Deputat Şeyxə məktub yazdı: Bu hal utancvericidir
Sosial
Oxunub: 364
26 dek 2018 | 21:43
Deputat Şeyxə məktub yazdı: Bu hal utancvericidir














Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub yazıb.

Oxu.Az-ın xəbərinə görə, millət vəkili məktubunda bildirib ki, Bakıda keçirilən “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”un panellərində müzakirələr zamanı İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberlinin “Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur” deməsi onu dərindən sarsıdıb.

“Azərbaycanın bəzi rayonlarında, o cümlədən Bakının bir sıra kəndlərində qız uşaqlarının təhsil almaları ilə bağlı problemlərin olduğunu, bəzi valideynlərin qız övladlarını məktəbə buraxmadıqlarını dəfələrlə ictimaiyyətin və müvafiq dövlət orqanlarının diqqətinə çatdırmışıq.

Ötən əsrin əvvəllərində, müsəlman şərqinin qaranlıqları içərisindən sıyrılmağı bacaran ziyalılarımız Azərbaycan qızlarının təhsil almalarına böyük əhəmiyyət verdikləri, bunun üçün böyük fədakarlıqlar etdikləri halda, biz Cümhuriyyətimizin 100-cü ildönümündə, dünyəvi Azərbaycan Respublikasında qızlarımızın məktəbə buraxılmamasından danışırıq. Utanvericidir!

Nəinki Bakıda, bütün müsəlman şərqində ilk dünyəvi qızlar məktəbinin açılışından 117 il keçir.

Məktəbin qurucusu Hacı Zeynalabdin Tağıyevə görə, “bir kişi təhsil alarsa, bu, yalnız savadlı bir insan olması deməkdir. Amma bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir”.

Oxu: Gövhər Baxşəliyeva: Qızların tərbiyəsi ilə atalar məşğul olmalıdır – MÜSAHİBƏ
117 il öncə heç bir təhsili olmayan Hacı Zeynalabdin Tağıyev bu böyük həqiqəti anladığı və dilə gətirdiyi halda, əhalisinin az qala 100%-i savadlı olan Azərbaycan Respublikasında qızların təhsildən yayındırılması təəssüf doğurur.

Vaxtilə müsəlman qaragüruhçularının sözünü kəsmək üçün Hacı Zeynalabdin Tağıyev nüfuz sahibi olan Molla Mirzə Məhəmməd oğluna çoxlu pul və hədiyyələr verib müqəddəs yerlərə – Məkkəyə, Mədinəyə, Kərbəlaya, Qahirəyə, İstanbula, Tehrana göndərmiş və tapşırmışdı ki, oradakı mötəbər, rəsmi din xadimlərinin hamısından imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsın ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa, müasir məktəblərdə də təhsil ala bilərlər.

Zeynalabdin Tağıyevin məsciddə, ruhanilər qarşısında çıxışı isə xüsusi maraq doğurur: “Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir…”

Amma görünür Zeynalabdin Tağıyevin 117 il öncə etdiklərinin bu gün də təkrarlanmasına ehtiyac var”, – deyə Q.Həsənquliyev məktubunda bildirib.

Onun sözlərinə görə, bu gün bəzi yaşayış məntəqələrində qızların təhsil almaları ilə bağlı yaranmış vəziyyət hamını ciddi şəkildə narahat etməlidir:

“Çünki təhsilsiz qadın hər şeydən öncə təhsilsiz övlad və təbii ki, təhsilsiz millət deməkdir.

Düşünürəm ki, din xadimləri öz xütbələrində, iştirak etdikləri məclislərdə rəvayətlər danışmaq əvəzinə qızların təhsil almalarını, qadın hüquqlarını, xeyriyyəçiliyi, haqqı və ədaləti təşviq etməli, bu istiqamətdə ardıcıl təbliğat aparmalı, sivil cəmiyyət quruculuğuna öz tövhələrini verməlidirlər.

Ümid edirəm rəhbərlik etdiyiniz qurumlar tezliklə bu istiqamətdə real addımların atılmasına nail olacaqlar”.
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO