Qarabağ əlilləri Murad Dadaşovun araçılığı ilə "Nurgün Motors"a müraciət etdilər... - GİLEY
Sosial
Oxunub: 452
22 dek 2018 | 17:30
Qarabağ əlilləri Murad Dadaşovun araçılığı ilə "Nurgün Motors"a müraciət etdilər... - GİLEY














Xalq artisti Murad Dadaşov “Maşın şou”ya bu yol “hind sürəti” verib. Maşın , həmişəki kimi, “Nurgün Motors” şirkətinin payıdır. Bu payda Qarabağ əlillərinin də pensiyasından 350 manat var.

Bu boyda xeyriyyəçi şirkət Qarabağ əlillərinin pensiyasından necə yararlanır? Düz 5 il qabaq düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı , xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadəyə aidliyi olmayan reabilitasiya vasitəsini –“əlil maşını”nı dayandığı yerdə “ məmur avtoşbalası” Fərid Zakir oğlu Hüseynovun 10 -CK-200 dövlət nömrə nişanlı “Nissan X-Trail”i arxadan vurub “metallomluq” edib. Qarabağ əlillərinin olay yerinə çağırdıqları Suraxanı yol polisi əməkdaşı Tahir İsgəndərov “avtoşbala”nın məmur atasının zəngi ilə rəhbərindən necə göstəriş alıbsa, Qarabağ əlilini alkoqol testindən keçirib, amma eni 15 metr olan yolun kənarında dayanan “əlil maşını”nı arxadan vuran “Nissan”ın sürücüsünü testdən keçirməyi “unudub”. Qaydalara görə, alkoqol testindən könüllü -könülsüz imtina isə sürücünün içkili olmasının sübutudur. Di gəl, məmur özbaşınalığı elə “qudurub” ki, eldə deyildiyi kimi, yanan da əlil, yaman da; məhv edilən də “ əlil maşını “ , suçlu da maşına aidliyi olmayan əlil. Onu da vurğulayaq ki, hələ də baş verən olayın protokolu Qarabağ əlilinə verilməyib. Axı, maşına aidliyi olmayan əlil haqqında necə protokol tərtib edilə bilər? Amma protokol tərtib etmədən Suraxanı məhkəməsi 5 il qabaq Qarabağ əlilini 400 manat cərimə edib ki, sürücülük vəsiqəsi olmadan “əlil maşını”na keşik çəkib! (?) 400 manatın faizlə “şişdiyi” nədəni ilə saxta cəriməni ödəməyə məcbur olan Qarabağ əlilinə qarşı bu yol “Nissan”ı sığortalayan “Rəvan sığorta” “səlib yürüşü”nə çıxıb. Törəməsi olduğu “Nurgün Motors”da 10 min manatlıq saxta defekt aktı tərtib etməklə xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilindən xeyir uman “xeyriyyəçi” şirkətin bu saxtalığını Vergilər Nazirliyinin yoxlaması üzə çıxarıb və həm “Nurgün Motors” , həm də “Rəvan” cərimələnib. Amma “ana-bala” şirkətlər cərimənin əvəzini Qarabağ əlilindən çıxmağa girişiblər. 5 ildir Qarabağ əlili məhkəmə “palatalarında” “müalicədədir”. Suraxanı məhkəməsinin hakimi Ramil Həsənov 2 il öncə “özünü yandırmaqla müalicə üsulunu” , Ədliyyə Nazirliyinin Suraxanı icra məmuru Vüsal Əliyev bu üsulun icrasını da fikirləşiblər. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ,icra sənədi olmadan icra məmuru Vüsal Əliyev Qarabağ əlilinin reabilitasiya vasitəsi olan əmlakına -həm avtomobilinə həbs qoyub, həm pensiyasını məktubla yarıqat edib. Pensiya ödəyən qurum Dövlət Sosial Müdafiə Fondu icra sənədi olmadan icra məmurunun məktubu əsasında (?) avqust və sentyabr aylarında hər ay 150 manat olmaqla Qarabağ əlilinin pensiyasından toplam 350 manatı “Rəvan sığorta” şirkətinin hesabına köçürüb. “İcra haqqında” qanunun 50.2 (əmlaka həbsin yalnız məhkəmə qərarı ilə mümkünlüyü haqqında ) və 68.1.2 ( tələbin xidməti vəzifələrini icra edərkən alınan xəsarətlərə görə ödənilən məbləğlərə yönəldilə bilməzliyi) maddələrini dövlət qulluğuna testlə “ girən” icra məmuru (və məmurlarına) 4 aylıq “test dərsləri” ilə anladandan sonra pensiyadan tutmalar dayandırılıb, amma hələ də “Rəvan sığorta” şirkətinə ödənilən iki aylıq məbləğ əlilə qaytarılmayıb. Nə sığorta şirkəti yediyi 350 manatı qaytarır , nə də müvafiq qurumlar tədbir görür. Prokurorluq Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə göndərir, polis dələduzluq, mütəşəkkil korrupsiya faktını mülki mübahisə sayıb məhkəməyə üz tutmağı məsləhət görür, Ədliyyə Nazirliyinin icra şöbələri , məhkəmələr isə məhkəmə müdafiəsi hüququna da qadağa qoyublar. Bu “şou”da əldən gedən əlilin 350 manatlıq qan haqqı, bir də maşınıdır.

İndi Qarabağ əlillərinin son ümid yeri “Maşın şou”nun aparıcısı, xalq artisti Murad Dadaşovdur.

“MURAD MÜƏLLİM, BAĞIŞLAYIN, SİZDƏ “NURGÜN MOTORS”UN 350 MANATI OLMAZ? “

MƏĞRUR BƏDƏLSOY
Bu gün, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Bu gün, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Bu gün, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Bu gün, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Bu gün, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Bu gün, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Bu gün, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Bu gün, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Bu gün, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Bu gün, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Bu gün, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Bu gün, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Bu gün, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Bu gün, 10:10
ADNA terrorundan 15 il ötür
Bu gün, 10:04
Daha bir qrup sakin Laçına gedir
Bu gün, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Bu gün, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib