Sahil Babayevlə “Şapka Mamed”in oğlunun adı mal-qara biznesində hallanır - İDDİA
Sosial
Oxunub: 393
13 dek 2018 | 12:34
Sahil Babayevlə “Şapka Mamed”in oğlunun adı mal-qara biznesində hallanır - İDDİA















Sahil Babayevlə “Şapka Mamed”in oğlunun adı mal-qara biznesində hallanır - İDDİA
13 dek 2018, 09:44 1

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir neçə gün əvvəl Dövlət Məşğulluq Xidmətinə rəis təyin edib.

Reyting.az-ın məlumatına görə, Anar Bədəlbəylini vəzifədən azad edən nazir, bir neçə ay əvvəl həmin xidmətə rəis müavini təyin olunan Fuad Məmməd oğlu Musayevin rəis təyin olunması ilə bağlı əmr imzalayıb.

Məlumat üçün qeyd edək ki, bəzi KİV-lərdə “Şapka Mamed” kimi təqdim olunan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin oğlu Fuad Musayev Sahil Babayevlə hələ “Turanbank”ın idarə heyətinə rəhbərlik etdiyi dövrlərdən dostluq ediblər. Ehtimal olunur ki, onları bir-birinə bağlayan tellər təkcə keçmişə dayanan biznes maraqları olmayıb.

Məlumata görə, Sahil Babayev hələ iqtisadiyyat nazirinin müavini olduğu illərdə də müxtəlif sahələr üzrə böyük bizneslə məşğul olub, bir çox amillərdən yararlanaraq, biznesdən böyük pullar qazana bilib. Məhz bu biznes əlaqələri onu ölkənin bank sektorundakı əsas fiqurlara da yaxınlaşdırıb. Musayevlərin də həmin fiqurlar arasında olduğu bildirilir. Yəqin elə bu səbəbdəndir ki, S. Babayev nazir təyin edildikdən qısa müddət sonra F. Musayevi nazirliyin ən gəlirli sahələrindən sayılan Dövlət Məşğulluq Xidmətinə əvvəlcə rəis müavini, bu günlərdə isə rəis təyin edib.

Adının çəkilməsini istəməyən nazirlikdəki mənbəmiz iddia edir ki, Fuad Musayev hələ rəis müavini vəzifəsində çalışarkən rəisin bəzi səlahiyyətini də icra edib. Başqa sözlə, o, rəis təyin edilənədək, “ofsayd”da saxlanılmış A. Bədəlbəylinin əvəzinə qeyri-rəsmi göstərişlər verib.

Bəlkə “Şapka Mamed”in oğlunun rəis müavini kimi qısa fəaliyyəti nazirin biznes maraqlarını təmin etdiyi üçün belə bir addım atılıb? Belə bir məqamda Anar Bədəlbəylinin himayədarı kimi tanınan nazir müavini Natiq Məmədovun “vurulması” isə Fuad Musayevin rəisi təyin olunmasına əlavə stimul verib.

Məlumata görə, Fuad Musayev nazir Sahil Babayevin hazırda Ünvanlı Sosial Yardım (ÜSY) layihəsində mühüm yer tutur:

“Bildiyiniz kimi, Sahil Babayev ÜSY-a ayrılan nağd vəsaitlərin azaldılması üçün yeni proqram icra etdirir. O, yoxsul insanların illərlə dövlətə yük olmaması üçün ilk baxışdan “göz qamaşdıran” layihəyə başlayıb, yoxsullara fərdi təsərrüfat qurmaları üçün iki yanıbalalı inək verdirir. Bunun əvəzində isə onlara yardım kimi verilən aylıq vəsaitlər dayandırılır və dövlətə hesabat verilir ki, filan qədər vəsaitə qənaət edilib”.

Nazirlik əməkdaşının sözlərinə görə, verilən hesabatlarda bir yandan dövlətin yerlərdə yoxsulluğu aradan qaldırmaq, fərdi təsərrüfatları inkişaf etdirmək kimi mühüm işlər gördüyü, digər yandan da hansısa yoxsulun mal-mülk sahibinə çevrilməsi təsdiqlənir. Ancaq işin kağız üzərində görünməyən tərəfinə baxdıqda, S. Babayevlə F. Musayevin əsl niyyətini aydın görmək olar.

Bəs, bu görünməyən tərəflər nədən ibarətdir?

Əvvəla, yerlərdə yoxsullara paylanılan inəklər (yazıya əlavə olunan fotodan da bunu görmək olar-red.) yaşlı və arıqdırlar, üstəlik, ətlik və südlük baxımından da məhsuldar deyillər. Yəni həmin inəklərin saxlanması böyük xərc və əziyyət tələb etsə belə, yenə də insanları yoxsulluq girdabınadan qismən də olsa, çıxara bilməz. Məhz bu səbəbdən Qarabağ bölgəsində, xüsusən də Ağdam rayonunda ÜSY alan xeyli kəndli ƏƏSMN-in həmin inəklərindən imtina edib.

İkinci məsələ nazirliyin bu inəklərin haradan, necə və kimin təşkilatçılığı ilə almasıdır. Deyilənə görə, bu inəklərin alınmasına da Fuad Musayev rəhbərlik edib. Nazirlik əməkdaşı isə sual verir ki, görəsən, F. Musayev bu inəkləri haradan və necə alıb, neçəyə sənədləşdirib?

Təbii ki, bu suallar ciddi araşdırma tələb edir.

Mənbəmiz isə deyir ki, bu suallara cavab tapmaq üçün nazirliyə sorğu verin, əgər cəsarətləri çatacaqsa, qoy həqiqəti söyləsinlər: “O zaman yerli bazardakı hazırkı qiymətlərlə nazirliyin qiymətlərini müqayisə edərik. Belə olduqda Sahil Babayevin “Şapka Mamed”in oğluna niyə bu qədər bağlı olduğunun əsl səbəbləri üzə çıxacaq”.

Sonda məlumatlı şəxs Sahil Babayevin avtomobil biznesi ilə məşğul olan dostlarının da nazirliyə ayaq açmasından danışıb. İddia olunur ki, Babayevin biznesmen dostları da nazirlikdəki kadr təyinatında mühüm rol oynayırlar.

Bu və digər məsələlərlə bağlı araşdırmalarımız olacaq. Nazirliyin də məsələyə münasibətinə yer ayırmağa hazırıq. Təəssüflər olsun ki, nazirlikdən bu məsələlərə hələlik münasibət öyrənmək mümkün olmayıb.
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Dünən, 10:38
Rəisisiz iclas... - Foto
Dünən, 10:33
Bakıda Avropa çempionatı başlayır
Dünən, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Dünən, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Dünən, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Dünən, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Dünən, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Dünən, 09:30
İran hökuməti təcili toplanır
Dünən, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Dünən, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Dünən, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Dünən, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Dünən, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
19-05-2024, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO