Vergi nazirinin işçiləri deputat oğlunun məhkəməsində: milyonluq çəkişmə...
Sosial
Oxunub: 495
17 dek 2018 | 13:13
Vergi nazirinin işçiləri deputat oğlunun məhkəməsində: milyonluq çəkişmə...














Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Elmira Axundovanınoğlu Həbib Axundovun adı hallanan dələduzluq işi davam edir.

Cahan.info-nun məlumatına görə, növbəti proses dekabrın 13-də keçiriləcək. İş üzrə ələ keçirilən pul 1 milyon manatdan artıqdır. Əslində 7-8 milyon manat pul ələ keçirilməsi haqda iddialar var.

İş üzrə 2018-ci ilin iyunundan başlanan məhkəmə prosesində müttəhimlər kürsüsündə əyləşən isə Həbib Axundovun dostu Elnur İbrahimovdur.

Ötən müddət ərzində keçirilən proseslərdə zərərçəkənlərin məhkəmə istintaqının aparılması tələbləri yerinə yetirilməyib.

Pulların bir çox hallarda Elnur İbrahimova deyil, zərərçəkən statusuna gətirilən onun dostu Həbib Axundova verdildiyinə dair məhkəmədə araşdırılması vacib olan məsələlər qaldırılıb.

Maraqlıdır ki, bu günə qədər bu məsələ araşdırılmamış qalıb. Sonuncu prosesdə iş üzrə şahid Anar Babayevin prosesdə dindirilməsi məsələsi yenidən qaldırılıb. Onun adı şahid qismində çağırılanların siyahısında var.

Məhkəmə prosesi başlayan ilk günlərdə hakim Anar Babayevlə əlaqə saxlayaraq prosesə dəvət edib. Amma şahid məhkəməyə gəlməyib. Sonuncu prosesdə onun 4 ay əvvəl yazdığı teleqram elan olunub.

Hansında ki, Anar Babayev özünü pis hiss etməsi səbəbindən məhkəməyə qatıla bilməyəcəyini bildirir. Vergilər Nazirliyinin işçisi Anar Babayevin prosesə dəvət olunaraq dindirilməsi məsələsi açıq qalıb.

Hakim təqsirləndirilən Elnur İbrahimovdan Anar Babayevin məhkəmədədindirilməsinə münasibət bildirməsini istəyib. O da deyib ki, Anar Babayevin məhkəmədə dindirilməsini istəmir. Həbib Axundov da eyni mövqedən çıxış edib.

Anar Babayevin prosesdə dindirilməsi onun ibtidai istintaqa ifadəsində Elnur İbrahimovu tutaraq deputat Elmira Axundovanın bağına aparmasının hansı zərurətdən yaranmasına aydınlıq gətirə bilərdi.

Belə ki, A.Babayev ibtidai istintaqa ifadəsində deyib ki, 2013-cü ilin iyulun 31-də ovə digər dostu Anar Surxayzadə Elnurla əlaqə saxlayıblar.

“Həmin günü axşam Orxan mən və Anar Surxayzadə ilə birlikdə Həbibgilin bağına getdik. Orada söhbət zamanı hamımız qərara gəldik ki, Elnuru hansı bir yolla aldadaq və tapıb bağa gətirib burada onun etdiklərini aydınlaşdıraq. Buna görə ertəsi gün mənimlə Anar Surxayzadə Elnuru aldadıb bağa apardıq”.

Anar Babayev niyə Elnur İbrahimovu məhz deputat oğlunun bağına aparması aydın deyil. Anar Babayevlə yanaşı digər şahid Anar Surxayzadə də Vergilər Nazirliyinin işçisi olub.

O, məhkəməyə gələrək sərbəst ifadə verib və hakim sonrakı proseslərdə ona suallar veriləcəyini söyləməklə yola salıb. İttihama əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və Ramil Bəkirovu biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

E.İbrahimovun həmçinin deputat oğlu olan dostu H.Axundovun da 50 min manat pulunu ələ keçirdiyi iddia olunur. Lakin məhkəmədə onlar bir-birini müdafiə edirlər.
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Dünən, 10:38
Rəisisiz iclas... - Foto
Dünən, 10:33
Bakıda Avropa çempionatı başlayır
Dünən, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Dünən, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Dünən, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Dünən, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Dünən, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Dünən, 09:30
İran hökuməti təcili toplanır
Dünən, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Dünən, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Dünən, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Dünən, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Dünən, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
19-05-2024, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO