''AAAF-İnşaat'' MMC pullarımı qaytarmır'' - GİLEY
Sosial
Oxunub: 699
28 may 2019 | 18:17
''AAAF-İnşaat'' MMC pullarımı qaytarmır'' - GİLEY













"5 ildən çoxdur ki, məhkəmələrdə qalmışam, məhkəməni udsam da, qərar icra olunmur”.

Bakı sakini Mücahid Qocayev 6 il əvvəl "AAAF-İnşaat” MMC-yə 54 min manat ödəyərək Xırdalan şəhərində şirkət tərəfindən tikilməkdə olan "AAAF PARK” yaşayış kompleksindən 4 otaqlı mənzil alıb. Şirkət ona mənzili 6 ay ərzində tam hazır şəkildə təhvil verəcəyini şifahi vəd edib. Ancaq Mücahid Qocayev mənzilin təhvil verilməsini 2 ildən çox gözləyib. Sonra da şirkətə müraciət edərək müqavilənin pozulmasını, pullarının geri qaytarılmasını tələb edib. Şirkət tələbi yerinə yetirmədiyi üçün Mücahid Qocayev məhkəməyə müraciət edib. "AAAF İnşaat” MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsini, ödədiyi 54 min manatın qaytarılmasını və 2 il ərzində kirayədə yaşadığı üçün kirayəhaqqı olaraq ödədiyi 7200 manatın şirkət tərəfindən ona ödənilməsini iddia edib. Şirkətin nümayəndələri məhkəmədə iştirak etməyib.

''AAAF-İnşaat'' MMC pullarımı qaytarmır'' - GİLEY








Məhkəmə iddianı təmin edib

Məhkəmə qiyabi Qətnaməylə iddianı tam təmin edib. Bundan sonra şirkət eyni məhkəməyə müraciət edərək əvvəlki məhkəmədə üzrlü səbəbdən iştirak etmədiyini bildirib və Qətnaməni ləğv etdirərək işə yenidən baxılmasına nail olub. Budəfəki məhkəmədə iddianın tərəflər arasındakı müqavilənin ləğvi 54 min manatın Mücahid Qocayevə qaytarılması hissəsi təmin olunub. Kirayəhaqqı kimi ödənilmiş 7200 manatın vətəndaşa ödənilməsi hissəsi təmin olunmayıb. Şirkət məhkəmə Qətnaməsindən yuxarı instansiya məhkəmələrinə apelyasiya və kassasiya şikayətləri versə də, təmin olunmayıb. Nəhayət, məhkəmə qərarı icraya yönəldilib. Ancaq Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ötən ilin dekabr ayından qərarı icra edə bilmirlər.

"Şirkət deyir, əmlakım da yoxdur, pulum da...”

Mücahid Qocayev danışır: "İcra məmurları deyir ki, şirkətin vergiyə 2 milyon manat borcu var, hesabında isə pul yoxdur. Mən də tələb edirəm ki, pulu yoxdursa, icra əmlaka yönəldilsin, şirkətin əmlaklarından biri satılsın, mənim 54 min manatım ödənilsin. Şirkətsə deyir, guya əmlakı da yoxdur. Gülməlisi odur ki, şirkət o boyda "AAAF Park” yaşayış şəhərciyi tikib, ancaq yalandan deyir, orda mülküm yoxdur. Elə vaxtilə mənə satdıqları və sonradan heri qaytardığım dördotaqlı mənzilin indi azı 90 min manat qiyməti var, şirkətin həmin mənzili 54 min manata satıb, mənim pulumu qaytarmaq imkanı var. Onu da satmır, deyir ki, o, sənin evindir. Məhkəmə Qətnaməsi ilə həmin mənzilə dair alqı-satqı müqaviləm ləğv olunub, məhkəmə bunların üzərinə öhdəlik qoyub ki, adamın pulunu qaytarın, bunlarsa deyir, yox ki, yox, müqavilə qüvvədədir, ev də sənindir”.

Şirkət deyir, mənzil satışa çıxarılıb

Mücahid Qocayev deyir, şirkət onun pulunu qaytarmadıqca, zərəri ona dəyir: "Mən şirkətə 54 min manatı ödəyəndən sonra manat iki dəfə devalvasiyaya uğrayıb. Şirkət illərdir ki, vaxtı qəsdən uzadır. Bununla da vətəndaşın daha çox zərərə düşməsinə nail olmaq istəyir. Əgər bir şirkət üç məhkəmənin qərarını saymayacaqsa, o məhkəmələrin qərarları icra olunmayacaqsa, vətəndaş eyni əziyyəti çəkəcəksə, illərlə davam edən məhkəmələr nəyə görədir? Məhkəmələr dövlətin adından Qətnamə çıxarır, hansısa şirkətin sahibi o Qətnaməni icra etməməklə açıq-aşkar göstərir deyir ki, "Qətnamə-filan saymıram, dövləti də, məhkəməni də vecimə almıram”.''AAAF-İnşaat'' MMC pullarımı qaytarmır'' - GİLEY









Ali Məhkəmə qərarı

Abşeron rayon Probasiya və İcra Şöbəsindən bildirilib ki, məhkəmə qərarının icrası ilə bağlı "AAAF-İnşaat” MMC-yə dəfələrlə müraciət olunsa da, şirkət hesabında pul vəsaiti olmadığını bildirir. Şirkət yaxın vaxtlarda qərarı icra etməsə, icra məmurları şirkətlə bağlı müvafiq qanuni addımlar atacaq.
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Dünən, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16-05-2024, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
16-05-2024, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"