Şəhid adına hörmətsizlik – məktəb, yoxsa xəstəxana? – VİDEO-REPORTAJ
Sosial / Dunya / Video
Oxunub: 859
8 sen 2018 | 21:18
Şəhid adına hörmətsizlik – məktəb, yoxsa xəstəxana? – VİDEO-REPORTAJ














Tovuz rayonu, Alakol kəndinin məktəbliləri hərbi tibb məntəqəsində təhsil alırlar.
“Kommersant.az”ın məlumatına görə, buna səbəb 2016-cı il, mayın 2-də şəhid Nurəddin Sadıqov adına tam orta məktəbin binasında baş verən yanğın olub. Həmin ilin 4 mayından etibarən yanaraq yararsız hala düşən məktəbin şagirdləri təhsillərini kəndin tibb məntəqəsində davam etdirməyə başlayıblar. Rayon təhsil şöbəsinin müdir müavini Murğuz Əsədov mediaya açıqlamasında 2016-2017-ci tədris ilində Alakol kəndində yeni məktəb binasının inşa ediləcəyini desə də, problem hələ ki, həllini tapmayıb.

Qeyd edək ki, məktəb binası birmərtəbəli olmaqla 16 sinif otağından ibarət olub. 200 yerlik təhsil ocağında 301 şagird təhsil aldığından, məktəb binası iki növbəli fəaliyyət göstərirmiş. Hazırda isə Alakol kəndində iki tam orta məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə ümumilikdə 500-dən çox şagird təhsil alır.

Tovuz rayon, Alakol kənd sakini Nəsir Əhmədli redaksiyamıza açıqlamasında bildirib ki, bu kənddəki 2 orta məktəbin heç birinin binası yoxdur:

“Kənddə heç vaxt müasir tipli bina tikilməyib. Bir məktəbin şagirdləri keçmiş kolxoz idarəsinin binasında, digərləri isə tibb məntəqəsinin darısqal binasında təhsil alırlar. Nurəddin Sadıqov adına tam orta məktəb kəndin ən qədim məktəbidir – 1924-cü ildə tikilib. Həmin məktəbə müvəqqəti istifadə üçün tikililər əlavə etmişdilər. Həmin tikililər isə 2016-cı ilin 2 mayında yandı. Sonradan ərazidə tikinti işlərinə başlasalar da, müəyyən müddətdən sonra daşları söküb apardılar. Köhnə binanın isə üstünü tamamilə söküblər. Bu, ürəkağrıdıcı mənzərədir. Düşünürəm ki, onu muzeyə çevirmək olardı”.

“515 imzalı məktuba cavab gəlməyib”

Kəndin digər sakini Vüqar İsmayılov isə “Kommersant.az”a açıqlamasında qeyd edib ki, şəhidin adını daşıyan məktəbin hazırki vəziyyətdə olması ilk növbədə yeniyetmələrin vətən sevgisinə mənfi təsir edə bilər:

“Şərait olmayan yerdə təhsilin gələcəyi də sual altındadır. Təxminən 10 gün əvvəl 515 imza ilə prezidentə və Təhsil Nazirliyinə məktub göndərmişik. Hələ ki, məktuba cavab gəlməyib. Kənd sakinləri dəfələrlə Tovuz rayon icra başçısının qəbulunda olublar. Cavab verilib ki, məktəb tikiləcək. Ancaq konkret vaxt deyən yoxdur. Yanan məktəbin daşlarını rayonun keçmiş icra başçısı Tofiq Zeynalov öz tikintisi üçün taladı”.

“Bu tədris ilini şagirdlər xəstəxanada keçirəcəklər”

Problemin həlli ilə bağlı görülən işlər barədə məlumat almaq üçün Tovuz rayon təhsil şöbəsinin müdiri Validə Hacıyevailə əlaqə saxladıq. V.Hacıyeva redaksiyamıza açıqlamasında bildirdi ki, məktəbin vəziyyəti ilə bağlı Təhsil Nazirliyinə yazılı müraciət edilib:

“Yəqin ki, 2019-cu ilin yanvarından məsələ ilə məşğul olacaqlar. Bu yay olmalı idi. Təhsil Nazirliyinin atdığı addımdır, Nazirliyin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu işlərlə məşğul olur. Bu tədris ilini şagirdlər xəstəxanada keçirəcəklər. Oranın ikinci mərtəbəsi boşdur. 1-ci mərtəbədə isə məntəqə yalnız 1 otaqda yerləşir. Bina yanandan sonra aidiyyatı yerlərə məktublarımızı göndərmişik. Ağstafada yerləşən 6 saylı Təchizat İdarəsi də məsələdən məlumatlıdır. Tovuz rayonunda məktəb binası tikiləcək olsa, ilk növbədə Alakol kəndində inşa ediləcək”.

Cəsarət Valehovdan “cəsarətli” açıqlama

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqədar şöbəsinin sektor müdiri Cəsarət Valehov isə məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirdi ki, əgər Tovuz rayon Təhsil Şöbəsi məsələ ilə bağlı nazirliyə müraciət edibsə, müvafiq strukturlar tərəfindən araşdırma aparılaraq müvafiq qərar qəbul ediləcək:
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik