Alimlər AAK-ın sədr əvəzinə qarşı: - “Diplomu saxtadır, səlahiyyətlərindən sui-istifadə edir”
Sosial
Oxunub: 711
11 in 2019 | 21:55
Alimlər AAK-ın sədr əvəzinə qarşı: - “Diplomu saxtadır, səlahiyyətlərindən sui-istifadə edir”













Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Dia.az xəbər verir ki, AMEA əməkdaşlarının Moderator.az saytı vasitəsi ilə yayılan müraciətinə səbəb Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədr əvəzi Famil Mustafayevin qanunsuzluqlarıdır.

Həmin müraciəti təqdim edirik:

“Möhtərəm Cənab Prezident!

AAK-ın sədr əvəzi Famil Mustafayevin professor diplomunun verilməsində, AAK-ın “Elmi adlar və elmi dərəcələrin verilməsi qaydaları haqqında” Əsasnamənin 6-cı bəndinin 45-ci maddəsi kobud şəkildə pozulmuşdur.

Belə ki, maddəyə əsasən kafedra üzrə professor elmi adı almaq üçün elmlər doktoru diplomu təsdiqləndikdən 4 il keçdikdə sonra AAK-a professorluğa sənədlər təqdim edilə bilər. Famil Mustafayevin isə “Elmlər doktoru” dərəcəsi 24 iyun 2011-ci ildə təsdiq olduğu halda, “İqtisadi nəzəriyyə” kafedrası üzrə professor elmi adı 06 iyun 2014-cü ildə təsdiq edilmişdir. Yəni, heç 3 il keçməmişdir. Əgər nəzərə alsaq ki, sənədlər AAK-da 4-5 fq ekspertiza olunur, deməli, təxmin etmək olar ki, müddətdən 2 dəfə tez olaraq Famil Mustafayevin sənədləri qəbul edilmişdir. Onda adam dəhşətə gəlir!!! Bu qədər də prosedur pozuntusu olarmı?!”

Müraciət müəlliflərinin yazdığına görə, Vikipediyada Famil Mustafayevin tərcümeyi-halına baxdıqda görünür ki, həmin dövrlərdə o, AAK-ın İqtisadiyyat üzrə Ekspert Şurasının sədri olub: “Deməli, Famil Mustafayev həm də həmin dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Əsasnaməni kobud şəkildə pozmuşdur. Əsasnamə isə gördüyünüz kimi dəqiq, mütləq 4 il müddətini hamı üçün qeyd-şərtsiz, zəruri edir.

Hər bir halda F. Mustafayevin bugünki professor diplomu legitim deyildir, prosedur pozuntusuna yol verilmişdir və deyə bilərik ki, SAXTADIR!

Əsasnamənin 9-cu “Elmi dərəcələrədən və elmi adlardan məhrumetmə və onların bərpa edilməsi” bölməsinin 54-cü maddəsində yazılır ki, elmi dərəcə və ya elmi ad bu Əsasnamənin tələbləri pozulmaqla verildiyi halda, həmin şəxs elmi addan məhrum edilir.

Deməli, birmənalı şəkildə Famil Mustafayev professor diplomundan məhrum olmalıdır! Çünki saxtakarlığa yol verilmişdir! Həm də o, məsuliyyətə cəlb olunmalıdır, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün.

Ancaq təəssüflər olsun ki, biz AMEA-nın institutlarında və hətta bəzilərimiz maddiyyat ucbatından, ali məkəblərdə səhərdən axşama qədər çalışsaq da, Famil Mustafayev AAK rəhbərliyinə gəldikdən sonra bizim dosent elmi adı almaq üçün sənədlərimizi gecikdirir və ekspert şuralarına göndərir. Əvvəllər isə belə hallar olmurdu.

Deməli, F. Mustafayevin AAK-ın sədr əvəzi vəzifəsində obyektiv və təmiz işləməsinə inanmırıq, çünki o, artıq şuranın sədri olduqda səlahiyyətlərindən sui-istifadə edərək, özünə saxtakarlıqla professor diplomu verilməsində böyük rol oynamışdır və həm də 90-ci illərdə Əmlak Komitəsində işləyərkən dövlətimizin əmlakını (Bakı Mexaniki Təmir zavodunu) ÖZÜNÜNKÜLƏŞDİRMİŞDİR! İndi də var - dövlət sahibidir. Biz düşünürük ki, AAK rəhbərliyi saxta professor diplomu olan və dövlət əmlakını talayanların yeri deyildir”.

AME əməkdaşları müraciətlərində bildirirlər ki, Famil Mustafayevin doktorluq dissertasiyasının araşdırılması sona çatmaq üzrədir və dəhşətli faktlar var: “Famil Mustafayevin dissertasiyası, əsasən 1998-2002-ci illərdə Rusiyada müdafiə olunmuş dissertasiyaların birləşməsinin tərcüməsindən ibarətdir. Növbəti məktubumuzda Sizi bu şok faktlarla tanış edəcəyik”.

Prezidentə müraciətdə qeyd olunur ki, Famil Mustafayev Ali Attestasiya Komissiyasında sədr əvəzi kimi işə başlayan kimi təcrübəli mütəxəssisləri (20 nəfər), o cümlədən əksəriyyəti professorlar olan şəxsləri heç bir səbəb olmadan işdən kənarlaşdırıb: “Bəs AAK-a kimləri dəvət etmişdir? Peşə Təhsili Agentliyində və 1995-2000-ci illərdə Əmlak Komitəsində çalışan əməkdaşları (???). Burada nə baş verir? Ali Attestasiya Komissiyası əvəzinə Peşə Təhsili Komissiyası yaradılır? Elmi adların və elmi dərəcələrin ekpertizası kimlərə həvalə olunur?! Buna göz yummaq elmimizin faciəsidir!”

Müraciətdə qeyd olunur ki, Famil Mustafayev 1995-2000-ci illərdə Əmlak Komitəsində məsul vəzifədə işləyib. Bakı Mexaniki Təmir zavodunu isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özəlləşdirib və indi həmin zavod “Konteks” MMC kimi fəaliyyət göstərir.

Müraciətdə bildirilir ki, axırıncı iş yeri Peşə Təhsili Dövlət Agentliyi olan F. Mustafayevin ölkəmizdə elmi-pedaqoji kadrların yetişdirilməsində müstəsna rolu olan Ali Attestasiya Komissiyasına rəhbərlik etməsi Azərbaycan elminə xeyir verə bilməz: “Onun 8 aylıq fəaliyyətində yol verdiyi ciddi nöqsanlar da bundan xəbər verir. Məsələn, Ekspert şuraları haqqında Əsasnamənin 5-ci bəndinə əsasən Ekspert Şurasının tərkibinə, bir qayda olaraq, elmlər doktorları daxil edilir və yalnız elmi katib fəlsəfə doktoru daxil edilmişdir. Özü də bunların ictimaiyyətdə bir alim kimi heç bir nüfuzu yoxdur! Həm Əsasnamə kobud şəkildə pozulur, həm də təcrübəli elmlər doktorları ola-ola, tanınmayan, nüfuzlu elmi konfranslarda iştirak etməyən şəxslərin Ekspert Şurasının tərkibinə daxil edilməsi nə məqsəd daşıyır? Cavab aydındır. Elmimizin səviyyəsini peşə təhsili səviyyəsinə endirmək!

Famil Mustafayevin rəhbərliyi dövründə təsdiq olunmuş dissertasiya işlərinin əksəriyyətində plagiat faktları vardır. Biz bu siyahını hazırlayırıq və növbəti məktubumuzda Sizə faktlarla məlumat verəcəyik.

Famil Mustafayevin doktorluq dissertasiyasının avtoreferatına (AAK-ın saytında var) elmi əsərlərinin siyahısına baxanda bir dənə də məqaləsi nəinki Tomson, İmpakt Faktoru yüksək olan jurnallarda, heç adicə Rusiyanın, Ukraynanın jurnallarında yoxdur.

O, son 10 ildə heç bir beynəlxalq, hətta respublika səviyyəli konfranslarda iştirak etməyib! Belə bir şəxs başqalarından hansı mənəvi haqla məqalələr və nüfuzlu konfrans materialları tələb edə bilər?”

AMEA əməkdaşları yazırlar ki, biznesmen təfəkkürlü şəxsin deyil, yalnız nüfuzlu alimin rəhbərliyi ilə Ali Attestasiya Komissiyasının nüfuzunu qaldırmaq mümkündür.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini də olduğu kimi təqdim etməyə hazırıq.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu