"Onların yeri cəhənnəmdir" — Tərəzidə kələk gələn satıcılar + VİDEO
Sosial / Video
Oxunub: 1 030
13 okt 2018 | 13:20
"Onların yeri cəhənnəmdir" — Tərəzidə kələk gələn satıcılar + VİDEO















Tərəzinin necə olmasından asılı olmayaraq bəzi satıcıların beyinləri nəyisə icad etməyə o qədər "yaxşı" işləyir ki, istənilən tərəziyə müdaxilə edərək çəkini çox göstərə bilirlər.
ARB TV xəbər verir ki, bəzi satıcılar satdığı malı ucuz qiymətə qoymaqla müştərini cəlb edir, ancaq çəkidə kələk gəlirlər.

Bu cür satıcıların kələyinə tuş gəlməmək üçün nə etmək lazımdır?

Mağazadan 1 manata "1 kiloqram" armud aldıq. Sonradan yoxladıq və çəki 800 qram göstərdi. Həmin satıcının yanına qayıdıb bunun səbəbini öyrəndik.

Satıcı: "800 qram həyatı boyu ola bilməz. Bu 990 qram oldu. Heç kimin tərəzisinə səhv demirəm amma mənim tərəzim də düzdür".

Belə satıcılar məhsulun qiymətini ucuz göstərməklə müştəri cəlb edir, əvəzində isə gün ərzində onlarla müştəriyə hər kiloqramda 50, 100, 200 qram əskik mal satır. Bu cür hadisələrə daha çox küçə ticarətində ras gəlmək olur.

Alıcı: "O dükanda həmişə aldadırlar. Alıb, aldanmışam, daha almıram".

Alıcı: "Nə edim? Buradan durub evə getmişəm, bir də qayıdası deyiləm ki?"

Alıcı: "Belə şeylərin dərinliyinə getmirik, çünki, sübut eləmək olmur onlara".
Alıcı: "Bu tərəzi söhbəti var ha, onların yeri cəhənnəmdi".

Min bir dillə müştəri səsləyən satıcılar arasında təbii ki, işbaz həmkarlarını qınayanlar da var.

Satıcı: "Tərəzidə aldadanlara nifrət edirəm. Halal çörək hamısından yaxşıdır".

Bəs bu və ya digər şəkildə insanların cibinə girən küçə ticarətçilərinə yaxud bu cür alverçilərin tərəzi siyasətinə nəzarət hansı şəkildə təşkil olunmalıdır?

Eyyub Hüseynov - Ekspert: "Küçə ticarəti yığışmalıdır. Mal satışı müəyyən yerlərdə təşkil olunmalıdır. İstehlakçıların aldanmasının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlər aparmalıdır".

Bütün yoxlama və monitorinqlərə rəğmən əsas monitorinqi özümüz aparmalıyıq ki, aldanmayaq.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu