Sahibsiz heyvanlara qulluq - Azərbaycan Heyvanları Xilasetmə Mərkəzindən reportaj
Sosial
Oxunub: 2 180
9 mar 2015 | 19:15
 Sahibsiz heyvanlara qulluq - Azərbaycan Heyvanları Xilasetmə Mərkəzindən reportajSahibsiz heyvanlara qulluq - Azərbaycan Heyvanları Xilasetmə Mərkəzindən reportaj

Bunlar vaxtı ilə küçələrdə yaşayan sahibsiz heyvanlardır. Bu heyvanlar 5 il əvvəl ölkəmizdə yaradılan Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi (AARC) tərəfindən toplanaraq bura gətirilib. Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində, Abşeron rayonu ərazisində fəaliyyət göstərən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin (AARC) yaradılmasında məqsəd kimsəsiz heyvanlara nəzarət etmək, o cümlədən respublikada bu heyvanlara qayğı mədəniyyəti formalaşdırmağa töhfə verməkdir. Sahibsiz heyvanlarının qayğısına qalmaq, onları sağaldaraq yenidən həyata qaytarmaq mərkəzin əsas iş prinsipləridir. Özəl olaraq fəaliyyət göstərən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin ərazisinə daxil olarkən sanki böyük bir bağa düşürsən. 4 hektarlıq ərazidə hər kəs öz işini görür. Kimi itləri gəzdirir, kimi onları yemləyir, kimi bağda ağaclara qulluq edir. Bu heyvanlara ümumilikdə 50-dək şəxs qulluq edir.

...Küçələrdən tapılan sahibsiz itlər əvvəlcə bura karantinə gətirilir. Karantin müddətində müayinə və peyvəndləmə prosesi başa çatdıqdan sonra heyvanların digər əraziyə köçürülməsinə icazə verilir.

...Bura itlərin gəzinti meydançasıdır. Gün ərzində itlər üçün burada gəzinti təşkil olunur. Yay vaxtlarında isə gəzinti müddəti bir qədər də uzadılır.

...Gün ərzində açıq havada olan itlər axşam saatlarında bura yatmağa gəlirlər. Hər bir it öz adları yazılmış otaqlarda saxlanılır. Gördüyünüz kimi bura Betmən və Heraklın otağıdır.
Buranı həm də heyvanların müayinə və müalicə mərkəzi adlandırmaq olar. Ən müasir tibbi avadanlıqlarla təmin olunmuş mərkəz bura gətirilən xəstə heyvanların peşəkar xarici baytarlar tərəfindən sağaldılmasını təmin edir. Hazırda müəssisədə 120-dən çox it-pişik yaşayır. Xəstə küçə heyvanları müalicə prosesi başa çatdıqdan sonra yenidən təbiətə buraxılır. Mərkəzdə bir çox unikal cərrahi müdaxilələr həyata keçirilib - heyvaların göz və çənə nahiyələrində, daxili orqanlarında əməliyyatlar həyata keçirilib. Heyvanlar üzərində təyinatdan asılı olaraq ortopedik əməliyyatlar da aparılıb.

...Heyvanların əməliyyat olunmasına ehtiyac yaranarsa, onlar əvvəlcə əməliyyata hazırlıq otağında prosesə hazırlanır, daha sonra bura gətirilərək əməliyyat masasına uzadılaraq cərrahi əməliyyat olunurlar.
Mərkəzin direktor köməkçisi Vüsalə Ali bildirir ki, sahibsiz itlər bir neçə vaxtdan sonra balalayır və sayları daha da artır. Bunun qarşısını almaq üçün isə sahibsiz itləri axtalamaq lazımdır: "İndiyədək 2 mindən çox heyvan axtalanıb. Onların bəziləri yaşadıqları əraziyə buraxılıb, bəziləri isə burada saxlanılır".

Xidmət əməkdaşları bu avtomobillə küçələrdə olan sahibsiz heyvanları yemlə təmin edirlər. Əgər zərurət yaranarsa, onlar həmin heyvanları bu mərkəzə gətirirlər.
...Gördüyünüz kimi avtomobilin içərisində lazımı avadanlıqlar quraşdırılıb. Hətta yolda gətirilərkən heyvanın əməliyyat olunmasına ehtiyac yaranması ehtimalı da nəzərə alınıb və maşında əməliyyat masası quraşdırılıb.
Mərkəzin əməkdaşları soyuq aylarında könüllülərlə birlikdə xeyli sayda heyvanı yemləyib, dərmanlayıb, soyuqdan donmağının qarşısını alıblar.
Mərkəzdə təkcə sahibsiz itlərə qayğı göstərilmir. Pişiklər də əməkdaşların diqqət mərkəzindədir. Hazırda mərkəzdə 65 pişik var, Onlardan bəzilərinin gözləri görmür, yaxud bir ayağı yoxdur. Ancaq sahibsiz pişiklər burada özlərini rahat hiss edirlər. Yumşaq yataqları, isti yeməkləri var. Deyəsən, nahar vaxtıdır. Çünki pişiklər artıq yemək qablarının ətrafına toplaşaraq nahara hazırlaşırlar.
Hər gün saat 2-də pişiklərin nahar vaxtıdır. Onlara naharda toyuğun döş əti verilir. Mərkəzin əməkdaşı Bəsti Bayramovanın sözlərinə görə, bura gətirilən zaman heyvanların durumunun pis olduğunu deyib: Elə olur ki, heyvanlar çox pis vəziyyətdə olurlar, adamın onlara yazığı gəlir. Biz 4 xanım səhər saat 8-dən axşam 5-dək onların qulluğunda dururuq. Qulaqlarını təmizləyirik, hər gün tüklərini darayırıq. Səhər-səhər toyuq ətindən hazırlanmış sıyıq veririk.

