edir ki, buna heç bir izah vermək mümkün deyil. Təsəvvür edin ki, məktəb direktoru olan şəxs çox hörmətli Mehriban xanımın, həmçinin hər kəsin böyük hörmət göstərdiyi Arzu xanımın yaxınlarının adından istifadə edərək özünü toxunulmaz birisi kimi təqdim edir.
1. Yarıtmaz fəaliyyəti ilə tənqid obyektinə çevrilən, dəfələrlə töhmət alan birisinin dövlət xadimlərinin adından istifadə edərək qanunsuz əməllərə imza atmasının bir izahı varsa onu təqdim etmənizi rica edirik.
2. Tənqidlərdən nəticə çıxartmaq əvəzinə öz qanunsuz əməllərinin miqyasını daha da genişləndirən, mediaya təzyiqlər edən S.Veysovaya dövlətin ali iradəsini göstərməyin məqamı deyilmi?
3. Nəhayət fəaliyyəti ilə sizin böyük işlərinizə kölgə salan birisini himayə edənlər eyni zamanda sizin islahatlarınıza zərbə vurmurmu?
İnanırıq ki, suallarımıza cavab verəcək və qəti tədbir görəcəksiniz. Bu hamımız üçün ən doğru olanıdır!

PS.Məlumat üçün bildiririk ki, əvvəlki yazılarımızın linkini də yazıya əlavə edirik. Və eyni zamanda xatırladırıq ki, ilk yazımız dərc edilməzdən əvvəl 06 mart 2019-cu il tarixində bu barədə münasibət öyrənmək üçün Bakı Şəhər üzrə Təhsil İdarəsinə müraciət ünvanlamışıq.

http://rublika.az/index.php?newsid=50771

http://rublika.az/index.php?newsid=50796
Rubrika.Az
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV