“Baku Medical Plaza” xəstəni aldatdı – 15 yaşlı uşağı əməliyyata götürmədilər (İDDİA)
Sosial / Dunya
Oxunub: 907
28 fev 2019 | 16:19
“Baku Medical Plaza” xəstəni aldatdı – 15 yaşlı uşağı əməliyyata götürmədilər (İDDİA)















Özəl klinika xəstənin yaxınlarını aldatmaqda və onlara mənəvi zərər vurmaqda ittiham edilir.

Minval.info xəbər verir ki, Ağcəbədi rayonu Şənlik kənd sakini 15 yaşlı Sevda Məmmədovanın Baku Medical Plazada bu gün təyin olunan əməliyyata girə bilmədiyi söylənilir. Buna səbəb kimi sözügedən klinikanın verdiyi vədin üzərində durmaması göstərilir.

Bu barədə S.Məmmədovanın xalası qızı Ayşən Ayxan bildirir və özəl xəstəxananı yaxınlarını aldatmaqda günahlandırır:

“Xalamgil klinikanın Babək filialının həkimi Vüsal Mahmudovla danışıblar, o bildirib ki, xəstənin ayaq vətərlərində problem var və bu aradan qaldırıldıqdan sonra Sevdanın səhhəti normala qayıdacaq. Onlar kənddəki torpaqlarını satıb, pulu götürüb Bakıya gəliblər. Xəstəxanadan deyilib ki, diaqnoz yanlış qoyulub. Sən demə, Sevdanın sümükləri deformasiyaya uğrayıbmış. Klinika əvvəlcə məbləği 4000 manata danışıb və əməliyyatın vaxtı dəqiqləşdirmişdi. İndi isə xəstəxanadan deyilib ki, əməliyyat 12000 manat qarşılığında həyata keçirilir. Təsəvvür edirsiniz? Sən uşağını psixoloji bu əməliyyata hazırla, çox çətinliklə pul tap və son anda qiyməti qaldırsınlar”.

A.Ayxan bildirib ki, Sevda 15 ildir yerimə qabiliyyətindən məhrumdur: “Müalicə olunsa da, çox az təsiri olub. Valideynlərinin ümidi bu və bundan sonra keçiriləcək əməliyyatlara idi. Onu da belə əllərindən alırlar”.

Minval.info məsələ ilə bağlı Baku Medical Plaza xəstəxanasıyla əlaqə saxladı. Klinikanın mərkəz filialından bildirildi ki, iddia araşdırılacaq və məlumat veriləcək.

Təxminən bir saat sonra Baku Medical Plazanın mərkəzi xəstəxanasının baş həkimi Lalə Şəkərova geri dönüş edərək saytımızla əlaqə saxladı:

“Biz məsələni araşdırdıq. Xəstənin anasıyla danışılıb və ona bildirilib ki, övladı iflicdir. Bu əməliyyat 15 min manata həyata keçirilir. Xanım o qədər imkanlarının olmadığını və 2000 manata gücünün çatacağını deyib. Bu qiymətə isə həyata keçiriləcək əməliyyatın faydası yoxdur. Həkim də güzəşt edərək, 10 min manata razılaşıb. Bu əməliyyatın 2000 manata həyata keçiriləcəyi ilə bağlı heç bir vəd verilməyib”.
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik