“Facebook” müxalifəti ənənəvi partiyaları tormozlayıb?
Sosial
Oxunub: 346
9 yan 2019 | 15:00
“Facebook” müxalifəti ənənəvi partiyaları tormozlayıb?
















Azərbaycanda etirazlar küçələrdən virtuala transformasiya olunub. 2010-cu ildən başlanan bu proses son dövrlərdə artıq institutlaşmaqdadır. Bu etirazların praktik nəticəsi 2013-cü ildə “Əsgər ölümlərinə son” şüarı ilə gerçəkləşmişdi.

Sosial şəbəkələrdə təşkilatlanan gənclik Fəvvarələr meydanına axışmışdı. İkinci belə bir nümunə yoxdur və insanlar “facebook” partiyası qurublar, sosial şəbəkələrdə etiraz edirlər, kampaniya başladırlar, hökumət rəsmilərinin səhifələrinə açıq şəkildə yazırlar.

Bu trendi bloqçu Mehman Hüseynova yeni cinayət işi açılması ilə bağlı sosial şəbəkələrdəki etirazlarda görmək olar. Artıq bir “facebook” müxalifəti yaranıb.

Azərbaycan Xalq Partiyası (AXP) sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, “facebook” günümüzün gerçəkliyidir: “Ancaq mən real mübarizənin, reallıqda addımlar atılmasının tərəfdarıyam”.

ReAL Partiyasının icraçı katibi Natiq Cəfərlinin sözlərinə görə, son 5 ildə dünyada sosial şəbəkələr təşkilatlanmaq üçün asan yerə çevrilib:

“Hətta demokratik ölkələrdə təşkilatlanmaq üçün sosial şəbəkədən istifadə edirlər. Məsələn, Fransada ”sarı jiletlilər” sosial şəbəkə üzərindən təşkilatlanırlar.

Bizdə isə problem ondan ibarətdir ki, enerji “facebook”a yığışır, bunu reallığa büruzə vermək olmur. Partiyaların strategiyası sosial şəbəkənin pozitiv gücündən istifadə üçün yollar tapmaq olmalıdır. Partiyalar bunun bir mexanizmini qurmalıdır.

Siyasi güclər bilməlidirlər ki, sosial şəbəkələr platformadır, həll yolu deyil. Kim “facebook”a platforma kimi baxacaq, onun pozitiv gücündən istifadə edəcək, o da partiyanın sosial şəbəkə üzərindən təşkilatlanma işini qura biləcək, kim partiya fəaliyyətini ancaq virtualdan qurmağa çalışacaq, getdikcə marginallaşacaq".

N.Cəfərli hesab edir ki, virtual şəbəkələrin dağıdıcı güc olması ehtimalı da var: “Çünki bu sistem bir mərkəzdən idarə olunmur. Bu faktordan xarici güclər istifadə edə bilər.

Necə ki, Amerika kimi dövlətdə seçkinin nəticələrinə Rusiya sosial şəbəkə üzərindən təsir edə bilib. Azərbaycan kimi kiçik ölkələrdə bunu reallaşdırmaq daha asan ola bilər.

Ona görə siyasi partiyalar yeni dövrün tələbinə uyğun olaraq, sosial şəbəkələrin pozitiv tərəflərindən istifadə etmək formasını tapmaqla yanaşı, neqativləri aradan qaldırmağın həlli yollarını da müzakirə etməlidir".

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublunun fikrincə, sosial şəbəkələr insanların bir-biri ilə təmas qurma mərkəzidir:

“İnkişaf etmiş ölkələrdə ”facebook" pozitiv, həyata yeniliklər gətirən münasibətlər qurmaq üçün istifadə olunur. Bizdə əksinədir. Sosial şəbəkəni siyasi meydan hesab edirlər, enerji gedir, vaxt itkisi olur".

X.Teyyublu sosial şəbəkələrin ictimai rəyə təsirinin olduğunu təsdiqləyir: “Nə vaxtsa virtualda oturan narazı elektoratın etirazları küçələrə daşıması mümkün ola bilər. Amma bunun üçün strategiya olmalıdır.

Nəzərə alınmalıdır ki, nə qədər “facebook” müxalifəti olsa da, sosial şəbəkələrə nəzarət, basqı var. Situasiyaya uyğun olaraq, siyasi prosesi sosial şəbəkələr idarə edə bilər. Bu məsələdə gəncliyin rolu daha çoxdur.

Partiyalar indiki halda sosial şəbəkələrdə açdıqları qruplar, səhifələrlə müəyyən mənada narazı elektoratı yanına çəkməyə çalışır. Amma son sözu insanların virtual yox, real həyatdakı davranışlar deyəcək".
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...