“Sakinlər özləri istəyib” – Ağaclarla bağlı rəsmi açıqlama
Sosial
Oxunub: 515
11 in 2019 | 09:37
“Sakinlər özləri istəyib” – Ağaclarla bağlı rəsmi açıqlama


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nərimanov rayonunda ağacların kəsilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov qafqazinfo-ya açıqlamasında bildirib ki, mayın 10-da idarəyə sözügedən ünvanda yaşayan çoxsaylı sakinlər və ərazi bələdiyyəsi tərəfindən qurumuş və təhlükə yaradan ağaclarla bağlı müraciət daxil olub: “Vətəndaşların və bələdiyyə nümayəndələrinin iştirakı ilə mütəxəssislərimiz əraziyə baxış keçirib. Yaşıllıq sahəsində 6 ağacın quruduğu, digər ağacların təhlükəli vəziyyətdə olduğu müəyyənləşdirilib, ağaclara uzun müddət budama xidməti göstərilmədiyi qeydə alınıb. Yaranmış vəziyyət nəzərə alınaraq qurumuş ağacların əvəzinə yeni ağacların əkilməsi şərtilə götürülməsinə, təhlükə yaradan ağacların isə budanmasına rəy verilib.

Hazırda Nazirliyin regional ekologiya idarəsinin mütəxəssislərinin iştirakı ilə ərazidə işlərin qanunamüvafiq aparılmasına nəzarət edilir.

Əgər sakinlər təhlükə yaradan ağaclarla bağlı bizə müraciət edirlərsə, insanlar üçün təhlükə varsa və ağaclar qurudursa, o zaman ağaclar götürülməlidir, bu normal bir haldır. Çox sağ olun ki, belə hallarla rastlaşdıqda bizə məlumat verirsiniz”.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov da məsələyə münasibət bildirib:

“Ağa Nemətulla küçəsində 6-7 binanın həyətində yaşıllıq ərazisi var. Orada 20-30 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Onlar ağacların budanmasına və quru ağacların kəsilməsinə rəy alıblar, yaş ağaclar isə olduğu kimi qalır. Nəticədə aqrotexniki qaydada budama işləri gedir. Sadəcə qurumuş ağaclar kəsilir. Yaş ağacın kəsiməsi qanun pozuntusudur və onların kəsilməsindən söhbət gedə bilməz. Yaş ağac niyə kəsilsin axı?”
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu