“Karmen” şirkətindən xain zərbə, prezidentə sabotaj - Faktlar/Video
Sosial / Video
Oxunub: 528
4 dek 2018 | 10:10
“Karmen” şirkətindən xain zərbə, prezidentə sabotaj - Faktlar/Video















“Karmen” şirkəti ölkədə süni qiymət artımına getməklə sabotajla məşğul olmağa başlayıb

Cahan.info-nun verdiyi xəbərə görə, unun qiymətində bahalaşma şirkətin özbaşına qərarıdır.

Ölkədə hər hansı iqtisadi proses getmir, manat dəyərdən düşməyib, benzin qalxmayıb, Tarif Şurası tərəfindən hər hansı sahədə artım qərarı verilməyib. Ancaq “Karmen” şirkəti prezidentə qarşı iqtisadi sabotaja gedərək süni qiymət artımına yol verir.

Dövlət başçısı dəfələrlə bildirib ki, süni qiymət artımına yol verən işbazlar cəzalandırılmalıdır. Miq.az yazıb ki, əvvəl 21-22 manat olan 50 kiloqram un hazırda bazarda 25,60 manata topdansatış qiymətə satılır.

Başda “Karmen” olmaqla “Mehriban”, “Sarı sünbül”, “Anadolu”, “Qafqaz” və digər markalı unların qiymətləri süni şəkildə artırılıb.

Lakin un satışını həyata keçirən bu firmalar bahalaşmanın səbəbi kimi “Karmen”i göstərir.Qiyməti “Karmen” qaldırıb. Bu sahədə əsas inhisar bu firmanın əlindədir

Un bazarını monopoliyaya alan “Karmen” indiyə qədər qiymətləri dəfələrlə süni şəkildə qaldırıb. 2015-ci il manatın məzənnəsinin ucuzlaşmasından sonra bu firma qiymətlərlə oynamağa başladı.

Hətta 50 kiloqram unun qiyməti 28-29 manata qədər qaldırılmışdı. Buna görə ciddi etirazlar da baş verdi. Dövlətin müdaxiləsindən sonra unun qiyməti stabil olaraq saxlanıldı.

Lakin son 10 gündə “Karmen” qiyməti süni şəkildə artırıb və bazardakı digər formaları da eyni addımı atmağa məcbur edib. Bu da xalqa qarşı xain zərbədir.

Əhalinin çörək tələbatını nəzərə almadan bu şəkildə iqtisadi hücuma keçmək hökumətin sosial siyasətinə qarşı fəaliyyətdir. Ancaq “Karmen” rəhbərliyi prezidenti saymır.

Cahan.info mediaya istinadla xatırladır ki, “Karmen” MMC-nin istehsal etdiyi un və un məhsulları Gürcüstan vasitəsilə düşmən ölkə olan Ermənistanda satışa çıxarılır.

“Armen” adı ilə satılan un məhsullarının Azərbaycandan Ermənistana getdiyi iddiaları səslənmişdi. Bir müddət əvvəl vəkil Osman Kazımov demişdi ki, Füzulidən olan məcburi köçkünlər inanılmaz bir cinayətlə qarşılaşıb. Bu haqda onlar prezident İlham Əliyevə müraciətdə təfsilatını yazıb:

“Cənab İlham Əliyev. Məcburi köçkünlər alnının təri,əlinin qabarı və balalarının ehtiyacları ilə taxıl əkərək ailələrini dolandırmaq istəyiblər. Bu məqsədlə 175 ton, 300 kiloqram taxıl “Karmen” MMC-yə təhvil veriblər.

İndi bu taxıl buxarlanıb, yoxa çıxıb. Oğruların kimliyi də bəllidir. Amma oğrular və “juliklər” himayə olunur. Ehtiyac içində,ac-yalavac dolanan o yazıq insanların müraciət etmədiyi ünvan qalmayıb. Amma 175 ton, 300 kiloqram taxıl oğurlanıb, pulu çatmayıb.

Sakinlər prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova, Füzuli rayonunun deputatı Bahar Muradovaya müraciət ediblər. Köçkünün malını yemək çox ayıbdır. Amma “Karmen” MMC buna da gedib”-deyə bildirilir.

İddialara görə, “Karmen” şirkətinin istehsal etdiyi “Karmen” nişanı ilə satılan unlarının kisələri üzərində yazılan çəki ilə kisənin içərisində olan unun çəkisi uyğun gəlmir.

Belə ki, üzərində 50 kq yazılan un kisələrinin içərisində 47-48 kq un vardır. Gün ərzində respublika ərazisində tonlarla un satıldığını nəzərə alsaq, demək olar ki, hər vətəndaşdan 3 kq unu kəsir.

Bu da hər gün şirkətin xalqdan tonlarla unu məimsəməsi deməkdir. Qeyd edək ki, “Karmen” MMC deputat Əsabil Qasımova məxsusdur.

Şirkətin mövqeyini dərc etməyə hazırıq.


11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest