Rəsmi Bakıdan Riqa sammitinin yekun bəyanatı ilə bağlı – AÇIQLAMA
Sosial
Oxunub: 1 495
25 may 2015 | 14:04
Rəsmi Bakıdan Riqa sammitinin yekun bəyanatı ilə bağlı – AÇIQLAMA




















XİN məlumat yaydı

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Şərq Tərəfdaşlığı Zirvə Toplantısının Yekun Bəyanatı ilə əlaqədar açıqlama yayıb.

Azerinfo.az XİN-nin məlumatına istinadla xəbər verir ki, açıqlamada deyilir ki, Azərbaycan avropalı tərəfdaşların Şərq Tərəfdaşlığının gündəliyində olan məsələlərin tam şəkildə bu bəyanat vasitəsilə əhatə edilməsi cəhdlərini qeyd edir.

“Azərbaycan Respublikası Avropa İttifaqının ziddiyyətli üslubdan yan keçərək, həssas və təhdid doğuran məsələləri cavablandırmaq cəhdlərini alqışlayır.

Amma Azərbaycan Respublikası bəzi məsələlərin kompromis mövzusu ola bilməyəcəyini vurğulayır. Belə ki, bir sıra Şərq Tərəfdaşlığı ölkələri hərbi işğal, etnik təmizləmə və əhalinin zorla öz torpaqlarından qovulması ilə nəticələnərək xaricdən tətbiq edilən silahlı münaqişələr və ərazi iddiaları ilə üzləşirlər. Bu münaqişələr beynəlxalq hüququn fundamental norma və prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin kobud şəkildə pozulması səbəbindən irəli gəlir və müşayiət olunur. Bu prinsiplər qlobal və Avropa qitəsi səviyyəsində dövlətlərarası münasibətlərin və beynəlxalq təhlükəsizlik sisteminin özəyini təşkil edir”, - açıqlamada qeyd olunub.

Açıqlamda daha sonra vurğulanıb ki, Avropa İttifaqının bütün tərəfdaş dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstəyini nəzərə alaraq, Azərbaycan Respublikası bu prinsiplərin toxunulmazlığına kölgə salmaq cəhdlərini qeyd etməyə bilməz.

“Bəzi tərəfdaş dövlətlərə təsir edən münaqişələrə dair güzəştli mətnin hazırlanması cəhdlərində bəyanat layihəsinin müəllifləri beynəlxalq təcrübədə “ikili standartlar” adlanan məqamdan yan keçə bilməmişlər.

Azərbaycan Respublikası Ermənistan-Azərbaycan hərbi münaqişəsinə münasibətdə Avropa İttifaqının aydın və birmənalı mövqeyinin ifadə olunmasını gözləyir. Bu münaqişənin həllinin əsasını Azərbaycanın ərazi bütövlüyü və suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874 (1993) və 884(1993) saylı qətnamələri təşkil edir”, - açıqlamada deyilir.

XİN-in açıqlamasında vurğulanıb ki, Azərbaycan Respublikası Avropa İttifaqı tərəfindən bu qətnamələrə ciddi şəkildə riayət edilməsi və onların həyata keçirilməsinin təmin edilməsi istiqamətində birmənalı və qəti addımların atılmasını gözləyir.
Bu gün, 16:00
ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
Bu gün, 15:30
Trampın yeni İran planı – dünya bazarlarını və regionu silkələyən ssenari
Bu gün, 15:07
Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM
Bu gün, 14:22
Paşinyanın “siftəsi kor oldu”
Bu gün, 13:00
Kolbasanın içində nə var? - İstehsalçılar istehlakçının diqqətsizliyindən necə yararlanır
Bu gün, 12:32
Binəqədidə zorakılıq - Polis hərəkətə keçdi, mühafizə orderi isə yolda itib
Bu gün, 12:17
Çin lideri ABŞ-a gedir
Bu gün, 12:07
Rusiya Türkiyə gəmisini vurdu – 10 nəfər öldü, yaralananlar var
Bu gün, 11:46
Şuşada bir ton çətənə kolu məhv edildi
Bu gün, 11:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
Bu gün, 11:08
Argentinanın məğlubiyyətinə ortalığı bir-birinə qatdılar
Bu gün, 11:04
Pensiya alanlara şad xəbər – Nazirlik 245 min şəxslə bağlı qərarı açıqladı
Bu gün, 10:59
Dünya çempionatında ən çox qol vuran futbolçular - SİYAHI
Bu gün, 10:29
Döyüş Meydanının Həqiqi Qəhrəmanları Unudulmamalıdır
Bu gün, 10:25
Rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Bu gün, 10:21
Bu gün Beynəlxalq Ay Günüdür
Bu gün, 10:17
SEPAH: Hörmüzdə iki tankeri vurduq
Bu gün, 10:14
Fermerlərin nəzərinə: Məsuliyyətə cəlb oluna bilərsiz
Bu gün, 09:44
Mənzil bazarında bahalaşma gözlənilir?
Bu gün, 09:41
Süni intellektin sivilizasiya üçün ən böyük təhlükəsi - Ölkələr çətin vəziyyətdə qalacaqlar
Bu gün, 09:34
Ağ Evdən İran açıqlaması: Çox ağır zərbə vurulub
Bu gün, 09:00
Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi
18-07-2026, 12:11
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
18-07-2026, 11:48
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
18-07-2026, 10:32
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
18-07-2026, 10:26
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
18-07-2026, 10:22
Xırdalandakı güclü yanğın olub