...Siz uzaq səfərə çıxırsınız və sevimli ev heyvanınızı özünüzlə götürə bilmirsiniz. Belə olan halda siz bu mərkəzin mehmanxanasından istifadə edə bilərsiniz.

Heyvansevərlərlə birlikdə müxtəlif tədbirlərin həyata keçirilməsi, bağça və məktəblərdə maarifləndirmə sessiyalarının təşkili, gənc baytarların təcrübə artırmaq məqsədilə təlimlərin keçirilməsi... Bu, mərkəzin gördüyü işlərin yalnız bir hissəsidir. Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA təşkilatı da mərkəzə dəstək verərək, müxtəlif tədbirlər keçirib.
Mərkəzdə xeyli sayda sahibsiz heyvan isti yuva ilə təmin olunub. Buna baxmayaraq küçələrdə hələ də sahibsiz heyvanlar qalmaqdadır. Həmin sahibsiz heyvanların bu mərkəzdə yerləşdirilməsi üçün burada saxlanan heyvanların himayə götürülməsinə ehtiyac var. Odur ki, mərkəz öz qapılarını hər kəsin üçünə açıq elan edib. İstənilən şəxs mərkəzə müraciət etməklə buradan istədiyi heyvanı himayəyə götürə bilər.
Mərkəzin direktor köməkçisi Vüsalə Ali bildirir ki, sahibsiz küçə heyvanlarına qayığını artırmaq üçün bu prosesdə bütün vətəndaşlar iştirak etməlidir: "Əvvəllər biz özümüz küçələrdən heyvanları yığaraq bura gətirirdik. Onlar müalicə olunurdu, burada saxlanırdı ki, insanları onu himayəyə götürsünlər. Çünki bir heyvanı himayəyə götürmək, iki heyvanın xilası deməkdir. Biri özü üçün ailə tapacaq, o birini isə küçədən gətirib qayğısına qalacağıq. Ona görə də çalışırıq ki, insanlar heyvanları himayəyə götürsünlər ki, yerlərimiz azalsın. Biz indi küçədən heyvanları yığıb gətirə bilmirik. Çünki yer yoxdur. Ancaq insanlar da kömək edərsə, biz daha çox heyvanın həyatını xilas etmiş olarıq".
Onu da əlavə edək ki, ötən il Azərbaycanda sahibsiz heyvanlar üçün daha bir mərkəzin təməli qoyulub. Leyla Əliyevanın təşəbbüsü ilə tikiləcək mərkəzdə 5 minədək sahibsiz heyvan yerləşdirilə biləcək. Mərkəzin tikilməsində məqsəd Bakı və ətraf ərazilərdə sahibsiz heyvanların sayının azaldılması, bir sıra yoluxucu xəstəliklərin qarşısının alınmasıdır.

http://apa.tv

Bu gün, 16:00
Xəstəxanalarda yeni qayda: həkimi rənginə görə tanıyacaqlar
Bu gün, 15:33
Prezident onları "Tərəqqi" medalı ilə təltif edib
Bu gün, 15:30
Zəngəzur dəhlizinə TƏHLÜKƏ var? - ABŞ-dan KRİTİK reaksiya
Bu gün, 14:22
Paşinyana “50%-lik baryer” təhlükəsi ciddiləşir
Bu gün, 13:34
Səudiyyə Ərəbistanına ağır zərbə – "Şərq-Qərb" kəməri vuruldu, neft hasilatı çökür
Bu gün, 13:30
Bakıda idman qidaları ilə bağlı fitness zallarında reyd keçirib, qanunsuzluqlar aşkarlanıb
Bu gün, 13:26
MM-də təklif: Bu əmələ görə cərimə 1000-dək qaldırılsın
Bu gün, 12:48
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
Bu gün, 12:45
Azərbaycanda bu əməli törədənlər həbs ediləcək
Bu gün, 11:40
Bu şəxslər məcburi işdən çıxarılacaq
Bu gün, 11:34
Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR
Bu gün, 11:30
Azərbaycanın sürücülük vəsiqələri bu ölkədə tanınacaq
Bu gün, 11:04
Azərbaycanda gömrüklə bağlı daha bir yenilik
Bu gün, 10:48
Kirayə bazarında qiymətlər kəskin qalxdı
Bu gün, 09:44
Dünya mediası yazdı: Tramp müharibəni uduzdu
Bu gün, 09:41
Müctəba Xamenei: İran müharibədə qalib gəlib
Bu gün, 09:31
Yaponiya neft ehtiyaclarını təmin etmək üçün Azərbaycandan əlavə həcmlər alır
Bu gün, 09:26
Ərdoğanla Pezeşkianla danışdı
Bu gün, 09:21
"The Guardian": Trampın komandasının Ukraynaya qarşı səbri tükənir
Bu gün, 09:18
Bakının bir sıra yollarında tıxac yaranıb
Bu gün, 09:00
Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycanın nəzarətinə keçdi?
Dünən, 16:00
DİQQƏT! Sabahdan səhhətinizdə bu problemlər yarana bilər
Dünən, 15:30
Tehrandan Ankara, İslamabad, Pekin, Moskva açıqlaması
Dünən, 14:22
Amerikalılar təşviş içində: İrana rüsum ödəmək məcburiyyətində qalacaqlar
Dünən, 13:00
Separatçılar Bakıya qarşı TOTAL kampaniyaya başladı
Dünən, 12:37
Şirkətin əməkdaşı DÖYÜLDÜ: Restoran rəhbəri HƏBS EDİLDİ
Dünən, 12:33
Prezident qəbul keçirdi - Fotolar