Kommunal xidmətlər xəbərdarlıqsız kəsilə bilərmi?
Sosial
Oxunub: 432
8 yan 2019 | 19:50
 Kommunal xidmətlər xəbərdarlıqsız kəsilə bilərmi?















İbrahim Kərbalayev: “Planlı işlər görüldüyü zaman öncədən bütün təbii qaz istehlakçılarına məlumat verilir”

Son zamanlar mənzillərə verilən təbii qazın xəbərdarlıq edilmədən kəsilməsi ilə bağlı abonentlərin şikayətləri artıb. Bakının əksər rayonlarda zaman-zaman qaz xətlərində təmir-bərpa işlərinin aparılması, müəyyən hallarda isə qəzaların baş verməsi səbəbindən bəzən hansısa qəsəbəyə gün ərzində qazın verilişi dayandırılır. Lakin bununla bağlı abonentlər birbaşa məlumatlandırılmadığından “sürpriz” hallarla qarşılaşırlar. Qış fəslində bu kimi halların insanların həyatında necə problem yaratması isə hər kəs üçün aydın olan bir məsələdir.

Mətbuatda hansısa rayonda təbii qazın verilişində müvəqqəti fasilənin olacağı ilə bağlı məlumat getsə də, bu informasiyanı oxumayan abonentlər nəzərə alınmır. Bəzən isə təbii qazın verilişinin bərpasında xəbərsiz olan vətəndaşların evində təhlükəli vəziyyət yaranır.

Abonentlər təklif edir ki, təkcə təbii qazın deyil, su, elektrik və digər kommunal xidmətlərin verilişində yaranan problemlər, fasilələr barədə xəbərdarlıq təkcə mətbuatla deyil, SMS vasitəsilə mobil telefonlara göndərilsin. Çünki hər evdə mobil telefon istifadəçiləri olduğundan bu halda məlumat daha əlçatan olacaq.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirdi ki, hazırda abonentlərə SMS göndərilməsi üçün hər hansı texnologiyan mövcud deyil: “Planlı işlər görüldüyü zaman öncədən bütün təbii qaz istehlakçılarına məlumat verilir. Məlumatlar televiziya, radio, saytlar, yəni bütün kütləvi informasiya vasitələri ilə cəmiyyətə çatdırılır ki, əhalinin hansı təbəqəsi xəbəri haradan oxuyursa, oradan məlumat ala bilsin. Yalnız qəza halları istisna təşkil edir. Yeraltı və yerüstü qaz xətlərində hər hansı qəza baş verərsə bu da qısa vaxt ərzində aradan qaldırılır. Ancaq planlı işlər zamanı bir neçə gün öncədən məlumat verilir”.

Təbii qazın verilişinin bərpası zamanı mənzillərdə təhlükəli durum yaranması ilə bağlı məsələyə münasibət bildirən İ.Kərbalayev bununla bağlı vətəndaşlar arasında maarifləndirmə işlərinin aparıldığını bildirdi: “Qaz cihazlarından istifadə olunduqdan sonra onlar vintildən, yəni qaz kranından bağlanmalıdır. Qaz xəttini açıq qoyub evi tərk etmək olmaz. İstehlakçılarımız bu barədə yetərincə məlumatlıdırlar. Gecə yatarkən, mənzili tərk edərkən qaz cihazlarını yanılı vəziyyətdə qoymaq olmaz. Kombi tipli qaz cihazlarında isə avtomatlaşmış bir sistem var ki, qaz kəsildikdə və yenidən verildikdə avtomatik olaraq bağlanır. SMS göndərilməsi ilə bağlı isə hazırda elə bir sistem mövcud deyil”.
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO