Bakıda taksi şirkətlərinin qəpik fırıldağı - PROBLEM
Sosial
Oxunub: 566
10 yan 2019 | 15:43
 Bakıda taksi şirkətlərinin qəpik fırıldağı - PROBLEM
















Bakıda ənənəvi taksi xidməti getdikcə sıradan çıxmaqdadır. İstisna hallarda müştərilərin bu taksilərdən yararlandığını görə bilərik.

Elə bu mövzuda reportaj hazırlayarkən öyrəndik ki, indi əksəriyyət “Uber”, “taxify”, “99 33", ”91 11", “85 55" kimi taksi şirkətlərinin xidmətinə üstünlük verir.

Bunun bir səbəbi qiymətlərdir, digər amil təhlükəsizlik və sürücünün vaxtında sifariş olunan ünvana gəlməsidir. Amma son vaxtlar müştəriləri narazı salan taksi şirkətlərinin qiymət manevrləridir.

Bizimlə söhbətində Bakı sakini Vüqar İlyasov dedi ki, taksi firmaları qəpik siyasəti yürüdürlər. Ona görə artıq şirkətlərin çoxuna inam azalmaqdadır.

Bunun psixoloji reallığı belədir ki, 3 manatlıq yol firmanın operatoru tərəfindən 3 manat 60 qəpik hesablanır. Müştəri imtina edə bilmir, razılaşır. O halda müştəri taksidən düşəndə 3 manat 60 qəpik verməyə utanır, yaxud xırda pulu olmur və 4 manat ödəniş etməyə məcbur olur.

Bundan əlavə, 4 manat ödəniş edəndə sürücü də qalığı qaytarmır. O zaman ənənəvi taksi ilə 4 manata getməklə, taksi firmasından 3 manat, 60 qəpiyə getməyin fərqi nədir?

Tez-tez taksi xidmətindən istifadə edən Səid Vəliyevin sözlərinə görə, ən bahalı şirkət “189"-dur: ”Ən səliqəsiz, nizam-intizamsız 99 33 işləyir. Axır vaxtlar “85 55" daha operativ işləyir. 99 11 isə bahalıdır, o xidmətdən də istifadə eləmirəm.

İkincisi, şirkətlər yaxşı fırıldağa əl atıblar. Məsələn, “Neftçilər” metrosunun qabağından 7-ci mikrorayona gedirsən. Operator gediş haqqının 5 manat 30 qəpik olduğunu bildirir. Bunu ya 5 manat hesabla gedək, ya da 6 manat de ki, imtina edək. 30 qəpik quyruqdur, sən də məcbur olub taksidə 6 manat atıb düşürsən".

Hazırda ən çox sifariş edilən *9933 nömrəli “Salam” taksi, *8555 nömrəli “Ailə” taksi, *9111 nömrəli “Ekonom” taksi, *8844 nömrəli “City” taksi, *5000 nömrəli “Ulduz” taksi bu siyasəti həyata keçirirlər.

“Taxify” onlayn taksi xidmətində isə sayğac hesablamasıdır. Söhbətləşdiyimiz vətəndaşların sözlərinə görə, *9933 nömrəli “Salam” taksi xidməti guya ucuz işləyir.

Amma nə zəng edib operatora düşmək olur, nə sürücü vaxtında gəlir. Ümumiyyətlə, ötən ilin ikinci yarısından başlayaraq, taksi şirkətləri qiymətləri də artırıblar.

Çünki qiymətləri tənzimləyən qurum yoxdur, bu bazarda bir xaos hökm sürür. Ona görə hər bir şirkət istədiyi tarifi müəyyənləşdirir. Əvvəlcə müştərini cəlb etmək üçün ucuz qiymətlər təklif edirlər, sonra bazarda yer tutub qiymətləri qaldırırlar.

Həmsöhbət olduğumuz Malik Tağıyev bildirir ki, taksi şirkətləri işə qəbulla bağlı tam özbaşına mühit yaradıblar: “Şirkət sürücünün peşəkarlığına, yolları yaxşı tanımasına baxmır, tibbi müayinədən keçirmir. Bəlkə bu adam narkotik istifadəçisidir?

Bəzi firmalar məhkumluq haqda arayış tələb edir. Amma əksəriyyəti heç buna da baxmır. Sadəcə, VÖEN, sürücülük vəsiqəsi təqdim elə, elə bu andan etibarən işləməyə başla.

Hətta çoxu fərqlənmə nişanı almadan taksi işləyir. Fərqlənmə nişanının alınması isə sadədir. Şəxs özünə VÖEN açdıqdan sonra sadələşdirilmiş vergi formasında 18 manat dövlət rüsumu ödəyir.

Sürücü həmin ödənişi təsdiq edən qəbzi, sürücülük və şəxsiyyət vəsiqəsini Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin fərqlənmə şöbəsinə təqdim edir. Belə olmaz. Ona görə kimin maşını varsa, taksi işləyir, sifariş edilən ünvanları tapa bilmir".

Bəzi taksi sürücüləri də narazılıq edirlər. Onlar şirkətlərin daha çox mənfəət qazandıqlarını deyirlər.
“Yeni Müsavat”
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Dünən, 10:38
Rəisisiz iclas... - Foto
Dünən, 10:33
Bakıda Avropa çempionatı başlayır
Dünən, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Dünən, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Dünən, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Dünən, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Dünən, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Dünən, 09:30
İran hökuməti təcili toplanır
Dünən, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Dünən, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Dünən, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Dünən, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Dünən, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
19-05-2024, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO