“Maşınımı, evimi satıb müalicəmə xərcləmişəm” – Aprel döyüşlərinin iştirakçısının HARAYI
Sosial / Dunya
Oxunub: 627
11 mar 2019 | 20:30
“Maşınımı, evimi satıb müalicəmə xərcləmişəm” – Aprel döyüşlərinin iştirakçısının HARAYI














Aprel döyüşlərində yaralanaraq ayaqları tutulan II qrup Qarabağ əlili Əzimov Elşən Balaxan oğlu mətbuata müraciət ünvanlayıb.

BAKU.WS 39 yaşlı Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan baş gizirin müraciətini olduğu kimi təqdim edir:

“Hörmətli Azərbaycan xalqı, Aprel döyüşləri zamanı xəsarət almışam, ayaqlarım tutulub. Azərbaycanda müalicəm olmasa da, xarici ölkələrin birində bu, mümkündür.

Füzuli rayonunda N saylı hərbi hissədə Maxe olmuşam. Aprel döyüşləri zamanı şəhidimizi döyüş ərazisindən çıxaranda kəllə-beyin travması almışam. 2017-ci ilin iyul ayına qədər Hərbi Hospitalda müalicə olundum. İyul ayından etibarən isə ordu sıralarından təxris edildim.

İkinci qrup əliləm. Mənə qulluq edilməsi üçün müşahidəçiyə zərurətin olması ilə bağlı rəsmi sənəd veriblər. Buna baxmayaraq, müşahidəçi ilə təmin olunmamışam.

Həmçinin səhhətim məni ciddi narahat edir. Sağlamlığıma qovuşmaq istəyirəm. Müalicəm yalnız xarici ölkələrdədir. Ona da çox vəsait tələb olunur.

Dəfələrlə Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. Adlarını çəkdiyim nazirliklər mənə heç bir köməklik göstərmirlər.

Respublika Xəstəxanasına yerləşdirdilər. Orada da isə mənə bildirirlər ki, sən bizim xəstəmiz deyilsən. Səni burada müalicə edə bilmirik. Sinir mənşəli xəstəliyim olduğu üçün həkimlər məni müalicə edə bilmirlər.

Xəstəliyimlə bağlı arayış tələb etdikdə isə həkimlər cavab verir ki, sənə arayış verməyə Səhiyyə Nazirliyi icazə vermir. Həmin xəstəxanada da xəstəliyimi təyin edə bilmirlər.

16 il 9 ay hərbi xidmətdə olmuşam, baş gizirəm. Xahiş edirəm ki, mənə kömək etsinlər. Ailəliyəm, 4 övladım var. Bu vaxta qədər maşınımı, evimi sataraq müalicəmə 18-22 min manata yaxın pul sərf etmişəm. İlyarımdan çoxdur aldığım pensiyanı da müalicəmə xərcləyirəm. Övladlarıma və ailəmə atam baxır.

Dövlət mənə yalnız xəstəxanada otaq verib. Mənzillə də təmin olunmamışam. Cəlilabad Rayon İcra Hakimiyyətinə yaşayış yeri üçün müraciət etmişəm. Buna baxmayaraq, mənə icra hakimiyyəti də kirayə yaşamaq üçün mənzil pulu vermir”.“Maşınımı, evimi satıb müalicəmə xərcləmişəm” – Aprel döyüşlərinin iştirakçısının HARAYI“Maşınımı, evimi satıb müalicəmə xərcləmişəm” – Aprel döyüşlərinin iştirakçısının HARAYI“Maşınımı, evimi satıb müalicəmə xərcləmişəm” – Aprel döyüşlərinin iştirakçısının HARAYI
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik