“Sevil”dən sonra bu dəfə də “Yeni Bakı” başağrısı... - “Nazirlər Kabinetinin qərarını bilərəkdən pozublar"
Sosial / Dunya
Oxunub: 959
11 okt 2018 | 16:16
“Sevil”dən sonra bu dəfə də “Yeni Bakı” başağrısı... - “Nazirlər Kabinetinin qərarını bilərəkdən pozublar"














Azərbaycanda qanunsuz tikililərin sayı minlərlədir. Yağışdan sonra göbələk kimi artan bu tikililərlə bağlı məsələ həll edilməmiş qalır. Bəzən isə nəinki tək-tək evlər, hətta bütöv yaşayış massivlərindəki mənzillərin satılması üçün boş vədlər verilir, tikintidən öncə diqqət çəkən reklam gedir. Amma illər keçdikdən sonra məlum olur ki, həmin yaşayış komplekslərindəki mənzillərin nəinki “kupça”sı yoxdur, hətta qanunsuz olaraq kənd təsərrüfatı təyinatı torpaqlarda inşa edilib. Tikilinin qanunsuz olduğu üzə çıxanda ilk ağla gələn sual inşaata icazə verən strukturların məsuliyyət məsələsi olir.

Amma nə icra strukturları, nə də tikintini aparan şirkətlər məsuliyyətə cəlb olunur. Beləliklə də problem illər sonra “unudulur”, ziyan çəkən yeganə tərəf evi alan insanlar olur ki, onlar da məsələnin həlli üçün üz tutacaq ünvan tapa bilmirlər. Məhkəməyə müraciət də bir çox hallarda zərərçəkənə heç nə qazandırmır.

Adətən Bakı şəhərində tikinti şirkətləri binanın özülünü qazan kimi hazır olmamış mənzilləri satır. Binada yaşayış təmin olunandan sonra isə məlum olur ki, ya şirkətin icazə sənədləri qaydasında deyil, ya da tikinti yaşayış üçün uyğun olmayan ərazidə aparılıb. Nəticədə isə bina sakinləri çarəsiz durumda qalır.

Qeyd edək ki, kənd təsərrüfatı üçün nəzərdə tutulmuş torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanı tərəfindən Nazirlər Kabinetinə müraciət edilməlidir. Yalnız Nazirlər Kabineti torpağın təyinatını dəyişdirəndən sonra orada tikinti aparılmasına icazə verilə bilər.

Bu dəfə də Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” yaşayış kompleksinin “qanunsuz tikili” kateqoriyasına aid olduğu üzə çıxıb. Şəhərcik sakinləri illərdir ki, öz evlərinə dövlət reyestrindən çıxarış (“kupça”) ala bilmirlər.

Sakinlərin kütləvi narazılığına dair sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən, “İlin dörd fəsli” MTK tikinti şirkəti tərəfindən inşa olunan kompleksin minlərlə sakini rəhbərlik tərəfindən aldadılıb. Onlara hər dəfə 3-5 aya “kupça” ilə təmin olunacaqları bildirilib. İndi isə məlum olub ki, kompleksin yerləşdiyi 13 hektar ərazi əslində əkin təyinatlı imiş və orada ev tikilməsi qeyri-qanunidir. Sakinlər şəhərciyin qanunsuz olduğunu evlərinə sənəd düzəltmək üçün “ASAN Xidmət”ə müraciət edərkən öyrəniblər.

Xatırladaq ki, bir müddət əvvəl də "Sevil Massivi" MTK-nın qanunsuz tikinti apardığı üzə çıxmışdı. Hətta bununla bağlı hələ də məhkəmə çəkişmələri davam edir, 3 minə yaxın zərərçəkmiş var. "Sevil Massivi" MTK-nın məsul şəxsləri həm bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, həm də ayrı-ayrı şəxslərin mülkiyyətində olan "At yalı" və "Sonalı sahəsi" adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edib, vətəndaşlara faizsiz kreditlə satıb.

"Sevil Massivi" MTK-dan fərqli olaraq “Yeni Bakı” şəhəriciyində yaşayış var. Hazırda 57 binadan, 3200 mənzildən ibarət kompleksdə 10 min sakin qeydiyyatsız yaşayır. Əkin təyinatlı hektarlarla torpaq sahəsində illər ərzində 57 çoxmərtəbəli bina tikilib və mənzillər satılıb. Amma şəhərciyin qanunsuz olduğuna dair bu müddətdə heç bir fakt üzə çıxmayıb. Yalnız illər sonra bina sakinləri anlayıblar ki, “kupça” ala bilməmələrinin səbəbi nədir.

Maraqlıdır, qanunsuz tikililər aşkarlanarkən bu topraqlarda tikintiyə sərəncam verən icra hakimiyyəti, onların rəhbərləri hansı məsuliyyəti daşıyır?

İqtisadçı-ekseprt Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Abşeron rayonu ərazisində keçmiş icra hakimiyyəti başçısının dövründə əkin sahələrinin qanunsuz olaraq kateqoriyası dəyişdirilib:

“Nazirlər Kabinetinin məlum qərarını bilərəkdən pozublar. Hətta Beynəlxalq Hava Limanının ətrafındakı bütün torpaqları da satıblar. Abşeron rayonu ərazisində vaxtilə sovxozlar, bir çox südçülük kompleksləri var idi. Onlar sovet dövründə əhalinin məşğuliyyətini qismən təmin edirdi. Həmin müəssisələr dayandı və istehsala son verildi. Təbii ki, tikinti şirkəti bunu bilməyə bilərdi. Çünki torpağa sərəncam verən müvafiq icra qurumlarıdır. Bu isə əslində dövlət mülkiyyətinə təcavüz sayılır. Sirr deyil ki, Azərbaycanda torpaq mülkiyyətinə illər boyu icra hakimiyyətləri, o cümlədən, Abşeron rayon İcra Hakimiyyəti müdaxilə edib. Çox təəssüflər olsun ki, bununla bağlı heç kim məsuliyyət daşımır. Təklif edərdim ki, qanunu pozanlar cəzalandırılsın, vəzifədən kənarlaşdırılsın”.
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik