Parkda yatan əlil ana diz çökdü: “Fizuli müəllim, Abdolbari Gözəl, Mübariz Mənsimov, Hacı Məsudə sizə yalvarıram...” - ÜRƏKPARÇALAYAN VİDEOLAR
Sosial / Dunya
Oxunub: 1 119
19 dek 2018 | 13:13















...Sizə yazacağımız Nazilənin həyat hekayəsi çox faciəlidir: kimsəsizlər evində böyüyüb, sonra bir ailə himayəsinə götürüb, onu mal-qaraya baxmaq, təsərrüfat işləri üçün istismar ediblər.

Cavanlığı, ən gözəl günləri hamballığa, ağır əməyə gedib, canı çıxıb, bir qarın çörək üçün əlil gözü ilə min bir əziyyətə qatlaşıb.

Axırda ögey atalığı və analığı ondan qurtulmaq üçün İmişlidə bir evli kişiyə ərə veriblər. Hə, nağıllardakı kimi “göyçək fatma”nın nağılı olmayıb.

Nazilə evli adamın yükünü, əziyyətini çəkib, sonra adam onu ataraq, övladı ilə küçələrdə qoyub. Naziləni övladlığa götürən ailə öz adına olan mülkləri belə onlara verməyib, qardaşı oğlunun adına keçirib.

Artıq vəziyyətin dramatikliyi o həddə çatıb ki, Bərdədə övladı ilə parkda gecələyən, gecə-gündüz küçə süpürməklə acınacaqlı halda yaşayan gözdən əlil Nazilə Musayeva hansı dövlət orqanından kömək istəyəcəyini bilmir. Çox, çox dəhşətli gündədir...



Ürəyi zəif olan xəstələrin və azyaşlıların videoya baxması məsləhət deyil...

Cahan.info xatırladır ki, onun kimsəsiz, xəstə, qışın sazağında övladı ilə küçələrdə qaldığını dəfələrlə Azərbaycanın rəsmilərinə, yerli məmurlara, xeyirxah insanlara çatdırmışıq. Bərdədə yaşayan jurnalist Xəyyam Salmanzadə neçə dəfə sosial şəbəkədə canlı yayıma çıxıb, Naziləni danışdırıb.

N.Musayevanın harayını eşidən ayrı-ayrı vətənpərvər insanlarımız müəyyən yardımlar göstəriblər, bank hesabına pul göndəriblər. Lakin əlil qadına göstərilən köməklik təbii ki, yetərli olmayıb.



Ürəyi zəif olan xəstələrin və azyaşlıların videoya baxması məsləhət deyil...

İlk növbədə onun əlillik pensiyası təyin olunmalıydı. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi heç bir addım atmadı. Sanki kor olublar!

İkincisi, Nazilə evlə təmin edilməlidir. Ən vacib olan bu problemə də Bərdə rəhbərliyi, nazirlik, digər orqanlar istilik göstərmədilər.

Sanki ölkədə əlsiz-ayaqsız, xəstə, evsiz-eşiksiz, ac-yalavac olan bütün vətəndaşlara yalnız prezident və Mehriban xanım kömək göstərməlidir. Bəs məmurlara nə işə yarayır? Onları bu vəzifələrə niyə təyin ediblər? Çətindirmi prezidentə kömək etmək?

Amma bu qədər sərvəti olan dövlətdə, bu qədər varlısı,büdcədən pul silib milyonçuya çevrilən məmuru olan ölkədə sahibsiz qadına - Naziləyə sahib çıxan yoxdur ki, yoxdur...

Əli hər yerdən üzülən Nazilə Musayeva azyaşlı övladı ilə ümidsiz vəziyyətdə qaranlıq günlərini yaşamaqdadır. Təəssüf ki, gözümüzün qarşısında neft ölkəsinin bir vətəndaşı məhv olmaqdadır.

Sonra gec olacaq və onda əbəs yerə göz yaşı tökməyə dəyməyəcək. Çünki zamanında çağırışlar edir, xalqa, məmurlara, zəngin insanlara ağız açır, haray səsini ucaldır, di gəl eşidən yoxdur ki, yoxdur...

Nazilə deyir ki, ona başını soxmağa bir koma lazımdır. Uşağını məktəbə qoya bilmir. Əlillik pensiyası almalıdır. Bütün bunların heç birinə reaksiya yoxdur. Niyə? Axı niyə?

Gözdən əlil qadın bizimlə söhbətində deyir ki, son olaraq Azərbaycanın hörmətli adamlarına, iş adamlarına müraciət edir.

O, bu günlərdə 100 şəhid ailəsinin hər birinə çatacaq 11 min manatı verməyə hazır olduğunu deyən iş adamı Fizuli Məmmədova, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimova, “Azərsun” holdinqin rəhbəri Abdolbari Gözələ, “Aznar” QSC rəhbəri olan milyarder Fərhad Əhmədova, “Veysəloğlu” şirkətlər qrupunun rəhbərliyinə, mərhum Rövşən Lənkəranskinin anası Hacı Məsudəyə üz tutub.

Nazilə onun mənzillə təmin olunması üçün Azərbaycanın xeyirxah iş adamlarının dəstəyinə ehtiyacı olduğunu, onlardan kömək gözlədiyini bildirib.

“Hörmətli Fizuli müəllim, Mübariz müəllim, Abdolbari müəllim və başqa bütün imkanlı, əliaçıq şəxslər, sizin tez-tez çətin vəziyyətdə olan insanlara kömək etdiyinizi eşidirik.

Aktyordan tutmuş sadə insanlara qədər, Qarabağ əlilindən aprel qazisinə qədər darda olan hər bir azərbaycanlıya yardım edirsiniz.

Bunu Allah görür, sizin bu yaxşılığınıza görə canınıza salamatlıq verir. Etdiyiniz hər bir yaxşılıq, təcili əməliyyata çatdırıb həyatını xilas etdiyiniz hər bir insan üçün Allah sizin kimi insanlara daha böyük qapılar açır.

Mənim bu müraciətimi bir qadın, bir vətəndaş kimi yox, bir övladın anası kimi qəbul edin. Mən vətənə əsgər yetişdirirəm. Onu 18 yaşa çatanda hərbiyə aparacaqlar.

Parkda yatan əlil ana diz çökdü: “Fizuli müəllim, Abdolbari Gözəl, Mübariz Mənsimov, Hacı Məsudə sizə yalvarıram...” - ÜRƏKPARÇALAYAN VİDEOLAR









Amma mən onu nə oxuda bilirəm, nə isti yemək, nə gəzməli yerlərə aparmaq imkanım var. Heç ona bu qışın oğlan çağında isti evdə yatmasını da təmin edə bilmirəm.

Sağ olsun, bəzi xeyirxah adamlar, Bərdədə müəyyən şəxslər kömək göstərdi, müvəqqəti kirayə haqqı ödənib. Ancaq bu hara qədər davam edəcək?

Sizə yalvarıram, sizin qarşınızda diz çökürəm, bir ana kimi səsimi eşidin, balamı xilas edin, bizə xudmani mənzil verin ki, küçələrdə qalmayaq”.

Milli ÖN-lə pul köçürmək üçün hesab nömrəsi də açılıb:

Musayeva Nazilə Əzizulla qızı

Bank Respublika

380 194 402 867 363 301

Şəxsiyyət vəsiqəsi: AZE 15978270

(Əlaqə nömrəsi: 050 210 27 35 Xəyyam bəy)
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı