Qorxmaz Hüseynov MTN işçisinə və deputat qohumuna vəzifə paylayıb - Sensasion detallar...
Sosial / Dunya
Oxunub: 1 085
7 yan 2019 | 12:00
Qorxmaz Hüseynov MTN işçisinə və deputat qohumuna vəzifə paylayıb - Sensasion detallar...















“Azərsu” ASC sədri Qorxmaz Hüseynovun əmrinə əsasən yaradılan 4 saylı Şirvan Regional Su-kanal İdarəsindəki təyinatlar adamın gözlərini hədəqəsinə çıxarır. Cahan.info xəbər verir ki, ASC rəhbəri sabiq MTN əməkdaşına və deputat Rüstəm Xəlilovun kürəkəninə vəzifələri peşkəş eləyib. Sanki Q.Hüseynov kadr tapmayıb. Bu faktla bağlı incə detallar azeuronews.com-un məqaləsində keçir. Məlum olur ki, 7 ay əvvəl yaradılan regional idarəyə qalmaqallı adamlar rəhbər gətiriliblər. Regional idarənin tabeliyində 12 şəhər və rayonun su kanal idarələri sahə kimi fəaliyyət göstərməkdədir. Təsəvvür edin ki, böyük bir coğrafiyanı əhatə edən bu regional idarənin başında Eldar Mahmudovun adamlarından birinin və deputatın kürəkəninin dayandığı iddia edilir. Belə ki, 4 saylı regional idarəyə Azad Qurbanov adlı keçmiş MTN işçisirəis təyin edilib. A.Qurbanovözünə müavin gətirib. Həmin şəxs Şirvan su kanal idarəsinin rəisi Hamlet Hüseynovdur. İddialara görə, regional idarənin pərdəarxasında əsl hökmranlığı elə H.Hüseynovun əllərindədir. H.Hüseynov isə 6 ay əvvəl idarənin sahə rəisi işləmiş Seymur Nəzərovu öz yerinə təyin etmişdi. İndi onu yenidən 6 ay boş qalan köhnə işinə - sahə rəisliyinə qaytarıb. İşin maraqlı tərəfi ondan ibarətdir ki, S.Nəzərov sahə rəisliyinə döndükdən sonra Şirvan su-kanal idarəsi müdiri postuna Elşad Ağalarov adlı şəxs gətirilib. Buna regional idarə rəisi A.Qurbanov razılıq verib, müavini H.Hüseynov da onu öz yerinə təyin edib. E.Ağalarov buna qədər satış şöbəsinin rəisi işləyirdi. Satış şöbəsinə yeni rəis isə Amid adlı şəxs qoyulub. Bu yerdəyişmələrin fəlsəfəsinin, mənasının nədən ibartə olduğu, gerçək mahiyyəti bilinmir. Təkcə bilinən odur ki, Şirvanın yeni su-kanal idarə müdiri Elşad Ağalarov “Azərsu” ASC sədrinin müavini Köçəri Həsənovun maşasıdır. Habelə, E.Ağalarov Sabirabadın millət vəkili Rüstəm Xəlilovun bacısının kürəkənidir. Cahan.info xəbər veri ki, E.Ağalarov özünü ağa kimi aparır. Bir tərəfdə “Azərsu” ASC sədrinin müavini K.Həsənov kimi dağ boyda arxa-dayağı, digər tərəfdə R.Xəlilov kimi deputat qohumu dayanır. Ona kim bata bilər? Ona görə ondan narazılıq edəni hədələdiyi bildirilir. İddialara görə, hələ satış öbəüsi rəisi vəzifəsində işlədiyi dövrdə E.Ağalarov mərkəzlə yaxşı kontakt qurub. “Azərsu” ASC nümayəndələri Bakıdan Şirvana gedərək şadlıq saraylarını, restoranları sayğacdan kənar su xətti işlətmək adı ilə cərimələyirdilər. Lakin Q.Hüseynovun baş verənlərdən xəbəri olmadığı hiss edilir. Çox maraqlıdır ki, deputat R.Xəlilovun Şirvanda vəzifə daşıyan qohumları az deyil. Millət vəkilinin qardaşı oğlu Ağaşirin Xəlilov uzun illər Şirvanişıq idarəsində müdir işləyib və bir müddət əvvəl işdən çıxarılıb. Hazırda isə Şirvanda "Elit" restoranın sahibidir və oranı işlədir. Başqa bir qardaşıvaxtı ilə Şirvan elektrik şəbəkəsində müdir işləyib. Hazırda isə Hacıqabul rayonunda satış müdiri işləyir. Həmin idarənin müdiri də Rüstəm Xəlilovun qardaşı oğlu Mehman Xəlilovdur. O, Mehman Xəlilov ki, əmisinə güvəndiyindən, Hacıqabulda heç kəslə hesablaşmır. Deputatın Bakıda, Şirvanda və bir neçə yerdə göz oxşayan villaları var. Görəsən, deputatın bütün qohum-əqrəbalarına niyə yaxşı vəzifələr verilməlidir? “Azərsu” ASC sədri 4 saylı regional idarədə 7 ay ərzində nələr baş verdiyini öyrənibmi? Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankındakı kredit qalmaqalına görə istintaqa cəlb olunan adlar sırasında deputatın oğluna da rast gəlinib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılan deputat oğlunun kredit fırıldağında iştirak edənlər arasında adı çəkilib. Yazıda adı keçən tərəflərin açıqlamalarını dərc etməyə hazırıq.
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO