ADPU-nin müəllimi Qarabağ qazisinin torpağını zorla əlindən alır... - GİLEY
Sosial
Oxunub: 361
26 dek 2018 | 17:21
ADPU-nin müəllimi Qarabağ qazisinin torpağını zorla əlindən alır... - GİLEY














Son dövürlər arxalıların Azərbaycanda özbaşınalığı, arxa-dayaq duranlarına güvənərək kimlərinsə halal, qanununi mülklərini zəbt etməsi və qeyri qanuni leqallaşdırması mətbuatın gündəmini zəbt edib. Bu insanlar müharibə vetiranı, şəhid ailəsi demədən bu işi nəyin bahasına olursa-olsun gerçəkləşdirməyə çalışırlar. Pulları, vəzifələri varsa özlərini hakimi mütləq kimi aparırlar. Onların törətdikləri bu əməllər ölkə vətəndaşlarını dövlətdən, dövlətin apardığı siyasətdən narazı salmağa hesablanıb. Ölkə başçısının sərəncamı ilə müharibə veteranlarına, qazilərə, şəhid ailələrinə ev verildiyi bir zamanda kimlərinsə müharibə veteranının qanunu torpağını zəbt etməsi, qanunsuz olaraq məhkəmələrdə süründürməsi elə dövlət başçısına qarşı bir təxribatdır.

Saytımıza qarabağ qazisi Əliquliyev Qərib Məmmədxan oğlu müraciət edərək kömək istəyib. Qarabağ qazisi Azərbaycanın tanınmış elm ocaqlarından birində işləyən, özünü ziyalı hesab edən bir şəxsin səlahiyyətlərindən və imkanlarından istifadə edərək onun qanuni torpaqlarını zorla ələ keçirmək istəməsi ilə bağlı saytımıza danışdı.

Şikayətçi Əliquliyev Qərib Məmmədxan oğlu qeyd edir ki, 1959-cu ildə Qərbi Azərbaycanda anadan olub və məlum hadisələrdən sonra Ermənistandan-dədə-baba yurdundan didərgin düşüb. Hal-hazırda Bakı şəhər Nərimanov rayon Çəmənzəminli küç, ev, 132-də yaşayır. Pənah gətirdiyi doğma yurdunda da problemsiz ötüşməyib. Hazırda ona və yaxınlarına məxsus olan, öz halal zəhmətləri bahasına əldə etdikləri torpaqlar indi də Azərbaycanda bəzi adamlar tərəfindən zəbt edilir.

Şikayətçi qeyd edir ki, Səbail rayon, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 18 sot torpaq sahəsi 1994-cü ildən etibarən qanuni olaraq ona məxsus olub. Lakin əlində olan qanuni sənədlərinə baxmayaraq Cəbrayılov Rəna Polad qızı adlı şəxs ona məxsus torpaq sahəsinin səlahiyyətlərindən və arxalandığı vəzifəli şəxslərdən istifadə edərək onun əlindən almağa çalışır. Cəbrayılov Rəna Polad qızı Cəbrayılov Məlikməmməd Saday oğlunun həyat yoldaşıdır. M.Cəbrayılov 1966-cı ildən Azərbaycan Dövlət Pedeqoji Universitetində fəaliyyət göstərir. M.Cəbrayılovun həyat yoldaşının bu əmələrinə biganə qalması onu deməyə əsas verir ki, uzun müddət Pedeqoji universitetində çalışan bu şəxs məsələnin arxasında dayanır, öz səlahiyyətlərindən və imkanlarından istifadə edir. Yaxud da Rəna Cəbrayılova hansısa vəzifəli qohumuna güvənərək bu qanunsuz əməlindən daşınmaq istəmir.

Şikayətçi bildirir ki, məsələ ilə bağlı Səbail rayon 41-ci Polis Bölməsinə dəfələrlə şikayət etməsinə baxmayaraq, heç bir nəticə əldə edə bilməyib. Polislər Q.Əliquliyevin torpaq sahəsinin zorla zəbt olmasına məsələyə müdaxilə etməyiblər. Cəbrayılov Rəna Polad qızı daha da irəli gedərək hətta ərazidə tikinti də aparmağa cəhd edib. Bunu görən vətəndaş nicat yolunu məhkəmədə axtarıb. Məhkəmə ədalətli qərar çıxarsa da məsələ həllini tapmayıb. Qarşı tərəf əməllərini davam etdirib. Q.Əliquliyev yenidən polisə müraciət etsə də nəticə olmayıb. Yenə də polis nəyinsə müqabilində məhkəmə qərarının əleyhinə gedərək hadisəyə müdaxilə etməyib. Rəna Cəbrayılova ərazidə qanunsuz tikili aparamağa və ərazini zəbt etməyə davam edib. Polisin məhkəmə qərarını heçə saymasını görən Rəna Cəbrayılova bir az da irəli gedərək Q.Əliquliyevin həyətinə gedən yolu daş hasarla hörərək bağlamışdır. Növbəti şikayətlər əsasında dəfələrlə daş hasar sökülsə də bir müddət sonra yenidən Rəna Cəbrayılova tərəfindən tikdirilmişdir.

Qarabağ qazisi əlavə olaraq bildirir ki, hazırda iş Ali Məhkəmədədir və məhkəmədən ədalətli qərar gözləyir. Əgər, Ali Məhkəmə ilkin yerli məhkəmələrin qərarını qüvvədə saxlamazsa, qanunsuz qərar verərsə, onu çarəsiz buraxarsa, ilk öncə mətbuat konfransı keçirəcək. Hüquqlarının müdafiəsi üçün axıra qədər mübarizəsini davam etdirəcək. Səsinə səs verən olmazsa ciddi aksiyalara başlayacaq.

Qarabağ qazisi sonda jurnalistlərə və hüquq müdafiəçilərinə onu müdafiə etmələri üçün müraciət edib. Sabah saat 11.50-da Ali məhkəmədə keçirilən prosesdə iştirak etmələrini və işıqlandırmalarını, habelə mövzunu diqqətdə saxlamağı xahiş edib.
BakuNews.az

Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO