Musayev "Azərsilah"da möhkəmlənə biləcəkmi? - İDDİA
Sosial
Oxunub: 577
30 may 2019 | 21:53
Musayev "Azərsilah"da möhkəmlənə biləcəkmi? - İDDİA













Müdafiə Sənayesi Nazirliyinin (MSN) strukturunda kadr dəyişikliyi olub.

Editor.az “AzeriDefence”yə istinadla xəbər verir ki, nazir müavini (nazir səlahiyyətlərini icra edir) Yəhya Musayevin ötən həftə imzaladığı əmrlə “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Xəqani İsayev tutduğu vəzifədən azad edilib.

X. İsayevdən boşalan vəzifəyə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Xəqani İsayev 2018-ci ilin əvvəlində mərhum nazir Yavər Camalovun əmri ilə “Optika-Mexanika” İstehsalat Birliyinə baş direktor təyin edilmişdi. O, bu vəzifəyə qədər “Cihaz” İstehsalat Birliyində çalışıb.

MSN-dəki mənbələrdən Reyting.az-a daxil olan məlumatda isə bildirilir ki, sabiq nazir Yavər Camalovun adıçəkilən nazirlikdə çalışan qohumlarının da karyerasına təhlükə yaranıb. Mənbə iddia edir ki, Y. Musayev Y. Camalovun məsul vəzifədə çalışan bir neçə qohumunu nazirlik sistemindən kənarlaşdırmağa hazırlaşır.

Məlumatda qeyd olunur ki, X. İsayev mərhum nazir Y. Camalovun kadrlarından olub və bu vəzifəyə də Camalov tərəfindən irəli çəkilib. Onu da qeyd edək ki, hələ ötən ilin avqust ayında Y. Musayevin X. İsayev də daxil olmaqla bir qrup müəssisə rəhbərinə şiddətli töhmət verdiyini, Musayevin onlarla haqq-hesab çəkməyə hazırlaşdığı xəbəri yayılmışdı.

Nazirlik kluarlarında dolaşan məlumata görə, Y. Musayevin növbəti hədəfi “Üfiq” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev ola bilər. Ehtimal olunur ki, Y. Musayev Ç. Əliyevin fəaliyyətindəki nöqsanlarla bağlı çox sayda informasiyalara malikdir. Xüsusilə də Ç. Əliyevin “Optika-Mexanika” İstehsalat Birliyinə rəhbərlik etdiyi dövrdə “Alov” zavodunda həyata keçirdiyi “maliyyə əməliyyatları” barədə materiallar Y. Musayevin masasının üzərindədir.

Qeyd olunur ki, Y. Musayevin digər əmri ilə ötən həftə Nazirliyin Əsaslı Təmir və Tikinti İdarəsinin müdiri Tacəddin Mirzəyev də vəzifəsindən azad edilib. Bildirilir ki, Y. Camalovun qaynı T. Mirzəyev MSN strukturlarında “at oynadanlardan” olub və onun fəaliyyətinin araşdırılması üçün sənədlərin hüquq-mühafizə orqanlarına göndəriləcəyi gözlənilir.

Yavər Camalovun MSN-də maaş alan qohum-əqrəbalarının MSN strukturlarından təmizlənməsi işlərinin növbəti həftələrdə də davam edəcəyi bildirilir. Bu sırada Nazirliyin Aparat rəhbəri Üzeyir İsmayılovun (Yavər Camalovun qardaşı Əlikram Camalovun kürəkəni), Yavər Camalovun Milli Aerokosmik Agentliyin direktor müavini vəzifəsində çalışan qardaşı Əlihüseyn Camalovun, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürovun (Yavər Camalovun “Azneft”də mühəndisi olmuş, yaxın dostu Əbil Şükürovun oğlu), Yavər Camalovun dayısı Pirverdi Məmmədovun da adları hallanır.

İddia olunur ki, Camalovun qohumları ilə Yəhya Musayev arasında münaqişə hələ bir neçə il əvvəl yaranıb. MSN-də özlərini nazirliyin “söz sahibi” kimi aparan Camalovun qohum-əqrəbasından bir neçəsi Yəhya Musayevi saymayıb, hətta Yavər Camalov xəstəliyi ilə əlaqədar işə çıxmadığı vaxtlarda onu əvəz edən Y. Musayevin əmr və tapşırıqlarına lazımi səviyyədə əməl etməyiblər. Y. Camalov dünyasını dəyişəndən sonra nazir postuna MSN-in Aparat rəhbəri Üzeyir İsmayılovun gətirilməsi üçün işə başlayan bu komandanın Y. Musayev barədə müxtəlif KİV-lərə kompromatlar ötürməyə çalışdıqları da verilən məlumatlar sırasındadır. Hazırda nazirlikdə mövcud olan “Camalovun ailə komandası”nın bəzi üzvləri yeni yaradılan “Azərsilah” ASC-də özləri təmsil olunmasalar da, Y. Musayevi də yeni qurumdan kənarda qoymağa çalışırlar.

Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin cari ilin yanvar ayında imzaladığı fərmanla MSN ləğv edilərək yerində “Azərsilah” ASC-nin yaradılması nəzərdə tutulub. Hazırda nazirliyin “Azərsilah” ASC-yə keçidi ilə əlaqədar hökumət tərəfindən işlər həyata keçirilir. “Azərsilah” ASC-nin strukturu, rəhbərliyi təsdiq olunana qədər qanunvericiliyə uyğun olaraq MSN fəaliyyətini davam etdirəcək.
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Dünən, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16-05-2024, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
16-05-2024, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
16-05-2024, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb