Xəstəni ölümlə üz-üzə qoyan Aytən Səfərova ona barışıq təklif edib
Sosial
Oxunub: 627
14 in 2019 | 09:22
Xəstəni ölümlə üz-üzə qoyan Aytən Səfərova ona barışıq təklif edib


Bu gün əməliyyat zamanı sidik kisəsindən xəsarət alan Bakı şəhər sakini 33 yaşlı Gülçin Nəsib qızı Aslanovanın ginekoloq Aytən Səfərovaya qarşı iddiası üzrə çıxarılmış məhkəmə qərarından apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Cebhe.info xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesə hakim Elşad Şamayev sədrlik edib. Məhkəmə iclasında iddiaçı, onun vəkili və cavabdeh tərəfin nümayəndəsi iştirak edib. Açıq keçirilən məhkəmə prosesində hakim hər iki tərəfin birinci instansiya məhkəməsinin çıxardığı qərardan apelyasiya şikayəti verdiyini bildirib. Məlum olub ki, həkim A.Səfərova iddiaçı tərəfə barışıq təklif edir.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə G.Aslanovanın həkim-ginekoloq Aytən Səfərovaya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə iddiasına bu ilin martında baxılıb. Zərərçəkən tərəf həkimə cinayət işinin açılmasını, əməliyyat xərclərinin qaytarılmasını və əlavə olaraq 50 min manat təzminat ödənilməsini tələb edib. Məhkəmə hesab edib ki, G.Aslanovanın sağlamlığına məhz Aytən Səfərovanın icra etdiyi cərrahiyyə əməliyyatı zamanı ziyan dəyib.

Məhkəmənin qərarı ilə A.Səfərova iddiaçıya 7 min 108 manat 67 qəpik, eləcə də mənəvi zərər kimi 200 manat ödəməlidir. Ayrıca şikayətçinin Aytən Səfərovanın məsuliyyətə cəlb edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə verdiyi digər iddiasına da baxılıb və məhkəmə işin yenidən araşdırılmasına qərar verib.

Onu da vurğulayaq ki, Bakı Şəhər Prokurorluğuna həkim-ginekoloq A.Səfərovaya cinayət işinin açılması ilə bağlı edilən müraciət baxılması üçün Səbail Rayon Prokurorluğuna göndərilib. Hazırda Səbail RP-da işə baxılır.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu