Ermənistan himninə etiraz edən idmançımızın 40-a yaxın qohumu öldürülüb
Sosial
Oxunub: 1 685
31 mar 2015 | 12:28
Ermənistan himninə etiraz edən idmançımızın 40-a yaxın qohumu öldürülüb

















“Rusiyanın paytaxtı Moskvada keçirilmiş və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kuboku uğrunda yarışda azərbaycanlı idmançı Bəxtiyar Abbasovun Ermənistanın himninə qarşı göstərdiyi şəxsi münasibəti müzakirə predmeti olmamalıdır”

Bunu açıqlamasında Bəxtiyar Abbasovun yaxınları bildiriblər.

Qeyd edək ki, sözügedən yarışda qaliblərin mükafatlandırılması zamanı 3-cü yeri tutmuş samboçumuz Bəxtiyar Abbasov 1-ci yerin sahibi Aşot Danielyanın şərəfinə səsləndirilən Ermənistanın himnini ayaq üstə dayanaraq dinləməkdən imtina edib və nümayişkaranə şəkildə aşağı əyilib.
90 kq-dək çəki kateqoriyasında yarışın qalibi erməni Aşot Danielyan, 2-ci yerin sahibi rusiyalı Viktor Osipenko olub. 3-cü yeri isə belaruslu Sergey Lesyakla azərbaycanlı Bəxtiyar Abbasov bölüşüblər.

İdmançımızın Ermənistanın himni çalınarkən göstərdiyi münasibəti həm Azərbaycan, həm də xarici mətbuatda, eləcə də ictimai fikirdə fərqli şəkildə dəyərləndirilib. Ona haqq qazandıranlar da olub, etiraz edənlər də...

Sambo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Yaqub Abdullayev məsələyə belə münasibət bildirib ki, guya, Bəxtiyar himn səsləndirilən zaman özünü yaxşı hiss etmədiyindən, ayağa qalxa bilməyərək oturub.
“Bu məsələni siyasiləşdirmək lazım deyil. İdman siyasət deyil axı? O da insandır və özünü pis hiss edə bilər”, - Yaqub Abdullayev deyib.

Bəxtiyar Abbasovun yaxınları və dostları isə baş məşqçi Yaqub Abdullayevin fikirlərini təkzib edərək, onun özünü pis hiss etməsi barədə deyilənlərlə razılaşmayıblar.

Bəxtiyarın idmançı dostu Babək Hüseynli samboçumuzun Ermənistan himni çalınan zaman bilərəkdən aşağı oturmasına haqq qazandırıb.

“Samboçular Bəxtiyar və Şəhriyar qardaşları Azərbaycanın erməni işğalı altındakı Xocavənd rayonunun soyqırımına məruz qalmış Qaradağlı kəndindəndirlər. Onların bütün ailəsi, 40-a yaxın qohum-əqrəbası Ermənistanın törətdiyi soyqırımının qurbanı olub. Bu qətliam zamanı zərəçəkənlərdən biri də Bəxtiyarın atası Mehdi kişidir. Mehdi kişi erməni terrorçularının işgəncəsinə məruz qalıb və Azərbaycana qaytarıldıqdan sonra vəfat edib. Buna görə də mən bu idmançı qardaşların dostu olaraq, onların Vətənə olan istəklərini, necə vətənpərvər şəxslər olduğunu yaxşı bilirəm.

Bu günə kimi də onlar bir dəfə də olsun qaydasız döyüş zamanı, eləcə də samboda ermənilərə məğlub olmayıb. Hər zaman iki dəqiqə ərzində erməniləri məğlub ediblər. Bu dəfə isə məsələ müxtəlif şəkildə dəyərləndirildi. Təbii ki, mən də bir idmançı olaraq düşünürəm ki, idmanda udmaq və uduzmaq məsələsi var. Və qarşı-qarşıya gələn idmançının biri digəri üzərində qələbə qazanmalıdır.

Ancaq Bəxtiyarın bu cür hərəkəti müxtəlif şəkildə dəyərləndirilməməlidir. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, dünyada ölkəmizi sevməyən qüvvələr var və onlar da bu məsələdən Azərbayacana qarşı istifadə etməyə çalışırlar. Lakin hamı bilməlidir ki, Bəxtiyar və Şəhriyar qardaşları nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib nə bu işğal faktını, nə də ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarını unudacaqlar. Və bu məsələni də başqa adla səsləndirmək lazım deyil. Bəxtiyar Abbasov son addımını erməni terrorunu və soyqırımını yaşayan insan olaraq atdı. İşğalçı bir ölkənin himnini soyqırımına məruz qalmış şəxs necə dinləyə bilər? Ona görə də dünya da, Azərbaycan da bu məsələni düzgün dəyərləndirməlidir”.

Qeyd edək ki, Moskvada baş vermiş bu hadisə 3 gün bundan öncə yaşanıb. Məlum olub ki, Bəxtiyar Abbasov əslində heç mükafatlanmdırma mərasiminə çıxmaq istəmirmiş... Lakin yığma komandanın rəhbərliyi tərəfindən cəzalandırılacağı söyləndikdə məcburən kürsüyə çıxmalı olub və Ermənistan himni çalınarkən etiraz əlaməti olaraq aşağı oturub. Daha sonra o, idmançı yoldaşları və yarışı izləyən azərbaycanlılardan dönə-dönə xahiş edib ki, bu hadisə haqda danışmasınlar, görüntüləri yaymasınlar. Samboçu Ermənistan himninə qarşı hərəkətini özünü reklam üçün etmədiyini, bunu özündən asılı olmayaraq daxilindən gələn bir addım olduğunu vurğulayıb.

Yaxınları bildiriblər ki, Xocavəndin Qaradağlı kəndindən olan Bəxtiyar Abbasovun ailəsi müharibədə bir neçə şəhid verib, onun dayısı, əmioğlanları şəhid olub, meyitlərini də heç götürə bilməyiblər/modern.az/.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib