Milyonluq brilyant işi böyüyür: Vüsal Novruzov xəstə qadını həbsə atıb? -Foto/Video
Sosial / Dunya / Video
Oxunub: 1 175
19 dek 2018 | 14:00
Milyonluq brilyant işi böyüyür: Vüsal Novruzov xəstə qadını həbsə atıb? -Foto/Video















Vəzifəsindən azad olunmasına baxmayaraq, hələ də haqqında şikayətlər olan Bakı gömrüyünün sabiq şefi Vüsal Novruzovla bağlı bu dəfə video müraciət yayılıb.

Cahan.info-nun məlumatına görə, “kanal24”-ə çıxan Nigar Əlizadə V.Novruzovun və onun sürücüsünün anasının başına gətirdiyi işləri açıqlayıb.

Gömrükdən taladığı milyonlarla oliqarxa çevrilmiş, deputat Vahid Əhmədovun dediyi kimi, 27 milyardın silindiyi gömrükdən böyük pay götürmüş V.Novruzovun adı 2 milyonluq borc işində keçir.

Uzun müddətdir ki, borc qalmaqalı davam edir. Amma tərəflər bir-birini günahkar çıxarır. N.Əlizadə isə “kanal24” efirinə çıxaraq deyib ki, anası Əliyeva Gülarə və daha 3 qadınqızıl alqı-satqısı ilə məşğul olub.

Bir müddət onlar Vüsal Novruzovun sürücüsü işləyən Nəcəf Nəsirli ilə tanış olublar və müəyyən bir vaxtdan sonra sürücü G.Əliyevadan qızıl almaq istədiyini bildirib.

“Nəcəf Nəsirli Gülarə Əliyevanın etibarından sui-istifadə edib: “Nəcəf Nəsirlianamdan və 3 digər qadından Vüsal Novruzovun adından aldığı ümumi dəyəri 615 min dollar olan qızıl-zinət əşyalarının pulunu ödəməyib.

Bizə hədə-qorxu gələrək bildirib ki, sizin başınıza oyun açaram. Bəlkə də, Vüsal Novruzovun bu işdən xəbəri yoxdur, amma fakt olaraq qızıllar onun adı ilə alınıb.

Biz xahiş edirik ki, hazırda işi aparan müstəntiq Elçin Qurbanov bu işdən uzaqlaşdırılsın. Çünki Qurbanovun bu işi düzgün və ədalətli apardığına şübhəmiz var”.

Onun dediyinə görə, dekabrın 8-də anası polisə aparılıb. Ölkə başçısı İlham Əliyevdən, ölkənin birinci xanımı Mehriban Əliyevadan, Daxili İşlər Naziri Ramil Usubovdan kömək istəyən Nigar Əlizadə məsələnin düzgün araşdırılması üçün xahiş edib.

Anamın xəstəliyi nəzərə alınmadan hazırda Kürdəxanı təcridxanasında saxlanılır. Deyilən məlumata görə, Vüsal Novruzovun bu işdə əli yoxdur.

Əgər əli yoxdursa, bilmir ki, sürücüsü nə işlərlə məşğuldur? Onda ən azından Novruzov bizim haqlı olduğumuzunun ortaya çıxması üçün yardım etsin”.

Cahan.info-nun məlumatına görə, generalın sürücüsü tərəfindən aldadılanlar Gülarə Əliyeva, Bağda Hacıyeva və Naibə Nəcəfova və Aytən İbrahimovadır. N.Əlizadənin sözlərindən belə çıxır ki, anası Gülarə xanım həbs edilərək təcridxanada saxlanır.

V.Novruzovun sürücüsü ilə olan brilyant qalmaqalının bu qədər böyüməsi, qadının saxlanması sabiq gömrük şefinin məsələdə rolunun olduğunu istisna etmir.

Aytən İbrahimova deyir ki, hərdən də özümüz malları Vüsal Novruzovun “28 May” metrostansiyasının yaxınlığında yerləşən mənzilinə, bağ evinə, yaxud da ona məxsus olan “Edelveys” gül salonuna aparırdıq:

“Bizim Vüsal Novruzovla şəxsi tanışlığımız olmayıb, heç vaxt üz-üzə gəlməmişik. Sürücüsünü tanımışıq, həmin adam qızılları öz rəisi üçün aldığını deyirdi”.

Qızıl alverçiləri ilə gömrük generalının sürücüsü arasında alver bu minvalla 2016-cı ilə qədər davam edib.

A.İbrahimova deyir ki, həmin ilin əvvəllərində Nəcəf Nəsirli öz rəisi üçün növbəti dəfə onlara müxtəlif çeşiddə zinət əşyaları, qiymətli daş-qaş sifariş edərək gətizdirib.

Sifariş olunan malların ümumi dəyəri 615 min dollar olub. Amma sürücü bu qızıl-zinət əşyalarını aparsa da pulunu ödəməyib.

Qadınlar pullarını istəyəndə N.Nəsirli gah qızılları itirdiyini, gah da seyfdən oğurlandığını deyib. Hər dəfə söz verib ki, malların pulunu tezliklə düzəldib ödəyəcək. Amma daha sonra telefon nömrəsini dəyişərək əlaqədən itib.

Günlərin birində Aytən İbrahimova istirahət üçün Bodrumda olanda təsadüfən V.Novruzovun ailə üzvləri ilə “Rixos” oteldə rastlaşıb. Deyir ki, generalın ailə üzvlərinə N.Nəsirli sürücü kimi xidmət etdiyi üçün onlarla müəyyən tanışlıqları var idi.

Bu qarşılaşma zamanı məlum olub ki, sürücünün qadınlardan aldığı və pulunu vermədiyi qızıl-zinət əşyalarından bəziləri generalın ailə üzvlərinin üzərindədir.

“Mənimlə birgə işləyən Gülarə də yanımda idi. Vüsal Novruzovun ailə üzvlərinə yaxınlaşıb salamlaşdıq, gördük ki, generalın qızının qolundakı brilyant qaşlı qolbaq digər qızıllarla birgə bizim Nəcəfə verdiyimiz və pulunu ala bilmədiyimiz həmin əşyalardan biridir. Təkcə həmin qolbağın qiyməti 35 min dollar idi.

Nəcəfin telefon nömrəsini tapıb məsələni ona çatdırdıq, 615 min dolları tələb etdik. Dedik qızılları öz rəisinə veribsə pulunu da alıb ödəməlidir. Bundan sonra bizə qarşı təhdidlər başladı”-A.İbrahimova danışır.

Qadınların hər biri ayrılıqda N.Nəsirli barədə hüquq-mühafizə orqanlarına şikayət ediblər. Deyirlər ki, sürücünün şikayəti əsasında cinayət işi qaldırılıb.

Amma onların N.Nəsirli barəsində şikayətlərini araşdırıb cinayət işi qaldırmırlar. Görünür, elə həmin cinayət işi əsasında Gülarə Əliyeva həbs edilib.

Ehtimal ki, Vüsal Novruzov sürücüsünə qahmar çıxıb, onu qoruyur və əksinə, şikayətçilərə cinayət işi açılmasına nail olur.

Mövzunu diqqətdə saxlayacağıq və bütün tərəflərin mövqeyini çap etməyə hazırıq.

Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
8-05-2024, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
8-05-2024, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
8-05-2024, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
8-05-2024, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
8-05-2024, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
8-05-2024, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
8-05-2024, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
8-05-2024, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
8-05-2024, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
8-05-2024, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
8-05-2024, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8-05-2024, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil