“Səhər acqarına su içməyin elmi əsası və faydası yoxdur, cəfəngiyyatdır” – Həkimdən ŞOK
Sosial
Oxunub: 645
14 in 2019 | 09:59
“Səhər acqarına su içməyin elmi əsası və faydası yoxdur, cəfəngiyyatdır” – Həkimdən ŞOK


Artıq bir neçə ildir ki,gündəmdə olan, az qala sağlamlığın düsturu kimi tətbiq olunan səhər yuxudan oyanan kimi acqarına, boş mədəyə bir stəkan su, hətta bəzən limonlu su içməklə orqanizminə fayda verdiyini düşünənləri bu xəbərlə məyus edəcəyik.
İnternet resursunda yer alan, çox zaman hətta dietoloq, məşhur və həkimlərin tövsiyyə etdiyi bu metodun əsassız olduğu iddiası irəli sürülür.

Minval.info xəbər verir ki, bu barədə uroloq-androloq həkim Behnam Kazemi Medicina.az-a bildirib. O, fikrini elmi əsaslara söykənərək söylədiyini qeyd edib.

“Bu məsləhətin dünya tibbində, ədəbiyyatında heç bir mənbəyini tapa bilməzsiz. Hansı dünya alimi, həkimi bunu tövsiyyə edib, kim bu məsləhəti internetə salıb, yayıb, bilmirəm. Amma səhər acqarına su içməyin sağlamlığa heç bir faydası yoxdur, əksinə zərəri var. Bunu mən insan anatomiyası, həzm prosesini bilən bir həkim kimi deyirəm, bunu elm deyir.

Birincisi – təbiət mədəyə öz pH mühitini verib və onun öz qanunları var. Mədə şirəsi pH-ın səviyyəsini 4-5 arasında saxlayır. Siz hesab edin ki, səhər acqarına pH-ı sıfır olan suyu – amfoteri götürüb turşunun üzərinə tökürsüz. Turşu pH səviyyəsini daha da qaldırıb, qələvi mühitinə çatdıracaq. Təsəvvür edin, mədənin selikli qişası, bütün hüceyrələri, bütün fəaliyyəti pH üzərində qurulub. Bədən insan yatandan sonra mədədə səhərə kimi bu mühiti yaradır, saxlayır, amma insan durub bir stəkan su içməklə onu məhv edir. Bunun hansı tibbi faydası ola bilər?

Mədənin pH mühiti qələvi mühitə çevirəndə beyinə siqnal gedir ki, burada işləmək lazımdır, orqanizm təzədən pH-ı endirməyə çalışıb, çoxlu turşu sintez edəcək.

Acqarına su içmək normal mədə şirəsini durulaşdırır, qatılığını aparır. Buna görə mədə boş-boşuna çalışıb turşu hasil etməyə başlayır. Beləliklə, biz mədəni qəsdən səhv yola yönəldib çaşdırırıq.

Boş mədə çox miqdarda turşu hasil edəndə selikli qişa turşudan aşınır, zədələnir, iltihab yaranır.
Bundan sonra mədədə qastrit, xora, həzm pozğunluğu və böyük faciələrə yol açırsınız”.

“Səhər acqarına su içməyin elmi əsası və faydası yoxdur, cəfəngiyyatdır” – Həkimdən ŞOK


Bəs, səhər oyanan kimi insanlar nə yesin, nə içsin ki, mədənin təbiətinə uyğun olsun və bütün bu kimyəvi prosesləri pozmasın?

Həkim bunun üçün qədimdən dədə-babalarımızın səhər yeməyini misal çəkdi.

“8-9 saat yuxuda ac qalan insan oyanan kimi zülal tərkibli qidalar qəbul etməlidir. Bizim adətimizə görə, ən yaxşı seçim pendir, şor, kərə yağı, yumurtadır. Daha sonra yavaş-yavaş karbohidrata keçirik: Lavaş, çörək. Ən gözəl karbohidrat şirin çaydır. Pendirdə tiramin maddəsi var, pendiri çox yedikdə, mədəni qıcıqlandıracaq, onu qoz ləpəsi ilə yemək lazımdır ki, onu fosforlaşdırsın. Sonra az miqdar sitrus meyvəsi yemək olar. Belə qidalanmaq lazımdır, 2 fincan suyu ac mədəyə içmək yox.

Yağlı, qızarmış qidalar səhər olmaz: məsələn, qızarmış kolbasa, sosis məsləhət deyil”.

Həkim internetdə yayılan hər cəlbedici məsləhətin elmi əsasının, mənbəyinin araşdırılmasını və yazılanlara inanmamağı tövsiyyə edir:

“Ona görə millətimiz kökdür, piylənmə çoxalıb, mədəsi yara, maddələr mübadiləsi pozulub, diabet yayılır. Bəs qidalanman səhv olanda, necə olmalıdır?

Hələ toylarda birincisi yağlı, mayonezli salatlar, üstündən kabab, ardıyca aş, yağlı qara, üstündən tort, dondurma- belə qidalanma harda görmüsüz? Bu heç bizim adət – ənənəmiz də deyil axı.

Hər yeməyin mədədə həzm müddəti və mədəni tərk etmək vaxtı var.

Yadınızda saxlayın: bütün yağlı yeməklər mədəni 1-1,5 saat sonra tərk edir. Zülallar 40 dəqiqə, karbohidratlar 30 dəqiqə ərzində həzm olunur. İndi baxın yağlı yemək, üstündən zülal, üstündən yenə yağlı tort. Tort yuxarıda qalıb, yağlı yemək altda. Bunlar ardıcıl tərk etməyəcək mədəni. Tez həzm olunanlar aşağı tez çatmaq istəyəcək, amma altdakı yağlı yemək imkan verməyəcək, yolu tutub. Elə bilin, növbədə basabas düşür. Bu zaman mədə şirəsi xaos vəziyyətində ifraz olur ki, həzmi tezləşdirsin.

Üstəlik, qazlı su içib, hava udub, qaz da mədədən basır diafraqmanı, ordan ürək sıxılır və bir az ürəyi zəif insanın ürəyi dözmür. Ona görə toylarda, məclislərdə infarkt halları çox olur. Adamlar var, mədə yırtığı, diafraqmal yırtığı var, mədəsi uzanıb, döş qəfəsinə keçir.

İndi hər yeməyin yanında su verilir. Suyu yeməyin yanına qəti qoymaq olmaz. Su yeməkdən ya yarım saat əvvəl içilməlidir, ya da 1 saat sonra. Səhər acqarına, axşam yatanda su içib mədənin mühitini dəyişmək olmaz”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu