“AZƏRKOSMOS” 100 MİLYONLARI HAVAYA UÇURUR… – Qurumun zərəri 313 milyonu keçib
Sosial / Dunya
Oxunub: 986
4 in 2019 | 15:17
“AZƏRKOSMOS” 100 MİLYONLARI HAVAYA UÇURUR… – Qurumun zərəri 313 milyonu keçib












Sözsüz ki, hər bir ölkə üçün öz peykinin olması bir pristij, güc gözstəricisidir. Bu, həmdə dövlətin iqtisadi, elmi və müasir texnologiyalara yiyələnmə səviyyəsini ortataya qoyan amildir.
Ancaq bütün sivil dünyada çoxdan qəbul olunmuş praktikaya görə, istənilən yenilik, texnoloji layihə və s. mütləq maddi gəlir gətirməlidir. Təəssüf ki, bu cəhətdən “Azərkosmos”un fəaliyyətini qənaətbəxş hesab etmək olmur. Əksinə, “Azərkosmos”ASC onsuz da mürəkkəb duruma malik ölkə iqtisadiyyatı üçün ildən-ilə ağır yükə çevrilir.

“Azərkosmos”un indiyə qədərki fəaliyyəti dövründə xərclərinə baxdıqda, bunun gəlirlərilə müqayisədə bir neçə dəfə artıq olduğunu görürük. Şirkətə dövlət büdcəsindən ilbəil 10 milyonlarla manat büdcə vəsaiti ayrılması ilə yanaşı, xaricdən dövlət təminatı ilə də 100 milyonlarla dollar həcmində kreditlər götürülüb. Digərt tərəfdən “Azərkosmos”un gəlirləri cüzi, xərcləri isə həddindən artıq çox olduğundan, ASC hər ötən ili böyük zərərlə başa vurur. Kreditlər isə yenə də dövlət büdcəsi hesabına bağlanır.

“Azərkosmos” ASC-nin xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Çin, Gürcüstan və Rusiyadır. Göründüyü kimi, Rusiya və Çin başda olmaqla, bu ölkələrin əksəriyyətinin peyk bazarında əhəmiyyətli payları var. Və belə bir bazarda Azərbaycan kimi ölkənin də iştirakı bir tərəfdən qürurvericidirsə, digər tərəfdən böyük rəqabətə davamlılıq tələb edir. Peyk bazarında ən azından ziyan etməmək üçün isə çeviklik olmalıdır, keyfiyyətli və müxtəlif çeşidli xidmətlər göstərilməlidir. Bəs “Azərkosmos” bu tələblərə nə dərəcədə riayət edə bilir?

Mütəxəssislər hesab edirlər ki, hazırda “Azərkosmos”un timsalında olduğu kimi telekommunikasiya deyil, hərbi, ekoloji və sair tipli peyklər daha gəlirlidirlər. Azərbaycan da digər növ peyklərə üstünlük versəydi, daha məqsədəuyğun olardı. Bundan başqa, xərclərin çox olduğunu nəzərə alaraq, dünya təcrübəsindən istifadə edərək, bir neçə ölkənin ortaq peyk buraxması kimi əməkdaşlıqlara getmək olardı.

Hazırkı vəziyyət isə göstərir ki, ömrü 10 il civarında olan peyklərin nə zamansa ölkəyə maddi xeyir gətirməsi bir yana, heç olmasa xərcləri qapadacağını gözləməyə dəyməz. “Azərkosmos”un ötən illərin yekun hesabatlarından görünür ki, ASC 2017-ci ili 16 milyon 97 min manat, ötən ili isə 6.5 milyon manat ziyanla başa vurub. 2010-cu ildən fəaliyyətə başlayan və bu bir neçə ildə heç cür mənfəətə keçə bilməyən “Azərkosmos”un cəmi yığılmış zərəri artıq 313 milyon manatı keçib. Deməli, bu peyklərin fəaliyyəti bizə 100 milyonlarla dollara başa gəlir, bunun əvəzində qazandıqlarımızın həmin xərclərə nə dərəcədə adekvat olduğu isə mübahisəlidir…

Təkcə ötən ilin dövlət büdcəsindən “Azərkosmos” ASC-yə 55 mln. manat, başqa mənbələrədən 3.6 milyon manat, Prezidentin Ehtiyat Fondundan isə “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 3 milyon manat ayrılıb.

Bunun müqabilində bu il 1 yanvar tarixinə görə “Azərkosmos” 653 milyon 632 min manat cəmi aktivlərə, 740 milyon 867 milyon manat cəmi öhdəliklərə malikdir. Bu o deməkdir ki, aktivlər mənfiyə keçib, yəni ortada 87 milyon 235 min manatlıq minus var. Deməli, “Azərkosmos”un zərərləri onun nəinki nizamnamə kapitalını, hətta əlavə kapital qoyuluşlarını da “yeyib”.

Narahatedici fakt həm də odur ki, ASC-nin xidmətlərin satışından daxil olan gəlirləri ildən ilə artmaq əvəzinə azalır. 2017-ci ildə satışdan gəlirlər 37 milyon 86 min manat olduğu halda, 2018-ci ildə 36 milyon 812 min manat təşkil edib. Ötən il “Azərkosmos”un cəmi gəlirləri 45 milyon 379 min manat, cəmi xərcləri isə 51 milyon 842 min manat olub. Bu da zərər deməkdir.

Bütün bunlar onu deməyə əsas verir ki, hazırda “Azərkosmos”un fəaliyyəti ətrafında yaranan mənzərə arzuolunan və təqdir ediləcək durumda deyil. Və sözsüz ki, zərərin əsas səbəbi təkcə peyklərimizdən istifadə edən müştərilərin azlığı yox, həm də xərclərin olduqca yüksək olması ilə bağlıdır. Bəlkə müvafiq qurumların bu xərclərə bir ciddi nəzər yetirməsinin vaxtı çatıb?

İqtisadiyyat Şöbəsi
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı