Hacı İbrahimdən Prezidentə şikayət: - "Dövlət binamızı öz balansına götürsün"
Sosial / Dunya
Oxunub: 985
14 in 2019 | 22:21
Hacı İbrahimdən Prezidentə şikayət: - "Dövlət binamızı öz balansına götürsün"













Xətai rayonu, Nobel prospekti 189-a ünvanda yerləşən "RRR” MTK-nın 50-dən çox sakini dövlət başçısına şikayət məktubu ünvanlayıb.

Onlar bildirilər ki, təxminən 10 il öncə inşa edilən bina sözün əsl mənasında, Allahın ümidinə qalıb: "Bu günə qədər binanı inşa edən şirkət və onun rəhbərləri ilə bağlı müxtəlif qurumlar tərəfindən araşdırmalar aparılıb, bəzi məsul şəxslər həbs edilib, bəziləri isə istintaqa cəlb edilibdir. Problemin ən ağrılı tərəfi ondan ibarətdir ki, sahibsiz qalan binanın bu günə qədər "yaşama” səbəbi məhz orada yaşayan sakinlərdir. Belə ki, müqaviləyə uyğun olaraq təhvil verilməyən işlərin bir çoxunu sakinlər öz şəxsi hesablarına ediblər".

Şikayətçilərin dediyinə görə, yaşayış binasının qaz və su təminatını da sakinlər pul toplayaraq həll ediblər: "Ümumilikdə, bina ilə bağlı ən xırda problemin həlli belə sakinlərin "ixtiyarına” buraxılıb. Bununla belə, hazırda onlarla xırda problem hələ də öz həllini tapmayıb".

Sakinləri narahat edən əsas məsələ binanın tam istismara verilməsi, liftlərin quraşdırılması və çıxarışın alınması ilə bağlıdır: "Burada əsas çətinlik yaradan məsələ isə sakinlər üçün nəzərdə tutulan liftlərin quraşdırılmaması ilə bağlıdır. Bununla bağlı Fövqaladə Hallar Nazirliyi (sənəd əlavə edilib) bir neçə dəfə Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimova məktubla müraciət etsə də, məsələ öz həllini tapmır. Çox güman ki, yaxın gələcəkdə də bu problem öz həllini tapmayacaq. Biz Sahib İbrahimovun özü ilə görüşdük. Şəxsən üzümüzə dedi ki, kimə istəyirsiniz deyin, özünüzü yandırın, yolu kəsin, belə şeylərlə məni qorxuda bilməzsiniz. Bu cavab biz sakinləri çox ciddi şəkildə narahat edir".

Sakinlər ölkə başçısı İlham Əliyevə də müraciət ediblər: "Prezident İlham Əliyev yeganə ümidimizdir. Hər zaman xalqı düşünən prezidentimiz 2019-cu ildə mənzillərin ististmara verilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu bizə bir daha ümid verdi, düşündük ki, problem qısa zaman kəsiyində öz həllini tapacaqdır. Ancaq bu adam aidiyyatı qurumları saymır. Bizdə olan məlumata görə uzun müddət istismara verilməyən binalar dövlətin balansına keçir və beləliklə bütün texniki və hüquqi məsələlər öz həllini tapmış olur. Sahib İbrahimovun mövqeyi aydındır. Bu mənada biz, 50-dən çox sakin Prezident İlham Əliyevə güvənərək yaşadığımız binanın dövlətin balansına keçirilməsini və illərlə bizə aid olmayan problemlərin həll olunmasını xahiş edirik” (7NEWS.az)
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı