Azərbaycanda ev tikmək üçün yeni qaydalar - DƏYİŞİKLİK
Sosial
Oxunub: 1 697
23 apr 2015 | 20:03
Azərbaycanda ev tikmək üçün yeni qaydalar - DƏYİŞİKLİKMilli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ parlamentin aprelin 28-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilən Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Məcəllənin 75.1 maddəsinə təklif edilən dəyişikliyə əsasən, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zondlaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrinə yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Hazırda isə tikintiyə icazə verilməsinin mümkünlüyü yalnız Məcəllənin 11-ci maddəsinə əsasən yoxlanılır.

Məcəllənin 75.4 maddəsinə təklif edilən dəyişikliyə əsasən, tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyatı qurumlara rəy bildirilməsi üçün göndərilən sorğuya cavab verilmə müddəti 1 aydan 15 günə qədər azaldılır.

Məcəllənin 75.6-cı maddəsinə edilən dəyişikliyə əsasən isə müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.

Hazırki Məcəllənin həmin maddəsində isə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla 3 ay ərzində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.

Həmçinin Məcəlləyə məlumatlandırma icraatı ilə bağlı əlavənin edilməsi təklif olunur. Təklif edilən əlavəyə görə, insanların yaşaması və toplaşması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.

Hazırki Məcəllədə məlumatlandırma icraatı ilə bağlı maddədə isə bu tələb belə qoyulur: "Mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırmalarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.

Mövcud Məcəlləyə əsasən, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq ərizədə qüvvədə olan müfəssəl planın tələbinə uyğun tərtib edilməlidir. Məcəlləyə təklif oluna əlavəyə əsasən isə, belə plan olmadıqda və ya onun müddəti bitdikdə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zondlaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır".
Bu gün, 12:32
Vilayət Eyvazov xidmətə qəbul üçün sıra baxışı keçirdi - VİDEO
Bu gün, 12:19
"AÇIQLANDI: Azərbaycan quru sərhədlərini bu səbəbdən bağlı saxlayır"
Bu gün, 11:23
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Bu gün, 11:18
ABŞ-İran danışıqları təxirə salındı
Bu gün, 11:13
Xankəndi şəhərinə daha 18 ailə yola salındı
Bu gün, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Bu gün, 09:54
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Bu gün, 09:50
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Bu gün, 09:40
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Bu gün, 09:31
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Bu gün, 09:27
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Bu gün, 09:23
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
Bu gün, 09:17
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
Bu gün, 09:00
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
Dünən, 16:00
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Dünən, 15:30
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
Dünən, 14:30
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Dünən, 13:17
Azərbaycan əhalisinin sayı artıb
Dünən, 12:13
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Dünən, 12:04
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dünən, 12:00
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
Dünən, 11:37
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
Dünən, 11:33
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI
Dünən, 11:18
Tramp və Pezeşkian 14 maddəlik sazişi BELƏ İMZALADI
Dünən, 10:53
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Dünən, 10:48
Prezidentdən ŞAD XƏBƏR - Tezliklə....
Dünən, 10:20
Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub