Azərbaycan tələbələrinin əmək yarmarkası keçirilib
Sosial
Oxunub: 1 249
23 may 2015 | 14:27
Bu gün Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") və "British Amerikan Tobacco" şirkətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin əmək yarmarkası keçirilib.
APA-nın xəbərinə görə, Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan yarmarka işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradacaq.
Tədbirdə çıxış edən Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda təhsilin inkişafı Azərbaycanın prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, təhsil sisteminin səmərəliliyi onun məzunlarının ölkənin sosial-iqtisadi inkişafına verə biləcəyi töhfədən asılıdır: "Tələbələrin təhsil aldıqları müddətdə yalnız son illərdə deyil, ilk illərdən müvafiq ixtisaslara istiqamətləndirilməsi, ali məktəblərin buraxdığı ixtisaslar üzrə əmək bazarında fəaliyyət göstərən dövlət və özəl şirkətlərlə əlaqələrin qurulması, onların gözləntilərinin təhsil prosesində əks edilməsi kimi çağırışlar təhsil sisteminin qarşısında duran əsas məqsədlərdən biridir.
Nazir əlavə edib ki, gələcəkdə ali təhsil müəssisələri ilə işəgötürənlər arasında görüşləri bu formatda deyil, işçi, dəyirmi masa formasında keçirilməsinin tərəfdarıdır. O, tələbələrin əmək yarmarkalarının ənənəvi keçirilməsinin planlaşdırıldığını da vurğulayıb: "Düşünürük ki, belə tədbirin hər il keçirilməsi gələcəkdə məzunların əmək bazarının tələblərinə uyğunlaşdırılmasına müsbət töhfəsini verəcək".
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin aparat rəhbəri Məhəmməd Abdullayev bildirib ki, Heydər Əliyev Fondu təhsillə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır və bu məqsədlə bir sıra layihələr, o cümlədən, Təhsilə dəstək, Yeniləşən Azərbaycana yeni məktəb, uşaq evləri və internat məktəblərinin inkişafına yönəlmiş layihələr həyata keçirib. Onun sözlərinə görə, Heydər Əliyev Mərkəzi bu günədək Təhsil Nazirliyi ilə birgə bir sıra layihələr həyata keçirib. Bu tədbirlər Heydər Əliyev irsinin öyrənilməsinə və gənclər arasında geniş təbliğinə, ölkəmiz haqqında bilik və məlumatlarının artırılması, müasir dünya mədəniyyəti barəsində təsəvvürlərinin formalaşmasına yönəlib.
Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu və "British Amerika Tobacco" şirkətinin nümayəndəsi Zviad Şvitaridze də çıxışlarında yarmarkanın əhəmiyyəti barədə fikirlərini bildiriblər.
Qeyd edək ki, yarmarkada ölkəmizdə fəaliyyət göstərən 50-dən artıq beynəlxalq və yerli şirkətin iştirakı nəzərdə tutulub. Onlar yarmarkaya 300-dən çox vakansiya haqqında məlumatla qatılıblar. Yarmarkada iştirak etmək üçün ölkənin əksər ali təhsil müəssisələrini təmsil edən 2700-dən çox tələbə qeydiyyatdan keçib. Budəfəki əmək yarmarkası əvvəlkilərdən fərqli olacaq. Belə ki, yarmarkada iştirak etmək istəyən tələbələrin CV-lər əvvəlcədən xüsusi yaradılmış sayta yerləşdirilib. Şirkətlər CV-lərə baxaraq öz vakansiyalarına uyğun tələbəni müəyyənləşdirib, onunla Əmək Yarmarkasında görüş təyin ediblər.
Bu gün, 16:00
ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
Bu gün, 15:30
Trampın yeni İran planı – dünya bazarlarını və regionu silkələyən ssenari
Bu gün, 15:07
Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM
Bu gün, 14:22
Paşinyanın “siftəsi kor oldu”
Bu gün, 13:00
Kolbasanın içində nə var? - İstehsalçılar istehlakçının diqqətsizliyindən necə yararlanır
Bu gün, 12:32
Binəqədidə zorakılıq - Polis hərəkətə keçdi, mühafizə orderi isə yolda itib
Bu gün, 12:17
Çin lideri ABŞ-a gedir
Bu gün, 12:07
Rusiya Türkiyə gəmisini vurdu – 10 nəfər öldü, yaralananlar var
Bu gün, 11:46
Şuşada bir ton çətənə kolu məhv edildi
Bu gün, 11:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
Bu gün, 11:08
Argentinanın məğlubiyyətinə ortalığı bir-birinə qatdılar
Bu gün, 11:04
Pensiya alanlara şad xəbər – Nazirlik 245 min şəxslə bağlı qərarı açıqladı
Bu gün, 10:59
Dünya çempionatında ən çox qol vuran futbolçular - SİYAHI
Bu gün, 10:29
Döyüş Meydanının Həqiqi Qəhrəmanları Unudulmamalıdır
Bu gün, 10:25
Rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Bu gün, 10:21
Bu gün Beynəlxalq Ay Günüdür
Bu gün, 10:17
SEPAH: Hörmüzdə iki tankeri vurduq
Bu gün, 10:14
Fermerlərin nəzərinə: Məsuliyyətə cəlb oluna bilərsiz
Bu gün, 09:44
Mənzil bazarında bahalaşma gözlənilir?
Bu gün, 09:41
Süni intellektin sivilizasiya üçün ən böyük təhlükəsi - Ölkələr çətin vəziyyətdə qalacaqlar
Bu gün, 09:34
Ağ Evdən İran açıqlaması: Çox ağır zərbə vurulub
Bu gün, 09:00
Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi
18-07-2026, 12:11
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
18-07-2026, 11:48
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
18-07-2026, 10:32
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
18-07-2026, 10:26
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
18-07-2026, 10:22
Xırdalandakı güclü yanğın olub