Bu ittihamlar Ceyhun Bayramovun diqqətini cəlb edəcəkmi? - Belə deyirlər...
Sosial
Oxunub: 331
24 dek 2018 | 20:16
Bu ittihamlar Ceyhun Bayramovun diqqətini cəlb edəcəkmi? - Belə deyirlər...















Qaçqın və məcburi köçkün problemlərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti cənab İlham Əliyevin qayğısı və bu sahədə ölkə başçısının müəyyən etdiyi kursu dayanmadan davam etdirilir. Rəsmi statistikaya görə qaçqın və məcburi köçkünlər üçün son 12 ildə respublikanın 30-dan çox şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bu yaşayış məntəqələrində 150 ümumtəhsil, 7 musiqi və incəsənət məktəbi, 1 mədəniyyət sarayı, 50 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi və 2 olimpiya idman kompleksi tikilib. İndiyədək 49 min qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu həqiqətən sevindirici bir statistik rəqəmdir. Amma gəlin görək dövlətin gördüyü bu kimi böyük işlərin müqabilində yerli icra orqanları öhdələrinə düşən içləri layiqincə görə bilirlərmi? Təbii ki İşinə vicdanla yanaşanlar da var.

Amma Zəngilan rayonu barədə biraz fərqli məlumatlar yayaılmaqdadır. Qeyd edək ki, Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra digər işğal olunmuş rayonların əhalisi kimi sözügedən rayonun əhalisi də əksər bölgələrə yayılıb. Məcburi köçkün həyatı, yurd həsrəti çəkən bu insanların böyük əksəriyyəti sosial-iqtisadi problemlər içində boğulur. Dövrü mətbuatda və elektron kütləvi informasiya vasitələrində isə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun barəsində kifayət yazılıb. Zəngilanın icra başçısı Ramiz Həsənov rayon əhalisi ilə nə görüşür, nə dərdlərini dinləyir, nə də problemlərinin həlli üçün addım atır. Köçkünlərin sözlərinə görə icra başçısının onlarla sonuncu dəfə nə zaman görüşdüyünü xatırlamırlar. Bununla yanaşı icra başçısı artıq zəngilanlıları yeni bir problemlə də üz-üzə qoyub. Bu da bu yaxınlarda Ramiz Həsənovun təqdimatı ilə Zəngilan rayon Təhsil Şöbəsinə müdir təyin edilmiş Nəsib Miriyev problemidir.
Məlumat üçün bildirmək istərdik ki, işğal ilə əlaqədar rayonun təhsil ocaqları Bakı və Sumqayıt şəhərlərində, habelə Şirvanda, Sabirabad və Abşeron rayonlarında yerləşməyə məcbur olublar. Rayon üzrə məktəblərin 34-ü tam orta, 2-si əsas, 1-i ibtidai olmaqla 26-sı Bakı şəhərində, 6-sı Sumqayıtda, 2-si Şirvan, 2-si Sabirabad, 1-i isə Abşeron rayonundadır. Hər tərəfə səpələnmiş bu məktəblərin idarə olunması təbii ki çox çətin məsələdir. Hər an müxtəlif yerlərdə yerləşən məktəblərə baş çəkmək, müəllim və şagirdlərin problemləri ilə maraqlanmaq məsuliyyət tələb edir.

Lakin təhsil şöbəsinin müdiri Nəsib Miriyevin bu vəzifəyə gəlişi bir il olmasa da, əvvəlki rəhbərlərin fəaliyyətindən heç fərqlənmir.
Nəsib Miriyev tərəfindən rəvac verilən qeyri-qanuni əmək haqlarının yazılması, məktəbdənkənar müəssisələrdə əlavə qrupların yaradılması, ödəniş dərəcələrinin düzgün müəyyən edilməməsi, siniflərdə qəsdən komplektləşmə aparılmaması və digər bu kimi hallar yanaşı, təhsilə ayrılmış vəsaitlərin də silinməsi barədə artıq söz söhbətlər dolaşmaqdadır
Məlumata görə Nəsib Miriyev direktorlarla birgə təhsil müəssisələrində əslində keçirilməmiş dərs saatlarına görə əmək haqqlarının hesablanması və digər üsulların tətbiqi ilə dövlət vəsatlərinin mənimsənilməsinə artıq start verib. İxtisas müəllimləri olmadığı təqdirdə, daha doğrusu, məktəbdə kadr çatışmazlığı olduğu halda, müəllimlər yerdə qalan dərsləri əvəzləyə bilərlər.Buna görə müəllimə əlavə əmək yazılır. Nəsib Miriyev isə direktorlara qeyri rəsmi verdiyi göstərişdən sonra həmin dərsləri müəllimlər əvəz etsələr də, buna görə ayrılmış məvacibləri ala bilmirlər. Səbəb isə təbii ki bəlldir.

Respublikanın hər yerində olduğu kimi repetitor problemi Zəngilan məktəblərində də mövcüddur. Amma burada bir az fərqlidir.Məlumata görə paytaxt Bakıda övladlarını ali təhsil müəssisələrinə hazırlaşdıran valideynlər onların adlarını “nəzarətdən uzaq” Zəngilan məktəblərinə yazdıraraq repetitor kurslarına gedirlər. Rayon məktəblərində şagirdlərin dərsə davanmiyyəti barədə isə danışmağa heç dəyməz. Sadəcə qəflətən hər hansı bir Zəngilan məktəbinə baş çəkmək kifayətdir .

Qeyd etdiyimiz kimi kütləvi informasiya vasitələrində rayonun təhsil müəssisələrində pedaqoji işi bilməyən kadrlara yer verilməsi barədə əvvəlki müdirlərin əməlləri barədə də kifayət qədər yazılıb.
Deyəsən, Nəsib Miriyiv də əvvəlkilərin yolunun layiqli davamçısı olmağa həvəslidir. Amma çox tez həvəslənib. Onu belə tez həvəsləndirən amil ya rayon İcra Hakimiyyətrinin başçısı Ramiz Həsənov,ya da…
Aktualinfo.org
Bu gün, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Bu gün, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Bu gün, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Bu gün, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Bu gün, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Bu gün, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Bu gün, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Bu gün, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Bu gün, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Bu gün, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Bu gün, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Bu gün, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Bu gün, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Bu gün, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Bu gün, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Bu gün, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Bu gün, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Bu gün, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Bu gün, 10:10
ADNA terrorundan 15 il ötür
Bu gün, 10:04
Daha bir qrup sakin Laçına gedir
Bu gün, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Bu gün, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı