Biz niyə qızlardan imtina edirik?
Son illər bütün dünyada doğulan uşaqların arasında qızların sayı azalır. Demoqraflar yaxın onillikdə planetdə "subay millət yaranacağı ilə bağlı həyəcan təbili çalırlar. Yer planetinin əhalisi artıq 7 milyarda çatır. Lakin dünyaya gələn uşaqlar arasında qız oğlan nisbəti insanlığı narahat edən ən vacib problem olaraq qalır. Mövcud demoqrafik vəziyyət qadın cinsinin katostrofik həddə çatdığını göstərir. Dünya statistikası göstərir ki, doğulan hər 100 qıza 104 oğlan düşür. Bəzi ölkələrdə, o cümlədən, Çin, Vyetnam, Hindistan, Bosniya, Serbiyada oğlan uşaqlarının sayı bu rəqəmdən də xeyli çoxdur. Buna səbəb kimi o göstərlir ki, əksər valideynlər ilk övladlarının oğlan olmasını istəyirlər. Ultrasəs (USM) müayinəsindən sonra qız olduğunu biləndə valideynlərin çoxu hamiləliyi dayandırmaq qərarına gəlirlər. Beləliklə, hər il dünyada 160 milyon qız doğulmadan öldürülür.
Son bir neçə ilin statistikasını izləsək, Azərbaycanda da eyni prosesin getdiyinin şahidi olarıq. Belə ki, 2015-ci ilin I rübü ərzində Azərbaycanda 38 min 358 uşaq doğulub. Onlardan 20 min 378-i oğlan, 17 min 980-i qızdır. Ötən ilin rəqəmləri ilə müqayisədə bu normal göstəricidir. Ancaq yenə də qızlarla oğlanlar arasında fərq böyükdür. Bunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, 2012-ci ildən bu yana il ərzində doğulan uşaqların sayında azalma müşahidə olunur: "2014-cü ildə 170 min 503 uşaq dünyaya gəlib. Qeyd edim ki, 2012-ci ildən bu yana respublikada doğulan uşaqların sayında azalma müşahidə olunur. Digər tərəfdən isə, ötən il doğulan uşaqların arasında oğlanlarla qızlar arasındakı fərq böyükdür. 170 min 503 uşaqdan 79 min 93-ü qız, 91 min 410-u oğlandır. Bu mənfi göstəricilərdən biridir. Qızlar və oğlanların sayı arasındakı məsafə artmaqdadır". Statistik rəqəmlər göstərir ki, yeni doğulanlar arasında qızların sayı həddindən artıq aşağıdır. Məntiqə görə hazırda hər doğulan oğlan uşağına düşən qızların sayında fərq müşahidə olunmaqdadır. Normada hər doğulan 106 oğlana 100 qız uşağı doğulmalıdır. Amma son illər bu norma pozulub. 2012-ci ildə 174000-dən çox uşaq doğulub ki, onlardan da 53 faizi oğlan, 47 faizi isə qızdır. 2013-cü ildə isə dünyaya gələn 172600 uşaqdan 53,6 faizi oğlan, 47,4 faizi isə qız uşaqlarının payına düşüb. Statistika Komitəsinin son məlumatına görə, 2014-cü ildə Azərbaycanda doğulan 170503 uşağın 79093 nəfəri qız, 91410 nəfəri oğlan olub. Nə qədər qəribə olsa da yeni doğulan uşaqlar arasında oğlanlar əksəriyyət təşkil etdiyi kimi, əkiz uşaqlar arasında da bu tendensiya müşahidə olunur. Oğlanlar üstünlük təşkil edir. Dünya mütəxəssisləri buna səbəb olaraq tibbi müdaxilələri əsas gətirir. Azərbaycan da bu məsələdən yan keçmir. Biz niyə qızlardan imtina edirik? Ekspertlərin qənaətinə görə, ölkədə qız uşaqlarının sayında azalmanın əsas səbəblərindən biri uşağın cinsiyyəti bəlli olandan sonra onların abort edilərək götürülməsidir. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyir ki, əslində oğlan uşaqlarının sayı çox olsa da, onlar arasında ölüm hallarına qızlardan çox rast gəlinir. Artıq komitə valideynlər arasında qız uşaqlarına qarşı olan bir sıra mənfi halların qarşısının alınması üçün müvafiq işlər aparır. Mütəxəssislər son illər doğulanlar arasında oğlanların çox olmasını selektiv abortlar, yəni dölün cinsinə görə hamiləliyin süni şəkildə pozulması, ölkələrdə ailə planlaşdırmasının olmaması, ilə əlaqələndirirlər. Deməli, cavab gün kimi aydındır, valideynlər qərar verir, həkimlərimiz isə icra edir. Yəni, hələ işıqlı dünyaya göz açmamış körpələrə onların cinsinin qız olduğu aydınlaşan kimi uzanan cəllad əli var. Bu məfhum bəzi genokoloq həkimlərə şamil edilsə də valideyinlərin məsuliyyətini qətiyyən azaltmır. Çünki ən böyük cinayətkar Tanrının istəyi ilə oğlan deyil, qız yarananlara ölüm hökmünü oxuyan valideynləridir. USM-lər (ultrasəs cihazları) təkmilləşdikcə, onların arxasında oturan həkimlər getdikcə daha da püxtələşib dölün cinsini lap erkən mərhələlərdə təyin etmək qabiliyyətinə yiyələndikcə yalnız və yalnız oğlan ata-anası olmaq istəyən cavan cütlüklərin həvəsi də artır. Həkimlərin isə müştəriləri çoxaldıqca vəziyyəti düzəlir. Beləliklə, valideyin və həkimlər bir-birinə dəstək verərək millətin gələcək sonalarına, sabahın analarına qənim kəsilirlər. Millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli baş verən prosesi ilk növbədə adət-ənənələrimizlə əlaqələndirib: "Qədimdən oğlan övladları haqqında "igiddir", "qəhrəmandır", "nəslin davamçısıdır" deyiblər. Bu gün isə nə qədər paradoksal olsa da, valideynlərə daha yaxın, onlara bağlı, qayğılarını çəkən qız övladlarıdır". Deputat bildirib ki, oğlan arzulayan valideynlər istəklərində yanıldıqlarını illər sonra anlayacaqlar: "Bu gün oğlan uşağı arzu edib qızları öldürən, abort etdirən valideynlər hələ bunu dərk etmirlər. İllər sonra ayılacaqlar ki, valideynə qalan qız övladıdır. Dünyanın bütün ölkələrində belə bir tendensiya var ki, 1-2 qız uşağı olanlar sonradan oğlan övladı istəyir. Zaman isə bunun əksini göstərir. Bəlli olur ki, qız uşaqları daha sədaqətli, daha etibarlıdır". Komitə sədri maraqlı sxemə diqqət çəkib: "Maraqlıdır, yeni doğulanlar içərisində oğlanlar 51 faiz, qızlar isə 49 faiz təşkil edir. 18 yaşında hər iki cins say etibarı ilə bərabərləşir. Sonrakı mərhələdə isə qızların sayı artmağa başlayır. Məlumdur ki, qadınlar daha uzun ömürlü olurlar. Düşünürəm ki, valideynlərin qız övladından imtina etmələrinin səbəbi, sadəcə, hissə qapılmadır". Hadi Rəcəbli uşağın cinsinin bilinməsindən sonra edilən abortların qanunsuz olduğunu da vurğulayıb: "Selektiv abort dünyanın bir çox ölkələri kimi Azərbaycanda da qadağandır. Cinsi biləndən sonra abort etdirmək olmaz. İslam dinində isə rüşeym formalaşdıqdan sonra onun məhv edilməsi yolverilməzdir. Kim selektiv abort etdirir və ya edirsə, o, qanunları pozur. Bu məsələdə həkimlər birbaşa məsuliyyət daşıyır. Selektiv abort olmasa, sadalanan məsələlər də ortadan qalxar. Məsələdən çıxış yolunu qanunların gücləndirilməsində görürəm. Buna görə də əvvəl selektiv abortun qadağan olunmasını təmin edilməsinə nail olmaq lazımdır". Millət vəkili Musa Quliyevin sözlərinə görə, bu problemin həlli üçün Azərbaycanda uşağın cinsinin ultrasəs müayinəsi ilə təyin olunması qadağa edilməlidir. Bununla bağlı Mili Məclisdə qanun layihəsi müzakirəyə çıxarılsa da, hələ qanun qəbul olunmayıb. Yəni, Azərbaycanda qanunvericilik abortları qadağan etmir. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunununun 30-cu maddəsində göstərilir ki, hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ var. Yalnız cinayət məcəlləsinin 116-cı maddəsinə görə, qadını abort etdirməyə məcbur etmək cinayət məsuliyyəti yaradır. Qeyd edək ki, bəzi Avropa ölkələrində abort daxili orqanlara qarşı cinayət hesab olunduğundan yalnız uşağın anadan olması ananın həyatına təhlükə törədəcəyi təqdirdə aborta icazə var. İslam dininə görə də abort haram sayılır. Əgər döl insan şəklini alırsa, islamda o, canlı sayılır və öldürülməsi haramdır. İslamda o halda aborta icazə verilir ki, bu ananın sağlamlığı üçün real təhlükə yaratsın. Belə halda, biz niyə qızlardan imtina etməliyik?
http://olaylar.az

Bu gün, 16:00
Tramp istəsə belə, İranla müharibəni bitirə bilməyəcək
Bu gün, 15:30
Sabah bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ
Bu gün, 14:00
Trampdan Avropaya xəbərdarlıq: Dəstək verməsəniz çox pis olacaq
Bu gün, 13:33
İsrail Hərbi Hava Qüvvələri Əli Xameneinin təyyarəsini məhv edib
Bu gün, 13:24
Bayram namazının vaxtı və fitrə zəkatının məbləği açıqlandı
Bu gün, 13:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Bu gün, 12:24
Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir
Bu gün, 12:19
İsrail 450.000 əsgər səfərbərliyə çağırır
Bu gün, 12:11
“Şamaxinka”dakı yerüstü keçid sökülür? - RƏSMİ
Bu gün, 12:05
Əhaliyə şad xəbər: Bütün sosial ödənişlər ödənildi
Bu gün, 11:33
Tramp İranın neft anbarı olan Xarq adasını ələ keçirmək istəyir - “Axios”
Bu gün, 11:22
Ağ Ev: İrana hücum ABŞ-a 12 milyard dollara başa gəlib
Bu gün, 11:08
İlham Əliyev onları təltif etdi
Bu gün, 11:03
Azərbaycanda tanınmış həkimin oğlu faciəli şəkildə öldü: Türkiyədən yenicə qayıdıbmış - FOTO
Bu gün, 10:59
SEPAH: Müharibənin bitməsi Tehrandan asılıdır
Bu gün, 10:54
Dünən keçirilən buraxılış imtahanının düzgün cavabları açıqlandı
Bu gün, 09:40
Kreml Makronun nümayəndlərinə rusca söyüşlə cavab verib
Bu gün, 09:36
Bakıda moped divara çırpıldı, sürücü öldü
Bu gün, 09:30
İranda 500 nəfər həbs edildi - Casusluqda ittiham olunurlar
Bu gün, 09:27
Avtobusdakı görüntüləri gündəm oldu
Bu gün, 09:23
Bakıda ucuz qiymətə satılan həyət evlərini almaq olar?
Bu gün, 09:00
Böyük enerji savaşı hələ indi başlayır: Ağ Evin planları alt-üst oldu, ABŞ-ın milyardları "əriyir"
14-03-2026, 10:50
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
14-03-2026, 10:41
Azərbaycan nefti bahalaşdı
14-03-2026, 10:34
Tramp: ABŞ və İsrailin İrandakı məqsədləri "bir az fərqli ola bilər"
14-03-2026, 10:29
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir
14-03-2026, 10:10
Nüvə partlayışından sonra insanların başına nə gələcək: dəhşətli PROQNOZLAR