Şəhid ailəsini zorla evindən çıxarıblar - FOTO
Sosial
Oxunub: 1 548
23 mar 2015 | 22:33
Şəhid ailəsini zorla evindən çıxarıblar - FOTOAilənin əşyaları küçədə qalıb; Dövlət qurumları müharibə veteranının səsini eşitmir

Mahir Salahov: "O mənzili öz halal pulumla almışdım, kiminsə evinə soxulmamışdım - haqqımı istəyirəm"
Son illər bir neçə Qarabağ müharibəsi qazisi sosial problemlərin öhdəsindən gələ bilmədikləri üçün canlarına qəsd ediblər. Onlar baxımsızlıqdan, səhhətlərindəki problemlərdən, banklara olan kredit borcunu verə bilmədiklərinə görə, bəzən də məmur haqsızlığından bezərək intihara əl atıblar.

Qarabağ müharibəsində öz sağlamlığını itirmiş xeyli qazimiz hazırda ciddi problemlərlə üz-üzədir. Onlardan biri də Salahovlar ailəsidir. Bakının Xətai rayonu, Natiq Əliyev küçəsi 10, mənzil 39 ünvanında 15 il öncə məskunlaşmış məcburi köçkün ailəsi evindən zorla küçəyə atılıb.

Qubadlı köçkünü olan Mahir Salahov ailəsi ilə birgə 15 ildir ki, kirayədə yaşayır. O, bir vaxtlar məskunlaşdığı mənzildən çıxmaqdan imtina etdiyi üçün ev sahibi tərəfindən döyülüb. Mahir Salahova fiziki güc tətbiq edilib. Bu haqda o, özü bizə məlumat verdi. Dediyinə görə, ona və ailə üzvlərinə qarşı təzyiq göstərilib. Bundan sonra polis gücünə evdən çıxarılıb.

M.Salahovun dediyinə görə, evinin əşyaları həmin gündən indiyədək binanın həyətində məhv olur. Hadisə 2011-ci ildə baş verib. Amma hələ də məsələ öz həllini tapmayıb.

Mahir Salahov 2-ci qrup əlildir. Onun həyat yoldaşı Samirə Salahova isə Cəbrayıl rayonunda şəhid olmuş Əli Mahmudovun qızıdır. Bu ailənin iki azyaşlı uşaqları da var. Evlərindən zorla bayıra atıldıqları üçün ailə hazırda kirayədə qalır. Kirayə qaldıqları mənzil isə o qədər bərbad haldadır ki, balaca uşaqlarını ayağını 5 dəfə siçovul dişləyib.

Ailə 1994-cü ildə Xətai rayonu, Natiq Əliyev küçəsi 10, mənzil 39 ünvanındakı mənzili pulla alıb. Bu haqda danışan Mahir Salahovun sözlərinə görə, ailəni müxtəlif bəhanələrlə oraya qeydiyyata almayıblar. Mənzili onlara satan İldırım Əliyev adlı şəxs uzun müddət Rusiyada yaşayıb. 2011-ci ildə isə yenidən Bakıya qayıdan İ.Əliyev mənzilin ona məxsus olduğunu deyərək, onları zorla evlərindən bayıra atdırır.

M.Salahov deyir ki, onların şikayətlərinə baxan olmur: "Həyat yoldaşım gənc yaşında onkoloji xəstəliyə tutuldu və ağır əməliyyat keçirdi. Bütün bunlar hamısı onun əsəb sarsıntısı keçirməsinin nəticəsidir".
Körpə uşaqları ilə birlikdə küçədə qalan M.Salahov deyir ki, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə (RİH), Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə müraciət ediblər. Lakin hər iki qurum məsuliyyəti öz üzərindən ataraq, ailəni Cəbrayıl və Qubadlı rayon İcra Hakimiyyətlərinə yönləndirib. Onlardan da heç birinin ailəyə faydası toxunmayıb.

M.Salahov bildirdi ki, ona sadəcə normal mənzil lazımdır: "Mənim ailəm var. Birinci onları düşünürəm. İndi kirayədə qaldığım evin pulunu güclə ödəyirəm. Hansı ki, bu mənzil bərbad gündədir. Uşağın ayağını 5 dəfə siçovul dişləyib. İstəyim sadəcə normal mənzildir. Ya da öz mənzilimin geri qaytarılması... Mən o evi halal pulumla almışam, təmir etdirmişəm. Zorla kiminsə evinə soxulmamışam. İndi mən ailəmlə acınacaqlı vəziyyətdə yaşayıram. Qaçqınlar üçün evlər tikilib. Onlardan biri mənim haqqım deyil?
İlham Əliyev öz çıxışında demişdi ki, "Bütün qurumlarda, dövlət və özəl qurumlarda müharibə veteranlarına çox böyük diqqət göstərilməlidir. Onları incitməməlidirlər, onların hüquqları pozulmamalıdır. Buradan həm dövlət, həm də özəl qurumlara öz göstərişimi verirəm. Veteranların işlə təmin edilməsində, onların sosial problemlərinin həllində ədalətsizlik qəti qadağandır. Ümumiyyətlə, ədalətsizliyə qarşı biz mübarizə aparırıq. O cümlədən qan tökmüş, vətəni müdafiə etmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlara xüsusi diqqət göstərilməlidir. Bu, dövlət siyasətidir, mənim tələbimdir. Hər şey ədalətli olmalıdır. Ədalət pozulanda, problemlər yaranır". Amma məmurlar bu sözlərin heç bir kəlməsinə əməl etmirlər".
M. Salahovun qazi dostları da ona yardım etmək istəyirlər. Amma onların öz vəziyyəti ürəkaçan deyil: "Hamımız Qarabağda döyüşmüşük. Bədənimizdə qəlpələrlə gəzirik. Yarıadam sayılırıq. Üstəlik bizə qarşı edilən belə haqsızlıqları görəndə lap adama pis təsir edir. Qapı-qapı düşüb məmurlardan yardım istəyirik. Amma heç bir faydası yoxdur. Bizi adam yerinə qoymur məmurlar. Biz Mahiri çox yaxşı tanıyırıq, ailəsi üçün canından də keçər. Amma əlindən bir şey gəlmir. Həmişə bizi bir sual düşündürür. Əgər dövlət öz şəhidinin ailəsinə belə münasibət bəsləyirsə, məmurlar şəhid ailəsini, ağbirçəyi saya salmırlarsa, o zaman hansı haqq-ədalətdən danışmaq olar?"

http://musavat.com
Dünən, 16:00
ABŞ-dan sensasiyalı açıqlama: Ukrayna–Rusiya mövzularının 90 faizi razılaşdırılıb
Dünən, 15:30
Diqqət! Mənzil bazarında yeni dələduzluq - ev almazdan öncə...
Dünən, 13:51
Nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edildi - Fotolar
Dünən, 13:16
Yaşla bağlı dövlət qulluğuna xitam verilənlərə - Haqq ödəniləcək+Yenilənib
Dünən, 12:49
Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir
Dünən, 12:42
“Tonlarla kabab zibilə atılır, səs başağrılarına səbəb olur”
Dünən, 12:36
Xəstə uşaqlara yardım adı ilə 200 min pul ələ keçirdi - Kiberpolisdən əməliyyat
Dünən, 11:56
Deputatlardan toylarla bağlı etiraz: Yeni qadağa gəlir?
Dünən, 11:51
İlham Əliyev Bəhreynin Kralını təbrik edib
Dünən, 11:15
Azərbaycanda ƏDV qeydiyyatı ilə bağlı qaydalar dəyişir
Dünən, 11:02
İlham Əliyev qurultay iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 10:02
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
Dünən, 09:56
Ağır qəza - 13 ölü, 11 yaralı
Dünən, 09:52
DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi - Video
Dünən, 09:32
Abbas Abbasov axtarışa verildi - Ramiz Mehdiyev işi böyüyür
Dünən, 09:27
Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb
Dünən, 09:00
Ərdoğan Tramp-Putin tandemini pozur: Türkiyə Ukrayna savaşında əsas orbitrə çevrilir
15-12-2025, 16:02
Amnistiya aktı 20 mindən çox şəxsə şamil olunacaq
15-12-2025, 16:00
İsti vanna həvəskarlarına xəbərdarlıq
15-12-2025, 15:30
Uşağını bağçaya yollayan valideynlərin NƏZƏRİNƏ - Bunları mütləq bilməlisiniz!
15-12-2025, 14:50
Prezident İlham Əliyev 4 fərman imzaladı
15-12-2025, 14:44
Onlara "general" rütbələri verildi - ADLAR - SƏRƏNCAM
15-12-2025, 14:37
Prezident 8 sazişi təsdiqlədi: 7 ölkəyə vizasız səfər - Yenilənib
15-12-2025, 14:29
Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlandı
15-12-2025, 14:19
Biznesin İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi təsdiqlənib
15-12-2025, 12:53
Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət rəqəmsallaşdırılır
15-12-2025, 12:41
Krediti olanların nəzərinə: Bankların buna ixtiyarı yoxdur - XƏBƏRDARLIQ