"Uşaqsız siz, ay bala" - Abid Şərifovdan daha bir qalmaqallı müsahibə

Baş nazirin müavini Abid Şərifov Azadlıq Radiosuna müsahibə verib. Azerinfo.az həmin müsahibəni təqdim edir:
- Abid müəllim, jurnalistlər deyirlər ki, siz onlarla kobud davranırsınız, məlumat vermirsiniz. Hətta Mətbuat Şurasının sədri Əflatun Amaşov sizə açıq məktub yazıb, jurnalistlərlə hörmətli davranmağa çağırıb. Nə deyə bilərsiz bu barədə?
- Kim nə istəyir, yazsın. Məni belə şeylər maraqlandırmır. Mən boş-boş suallara cavab vermirəm. Jurnalistin nəyinə lazımdır, məgər jurnalistin başı çıxır ki, hansı şirkət nəyi bacarır? Məndən soruşur ki, hansı şirkətdir. Jurnalistin nəyinə lazımdır hansı şirkətdir?! Bunu hökumət müəyyən edir- hansı şirkət qabiliyyətlidirsə, mərifətlidirsə, inamlıdırsa, keyfiyyətli iş görürsə, ona tapşırır. Yoxsa, 20 yaşında bir uşaq soruşur ki, bəs hansı şirkətdir. Nə istəyirsə, yazsın. Deyirlər ki, kobud! Nə etməliyəm? Jurnalist boş-boş sual verirsə, öpüb gözümün üstünə qoymalıyam, ay bala? Yoxsa, siz bundan şou düzəldirsinizsə, düzəldin! Mənə istisi-soyuğu yoxdur belə şeylərin. İş söhbəti etmək lazımdır, şou yox.
- Amma qarşı tərəf də deyir ki, jurnalistin sual vermək haqqı var.
- Jurnalistin mənim cib telefonuma zəng etməyə ümumiyyətlə haqqı yoxdur. Var sənin haqqın mənim cib telefonuma zəng etməyə? Sual verirəm. Yoxsa, elə yerindən duran bütün günü sual verir, mən də bütün günü sizin zənglərinizə cavab verməliyəm? İşim-gücüm yoxdur? Belə çıxır, eləmi?
-Abid müəllim, jurnalistlərə qarşı sizin hansısa bir kininiz varmı?
- Jurnalistlərə.. (gülür) Uşaqsız siz, ay bala. Jurnalistləri həmişə balam bilmişəm. İndi də bilirəm. İndi bir jurnalist çıxıb ortaya şou düzəldir, məni bu maraqlandırmır, heç narahat da etmir.
- Abid müəllim, mayın 19-da Azadlıq prospektində bina yanğını ilə bağlı həbs olunanlardan biri mənzil-istismar idarəsinin müdiri idi. Sizcə, belə böyük miqyaslı faciə üçün kiçik məmurun həbsi nə qədər ədalətli sayıla bilərdi. Mənzil-istismar idarəsinin müdiri bu işdən məsul adamdırmı?
- Görürsüz, sizi məsələ maraqlandırmır? Sizi şou maraqlandırır. Bu boyda faciə olub, sizi o maraqlandırmır. Bir jurnalist, bir uşaq mənə sual verir ki, bəs ay filankəs, bəs kim tikəsidir binanı, mən də demişəm, bəs nə işinə? Bu şou yaradıb! Mən bu həbs barədə bir şey deyə bilmərəm, çünki bu mənə aid olan məsələ deyil.
-Sizin istefanızı tələb edirlər, nə deyə bilərsiz bu haqda?
-Allah hamısına kömək olsun.
-Deyirlər ki, Abid müəllim artıq 20 ildir ki, baş nazirin müavinidir, getmək vaxtıdır…
-Çox sağ olsunlar!
- Siz özünüzü yorğun saymırsız ki, bu vəzifədə?
- Oldu, Sağ olun..
Bu gün, 10:55
Çətir məsələsi böyüyür: “Əsas odur ki, Ramiz Mehdiyevin şəklini götüzdürüb” - FOTO
Bu gün, 10:49
İlham Əliyev mükafatla bağlı nümayəndə heyətini qəbul edib - FOTOLAR
Bu gün, 10:14
Sülh Şurasına ömürlük rəhbər olmaq istəyir
Bu gün, 10:09
Azərbaycan Trampın Sülh Şurasına üzvlüyü ilə bağlı dəvətini qəbul edib
Bu gün, 10:05
İndiki dövrdə İlham Əliyev kimi lideri çox nadir halda görmək olur - Serbiya prezidenti
Bu gün, 09:59
Trampın Davosa gedə bilmədi - Təyyarəsi geri qayıtdı-YENİLƏNİB
Bu gün, 09:53
"Biz ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq"
Bu gün, 09:41
"Kollektiv Qərb" keçmişdə qalıb və geri qayıtmayacaq"
Bu gün, 09:33
İlham Əliyev Davosda paneldə iştirak edib - TAM MƏTN - YENİLƏNİB
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Ayntraxt"la üz-üzə gələcək
Bu gün, 09:11
Azərbaycanda ayların adları dəyişdirilir? - “Çıxçömbəl, oğlaqqıran, vaynənə…”
Bu gün, 09:00
Tramp Qrenlandiya kartını açdı: Dünyanın təhlükəsizliyi Qrenlandiyadan keçir
Dünən, 21:13
"Bu vəziyyətdən zövq alırıq" - İlham Əliyev
Dünən, 21:05
"Yeni dəhlizlər yaranacaq" - Prezident
Dünən, 16:29
“Buna görə Azərbaycan dünyada birinci yerdədir” - İlham Əliyev
Dünən, 12:23
“20 yanvar – Qürur günü” filmi təqdim edildi - VİDEO
Dünən, 12:18
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirilib
Dünən, 12:09
İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib - FOTO
Dünən, 11:15
Baş nazir və spiker Şəhidlər xiyabanını ziyarət ediblər
Dünən, 11:09
Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir
Dünən, 10:57
Bakının 10 yeni metro stansiyasının dəqiq yerləri - FOTOLAR
Dünən, 10:40
Qalmaqallı məmurun vəzifəsi bəlli oldu
Dünən, 10:29
Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Dünən, 10:23
İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Dünən, 09:00
20 Yanvar – Faciədən Zəfərə Aparan Müqəddəs Mübarizə Yolu
19-01-2026, 21:06
İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
19-01-2026, 21:02
İlham Əliyev Davosda “Vestas Wind Systems” şirkətinin nümayəndəsi ilə görüşüb
