Cahangir Hacıyev və daha 21 nəfərin 4,7 milyard manatlıq cinayət işi məhkəməyə göndərilib
Sosial
Oxunub: 475
22 dek 2018 | 09:10
Cahangir Hacıyev və daha 21 nəfərin 4,7 milyard manatlıq cinayət işi məhkəməyə göndərilib















Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Minval.İnfo-ya daxil olan məlumatda xatırladılıb ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev banka məxsus külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə təqsirli bilinərək müvafiq məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Həmin cinayət işinin materiallarından banka məxsus külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi və digər faktlara görə ayrılmış cinayət işi üzrə C.Hacıyev və digərlərinə əlavə ittihamlar irəli sürülməklə bir sıra epizodların istintaqı tamamlanıb.

Belə ki, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu gün, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Bu gün, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Bu gün, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Bu gün, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Bu gün, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Bu gün, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Bu gün, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Bu gün, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Bu gün, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Bu gün, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Bu gün, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Bu gün, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Bu gün, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Bu gün, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Bu gün, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Bu gün, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Bu gün, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Bu gün, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Bu gün, 10:10
ADNA terrorundan 15 il ötür
Bu gün, 10:04
Daha bir qrup sakin Laçına gedir
Bu gün, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Bu gün, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı