Xələf Xələfovun təyinat sirri: Nazirlər Kabineti “qocalar evi”nə çevrilir - Siyahı
Sosial
Oxunub: 551
18 dek 2018 | 14:47
Xələf Xələfovun təyinat sirri: Nazirlər Kabineti “qocalar evi”nə çevrilir - Siyahı














Hələ 2016-ci ildə referendum ərəfəsində Prezident Administrasiyası rəsmiləri və deputatlar Nazirlər Kabinetinin islahatların lokomotivi ola bilmədiyini açıqlamışdılar.

Elə vitse-prezidentlik institutunun yaradılmasında məqsəd də məhz islahatların çevik, operativ təşkili nəzərdə tutulurdu. NK isə daha çox “qocalar evi”ni xatırladırdı.

Cahan.info xəbər verir ki, mühüm postlarda vəzifədən çıxarılan məmurların NK-da müxtəlif şöbələrə yerləşdirilməsi, müavinlər təyin olunması elə bu siyasətin davamıdır.

“Qaçqınkom” sədri işləmiş Əli Həsənovun baş nazirin müavini, sabiq Bakı meri Hacıbala Abutalıbovun eyni vəzifəyə gətirilməsi, bu günlərdə xarici işlər nazirinin müavini Xələf Xələfovun Nazirlər Kabinetinin bu günlərdə boşalan Aparat rəhbəri postuna təyin edilməsi proseslərin göstəricisidir.

Bir tərəfdən hökumətə uzun müddət xidmət etmiş sədaqətli kadrlar vəzifəsiz qoyulmur, digər tərəfdən isə vacib sahələrə gənclər irəli çəkilərək, daha işlək, sistemli, müasir texnologiyadan xəbərdar olan cavan kadrlarla komanda formalaşdırılır.

Yeri gəlmişkən, bu ilin aprelindən baş nazir təyin edilən Novruz Məmmədov Nazirlər Kabinetində kadr islahatlarını davam etdirir. Bir neçə gün əvvəl Nazirlər Kabineti Aparatının rəhbəri Ağa-Bala Hacıyev vəzifəsindən azad edilib.

Mərkəzi Seçki Komissiyasından Nazirlər Kabinetinə gətirilən hüquqşünas Natiq Məmmədovun təqaüdə göndərilən Ağa-Bala Hacıyevin yerini tutacağı gözlənirdi.

Yada salaq ki, bundan əvvəl baş nazirin sərəncamı ilə Nazirlər Kabinetinin Aparatında şöbələrin sayı 15-dən 10-a endirildi.

Kənd təsərrüfatı məsələləri şöbəsi, ekologiya məsələləri şöbəsi və regionların inkişafı məsələləri şöbəsi birləşdirilərək regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradıldı.

Neft və kimya məsələləri şöbəsi sənaye və energetika məsələləri şöbəsinə, beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə, qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi isə humanitar və sosial məsələlər şöbəsinə birləşdirildi.

Pensiya yaşlarına çatmaları ilə əlaqədar bir neçə vəzifəli şəxs bu struktur islahatlarından sonra işdən azad olundular.

Ötən ay baş nazir daha iki məmurun işdən azad edilməsi barədə sərəncam imzalayıb. Bu sərəncamla Şahin Salahov Nazirlər Kabineti Tikinti və kommunal təsərrüfatı şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Bundan başqa, Nazirlər Kabinetinin Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdir müavini Nail Sadıqov da vəzifəsindən azad edilib. O, dövlət qulluğunda işləmənin son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

Bir müddət əvvəl isə yeni baş nazir Rəsi-Zadə dönəminin daha bir kadrını – Günəş Vəliyevanı Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edib.

Baş nazirin digər qərarı ilə G.Vəliyeva ilə yanaşı Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

G.Vəliyeva 2003-cü ilin sentyabrından isə Nazirlər Kabineti Aparatının hüquq şöbəsinin müdiri idi. Qeyd edək ki, bu mühüm vəzifəyə hələ də təyinat yoxdur.

Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri vəzifəsi də boşdur. “Yeni Müsavat”a daxil olan xəbərə görə, X.Xələfovun Nazirlər Kabinetinin Aparat rəhbəri təyinatı əvvəlcədən ən yüksək səviyyədə razılaşdırılıb.

Bunu sabiq nazir müavininin prezident sərəncamından cəmi bir neçə saat sonra yeni vəzifəyə təyinatı da təsdiqləyir. Belə iddialar var ki, X.Xələfov özü iş yerini dəyişmək arzusunda olub.

Onun baş nazir, uzun illər Prezident Administrasiyasında xarici siyasət şöbəsinə rəhbərlik etmiş N.Məmmədovla isti münasibətləri olduğu deyilir. Yeri gəlmişkən, həm N.Məmmədov, həm də X.Xələfov eyni ildə yüksək vəzifəyə təyinat alıblar.

2009-cu ildə isə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə isə hər iki məmur Polşanın yüksək ordeni ilə təltif olunublar.

Gələn il 60 yaşı olacaq X.Xələfovun səhhətində ciddi problemlər olmasa da, görünür, 21 illik aktiv diplomatik fəaliyyət, tez-tez gerçəkləşən səfərlər onu yorub. Çünki diplomat peşəsinin nümayəndələri tez-tez xarici səfərlərə gedirlər.

Bu da olduqca yorucu bir işdir. NK Aparat rəhbəri postu isə daha çox kabinet idarəçiliyi tələb edir. Hər halda diplomatik kanallardan sızan məlumatlar nazir müavini kimi onun işindən narazılıq olmadığını deməyə əsas verir. X.Xələfovun boş qalan yerinə təyinat olub-olmayacağı hələ ki dəqiqləşməyib.

Ola bilsin ki, xüsusən də Xəzərin hüquqi statusu ilə bağlı tam yekunlaşmayan danışıqlar üçün E.Məmmdyarovun müavinlərindən biri görəvləndirilsin. O da mümkündür ki, bu posta yeni təyinat olsun...
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Dünən, 10:38
Rəisisiz iclas... - Foto
Dünən, 10:33
Bakıda Avropa çempionatı başlayır
Dünən, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Dünən, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Dünən, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Dünən, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Dünən, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)