Səfər Mehdiyev gömrüyü kimlərdən təmizləyir? - Gedənlərin yerinə "yadplanetlilər" gətirilir?
Sosial / Dunya
Oxunub: 2 347
9 okt 2018 | 17:18
Səfər Mehdiyev gömrüyü kimlərdən təmizləyir? - Gedənlərin yerinə "yadplanetlilər" gətirilir?















Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin rəhbərliyi zamanında bu sahə daim tənqid hədəfi idi. Qurumun adı rüşvət, sərhəd-keçid məntəqlərində vətəndaşların incidilməsi və s. kimi qanunsuz işlərdə çəkilirdi. Ölkə prezidentinin sərəncamı ilə bu ilin 23 aprelində Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində Aydın Əliyevi Səfər Mehdiyev əvəzlədi. Qeyd edək ki, sədr vəzifəsində təyinat almazdan əvvəl də Səfər Mehdiyev gömrük xidmətində yüksək vəzifə tutur və gömrük xidməti general-leytenantı rütbəsi daşıyırdı. Rəhbərliyin dəyişməsi komitədəki növbəti dəyişikliklərin siqnalı kimi qəbul edilirdi.

Yeni təyinatdan sonra gözlənilən dəyişkliklər başladı və nəticədə bir neçə yüksək vəzifəli gömrük işçisi tutduğu postdan uzaqlaşdırıldı. Onların ayrı-ayrılıqda işdən çıxma səbəbi fərqli olsa da, hadisənin kökündə eyni məsələ - mövcud problemlər dayanırdı. Səfər Mehdiyev sədr təyin olunduqdan bir müddət sonra Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstə ifşa olundu. Əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli bir neçə məmuru işdən çıxarıldı. Yeni sədr Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Fikrət Qədiməliyev və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədovla vidalaşdı.

May ayında Balakən Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Qismətov Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin müvafiq əmrinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürüldü. Bunun ardınca Dövlət Gömrük Komitəsinin sədri qurumun Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayevin işdən çıxarılması ilə bağlı əmr imzaladı. İyul ayında isə ölkə prezidenti İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olundular. S.Mehdiyevin daha bir əmri ilə Faiq Şahbazov Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıldı. Azərbaycana idxal edilməsi qadağan olunan məhsul gətirən avtobusun sürücüsü Sağlam Yücel Receb oğlu ilə sorğu-sual aparıldığı zaman müəyyən edildi ki, o, həmin "metal borular" adlı yükün gömrük postundan keçirilməsində köməklik göstərilməsi üçün "Qırmızı Körpü" gömrük postunun inspektoru Pərviz Hüseynovla sövdələşib və bunun müqabilində Pərviz Hüseynova 400 ABŞ dolları məbləğində pul verib. Araşdırmalar nəticəsində fakt öz təsdiqini tapdı. Sonrası məlumdur. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən, Pərviz Hüseynov tutduğu vəzifədən azad edildi. Fakt üzrə müvafiq sənədlər tərtib olunaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edən gömrük əməkdaşı barəsində xidməti araşdırmaya başlanıldı. S.Mehdiyevin daha bir əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov da sərəncama götürülənlər siyahısında yer aldı. Qeyd edək ki, adları çəkilənlər Gömrük Komitəsində yüksək rütbə daşıyan şəxslərdir. Bunlardan əlavə, bir çox gömrük işçisi də xidməti vəzifələrində yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən azad olunublar. Siyahıdan göründüyü kimi, gömrük xidmətində çalışan 10 yüksək vəzifəli şəxs işdən azad olunub.

Ekspertlərə görə, proses davam edəcək və kim "yandısa, yandı". Amma ən mühüm məqam budur ki, dəyişikliklər gömrük xidmətinə gözlənilən və planlaşdırılan müsbət imici gətirmədi. Əksinə, uzun illərdir gömrüklə bağlı səslənən rüşvət, korrupsiya, qanunsuzluq iddialarının bir növ təsdiqini cəmiyyətə çatdırdı. Qısa müddətdə bu qədər uzun siyahı ilə vəzifəsini, işini itirən kadrların çoxluğu gömrükdə qanunsuz fəaliyyətin miqyasının təxmin edildiyindən də çox olması qənaətini yaratdı. Bu gün də Dövlət Gömrük Komitəsinin fəaliyyətindən şikayətlər az deyil. Görünür, gömrüyün problemləri hələ "dərindədir". Qurumda illərdir elə bir sistem və mexanizm qurulub ki, "təmizlənmək" təkcə ayrı-ayrı adamların vəzifədən azad edilməsiylə nəticə verməyəcək. Öncə iş sistemi dəyişməlidir və prosesə sadələşmiş, şəffaf gömrük məntəqlərinin fəaliyyətindən başlamaq lazımdır.
Cebhe.info
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO