“Baku Steel Company” ilə bağlı ŞOK İDDİA - ölən fəhlələrin sayı itib...
Sosial
Oxunub: 486
17 dek 2018 | 18:20
“Baku Steel Company” ilə bağlı ŞOK İDDİA - ölən fəhlələrin sayı itib...














“Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədovun Azərbaycana idxal olunan armaturların keyfiyyətsizliyinə dair şayiələr yaydırmasının ardından onun zavodlarındakı əmək təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması haqda da faktlar ortaya çıxıb.

Xəbər verdiyimiz kimi, R.Məmmədov monopoliyanı əldən verməmək üçün PR kampaniyasına start verib. O, tikinti sektorunda ucuzlaşma yaradılmasına mane olmaqla, dövlətin siyasətini sabotaj edir. İrandan Azərbaycana idxal olunan armaturun keyfiyyətsizliyinə dair yalanlar yayır. Həmin materiallarda konkret şirkət adı qeyd olunmasa da, ümumilikdə İrandan gətirilən armaturun keyfiyyət standartlarına cavab verməməsi iddia olunur. (http://musavat.com/news/qoymayin-ustumuze-rasim-gelir-armatur-bazarinda-inhisarci-oyunlari_576997.html)

Müxtəlif ərazilərdə İran məhsulunun tikinti sahəsindəki fotoları verilsə də, armaturun məhz hansı şirkət tərəfindən istehsal edildiyi bildirilmir. Qeyd edək ki, İran armaturları ilə bağlı yayılan materiallara 2016-cı ildə Səudiyyə Ərəbistanında çəkilmiş bir video da əlavə olunur. İranın “Saba Steel” şirkətinin etiketinin də nümayiş olunduğu videoda bir nəfər yoğun armaturu əlində qaldırıb betona çırpır və armatur asanlıqla sınır. Kiçik araşdırmadan sonra aydın olur ki, həmin video Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər kəskinləşən zaman məqsədyönlü şəkildə hazırlanıb və İran məhsulunu gözdən salmağa hesablanıb...

Bəs Rasim Məmmədovun özünün idarəçiliyində olan zavodlarda vəziyyət necədir? Buna dair kiçicik bir dəqiqləşdirmə aparanda aydın oldu ki, onun zavodlarında fəhlələrin ölümü adi hal alıb. Son belə hadisə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunda baş verib. Olay zamanı Yasamal rayon sakini 1991-ci il təvəllüdlü Fərhad Mətləb oğlu Quluzadə dünyasını dəyişib. Qeyd olunur ki, fəhlənin ölümü zavodda texniki təhlükəsizlik qaydalarına riayət olunmaması üzündə baş verib. Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib. Hazırda olayla bağlı Sumqayıt Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Rasim Məmmədovun rəhbərlik etdiyi zavodlarda zaman-zaman fəhlələrin məhz texniki təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən bədbəxt hadisələr qeydə alınıb.

2014-cü ildə Rasim Məmmədovun rəhbərlik etdiyi “Baku Steel Company” MMC-də 1985-ci ildə Qadir Akif oğlu Qafarovun ölümü ilə nəticələnən olay baş vermişdi. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, hündürlükdən yıxılaraq dünyasını dəyişib. Elə həmin il yenə də “Baku Steel Company” MMC-də ölümlə nəticələnən olay qeydə alınıb. Oksigen sexində qaz balonu partlayıb. Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, oranın işçiləri - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər. Faktlarla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən hər dəfə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma - ehtiyatsızlıqdan ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, gəlinən nəticə haqda ictimaiyyətə hər hansı bir açıqlama verilməyib.

2 il sonra həmin zavodda daha dəhşətli olay baş verib. “Baku Steel Company” zavodunda istehsalat zamanı partlayış baş verib. Nəticədə 5 nəfər xəsarət alıb. Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini, 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanov idi. Həmin faktla da bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdı. 2016-cı ildə “Baku Steel Company” MMC-də çalışan bir qrup işçi adından həmin ölüm olayları, partlayışlarla əlaqəli “Təzadlar”a müraciət təqdim edilib. Materialda bildirilib ki, “Baku Steel Company” MMC-də 2014-cü ilin sentyabrın 15-də də oxşar partlayış olmuşdu. Sitat: “ Hətta ölənlər də olmuşduE Məsələ ondadır ki, monopolistlər, rəqabətsizlik, iş prosesinin (iş şəraitinin, malın, xidmətlərin) keyfiyyətinin səviyyəsini sovet dövrü səviyyəsinə endirir (uzaqdan onun ”reklam"ı nabələdlər və yaltaqlar üçün təmtəraqlı görsənsə də). Sirr deyil ki, Azərbaycanda zor gücü ilə “dəmir” monopolisti olan “Baku Steel Company” MMC rəhbəri olan Rasim Məmmədovu çoxdan, uşaqlığından tanıyırıq. Onun necə xarakterə malik olduğunu hamımız bilirik. Onun kimilər üçün hansısa “axmaq fəhlələr” sadəcə “işçi qarışqa” və “qapazaltı zümrə” kimi bir şeydir. Onların nə qədəri ölsə də, mənası yoxdur. O, gündüz həmin ölülərin yasına da gedə bilər, axşam isə... Hətta ölənləri söyə də bilər, çünki..."

Rasim Məmmədovun da mövqeyini dərc etməyə hazırıq.
“Yeni Müsavat”
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı