Oqtay Şirəliyevin müəmmalı "Araş" sevgisi... – Daha 6 milyonluq müqavilə bağlandı
Sosial
Oxunub: 608
29 may 2019 | 20:50
Oqtay Şirəliyevin müəmmalı "Araş" sevgisi... – Daha 6 milyonluq müqavilə bağlandı














27 mayda Səhiyyə Nazirliyi ölkənin bölgələrindəki xəstəxanaların təchizatı üçün tibbi avadanlıq alınması üzrə 4 müqavilə imzalayıb. “Marja” xəbər verir ki, bu barədə dövlət satınalmaları reyestrində bildirilir.

Bütün müqavilələr “Arash Medical Company” şirkətinə verilib. Müqavilələrin ümumi həcmi 6 milyon 116 min manatdır. İşlər Qazax Mərkəzi Rayon Xəstəxanası, Gəncə və Şəki psixiatriya xəstəxanaları, Şəmkir rayon Kür qəsəbə xəstəxanasında həyata keçiriləcək.

“AzPolitika.info” xatırladır ki, cəmi bir həftə bundan öncə – mayın 20-də Səhiyyə Nazirliyi Bakıdakı iki tibb müəssisəsinin tibbi avadanlıqlarla təchizatı üzrə “Arash Medical Company” MMC ilə iki müqavilə imzalayıb. Həmin müqavilələr əsasında alınmış avadanlığın ümumi məbləği 5 milyon 726 min manat (3 milyon 368,2 min dollar) təşkil edirdi. Deməli bu, təkcə may ayı üzrə bağlanmış 2-ci sövdələşmədir. Və müqavilələrin ümumi dəyəri 12 milyon manata yaxındır.

Xatırladaq ki, artıq 10 ilə yaxındır sözügedən şirkət Səhiyyə Nazirliyinin tenderlərinin dəyişilməz qaliblərindən biridir. Bununla bağlı “AzPolitika.info”nun ötən saylarının birində ətraflı məlumat verilmişdi. Həmçinin, qısa araşdırma göstərir ki, şirkət bu illər ərzində təkcə Səhiyyə Nazirliyi xəttilə 100 milyon dollarla ölçülən tenderləri udub.

Təəssüf ki, Azərbaycanda tenderlər sş.ahəsi heç də ən şəffaf istiqamətlərdən biri sayılmır. Dəfələrlə tenderlərin keçirilməsində ciddi qanun pozuntularına, hətta korrupsiya hallarına rast gəlinməsi barədə məlumatlar dərc olunub. Belə halların Səhiyyə Nazirliyinin tenderlərinə da aid olub-olmadığı barədə nəsə söyləmək çətindir…

Ancaq onu da qeyd edək ki, mətbuatda “Arash Medical Company” MMC-nin rəhbəri Cavid Əsədovun Milli Məclisin spikeri Oqtay Əsədovun qardaşı oğlu olduğuna dair məlumatlara rast gəlinir. Və indiyə qədər bu məlumat rəsmən təkzib olunmayıb.
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR