12 saylı Notariat Kontorunda elektron avtomat «oyunu» - GİLEY
Sosial / Dunya
Oxunub: 727
7 sen 2018 | 17:17
12 saylı Notariat Kontorunda elektron avtomat «oyunu» - GİLEY













Azərbaycanda notariat xidmətlərinə böyük tələbat var və notariat kontorlarının sayı artır, deməli, onlara tələbat artır. İstənilən belə ofisdə vətəndaşların növbə gözlədiyini görmək olar. Onların arasında daşınmaz əmlak alğı-satqısı edən, avtomobilləri idarə etmək üçün etibarnamə verib-alan və digər xidmətlər üçün gələn şəxslər var. Dövlət notariat hərəkətlərinin aparılmasına görə rüsumun həcmini artırır, dövlətin notariat xidmətlərinin göstərilməsindən əldə etdiyi gəlirlər artır, xidmət keyfiyyəti yaxşılaşmır, lakin vətəndaşların notariat kontorlarına axını azalmır.

Bakının Yasamal rayonundakı 12 saylı Notariat Kontoru sənədlərin notariat qaydada təsdiqlənməsinə görə dövlət rüsumlarının qəbulu üçün böyük qırmızı elektron avtomatla "bəzədilib". Məsələ ondadır ki, elektron köşk adlanan bu avtomat pulun qalığını qaytarmır. Bu barədə Turan-a müraciət edən oxucu iki dəfə 12 saylı Notariat Kontorunda oturub, hər dəfə də sənədlərinin hazırlanması üçün saatlarla gözləyib.

Sonuncu dəfə bu, iyulun 25-də, saat 11:00-12:00 arasında olub. Bu müddətdə heç kim köşkə yaxınlaşmayıb, oraya pul daxil etməyib. İşçilər rüsumu nağd şəkildə qəbul ediblər. Lakin vətəndaşlara ödəniş haqda qəbz verilməyib.

Amma inkassatorlar gəlib avtomatın içindəki metal qutunu başqası ilə dəyişiblər, yəni oradan pulları çıxarıblar. Deməli, avtomat işləyir, pulu isə oraya notariat kontorunun işçiləri qoyurlar, həm də vətəndaşların xidmətlərə görə ödəməli olduğu həcmdə. Qalanları isə onların özlərinə qalır, oxucu belə düşünür.

Onun versiyası şəxsi təcrübəyə əsaslanıb. Dövlət notariusu Hünər Hacıyevin tabeliyində olanlar ondan həmin gün öncədən alınmış üç manatdan əlavə 53 manat istəyiblər. Vətəndaşa verilən 1 saylı notariat formasında isə 20 manat məbləğində rüsum alındığı qeyd edilib.

Notariat kontorlarında vətəndaşların aldadılması, həddindən artıq rüsum tələb olunması barədə sosial şəbəkələrdə də yazırlar.

Notariat xidmətlərinə görə rüsumların həcminin göstərildiyi cədvəli axtarmaq məqsədilə Turan agentliyi notariusların tabe olduqları Ədliyyə Nazirliyinin saytını nəzərdən keçirib. Vətəndaşlar üçün lazım olan məlumatlar tapılmayıb. Notariat kontorlarında rüsumlarla bağlı məlumatı aşağldakı informasiya saytından tapmaq mümkün olub:
Linki tıkla:
https://news.day.az/azerinews/982942.html
Qeyd edək ki, 12-ci Notariat Kontorunun divarında xidmətlər üçün ödənişləri göstərən cədvəl asılıb.

Ədliyyə Nazirliyinin rəsmi saytında suallar siyahısına rast gəldik. Nazirliyin notariat kontorlarının fəaliyyətinin əhali tərəfindən necə qiymətləndirildiyini bilməsi üçün həmin sualları cavablandırmaq olar. Biz bu suallara cavab verdik və məlum oldu ki, notariat kontorlarında vətəndaşlar üçün su dispenserləri qoyulmalıdır. Lakin cavablar təsdiqləndiqdən sonra sayt ictimai sorğunun nəticələrini vermədi.

Ədliyyə Nazirliyinə bir neçə telefon zəngindən sonra Turan İA nazirliyin Qeydiyyat və Notariat İdarəsinin nümayəndəsi ilə danışa bildi. Ad və soyadını açıqlamaqdan imtina edən nümayəndə bildirdi ki, vətəndaşlar notariat xidmətlərinə görə rüsumu nağd pul şəklində, İnternet vasitəsilə elektron qaydada və notariat kontorlarında quraşdırılmış elektron köşklər vasitəsilə ödəmək hüququna malikdir.

Vətəndaş bütün hallarda - həm elektron köşk, həm də İnternet vasitəsilə ödəniş edərsə və ya ödəniş üçün nağd pul verərsə qəbz almalıdır.

Bizimlə bağlı indiki halda rüsum ödənilməsilə bağlı bu qanuni variantlardan heç biri işləməyib (qəbz verilməyib).

İkinci sualı cavablandıran məmur deyib ki, İdarədə təlimatların və qanunvericiliyin icrasının daxili yoxlanması həyata keçirilir, günahkarlar cəzalandırılır./Pravdainfo.org
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik