Biznesmen Tepebaşı oğurlayıb 1 milyon dollar tələb edən İradə Rüstəmova kimlərlə əlbir idi... - PROKURORLUQ AÇIQLADI
Sosial / Dunya
Oxunub: 710
4 sen 2018 | 12:44
Biznesmen Tepebaşı oğurlayıb 1 milyon dollar tələb edən İradə Rüstəmova kimlərlə əlbir idi... - PROKURORLUQ AÇIQLADI















Qazaxıstan hüquq-mühafizə orqanları bu ölkədə türkiyəli iş adamını oğurlamaqda şübhəli bilinən və axtarışda olan, Azərbaycanda yaxalanaraq ekstradisiya edilən İradə Rüstəmovanın işi ilə bağlı məlumat yayıb.
Virtualaz.org xəbər verir ki, milliyətcə azərbaycanlı olan, ancaq Qazaxıstan vətəndaşlığı daşıyan qadın 2018-ci ilin iyul ayında bu ölkəyə ekstradisiya edilib. Hazırda o, Astana polisinin təcridxanasındadır.

Astana prokurorluğundan bildirildiyinə görə Rüstəmova əvvəlcədən bir qrup şəxslə əlbir olaraq adam oğurluğunda və hədə-qorxu yolu ilə xüsusilə iri məbləğdə pul tələb etməkdə şübhəli bilinir.

Belə ki, 2017-ci ildə Qazaxıstanda müvəqqəti yaşayan Türkiyə vətəndaşı Taner Aydın və onun birlikdə yaşadığı İradə Rüstəmova Astanada yaşayan türkiyəli biznesmen Dolğun Tepebaşı oğurlamaq qərarına gəliblər. Ər-arvad bu məqsədlə Elnur Rüstəmov, Baqdan Maqamadov və Bislan Dakayevlə əlbir olublar. Onlara deyiblər ki, Tepebaşın 300 min dollar borcu var. Taner Aydın və İradə Rüstəmova bu adam oğurluğu cinayətinə habelə Vaqif Calalıyevi və Zemfira Fərhadovanı da cəlb ediblər.

Sonuncular 2017-ci ilin noyabrında biznesmenlə “Uzbeçka” kafesində iki dəfə görüşüblər və onu aldadaraq kirayə mənzilə aparıblar. Qapını Rüstəmova açıb. Onlar Tepebaşı döyüblər və əl-qolunu bağlayıblar, daha sonra “Volkswagen Touareg” avtomobili ilə Almata vilayətinə aparıblar. Biznesmeni Çemolqan stansiyasında kirayə götürülmüş evdə saxlayıblar.

Bundan sonra Aydın Tepebaşın Türkiyədə yaşayan qardaşından biznesmenin azad edilməsi üçün 1 milyon dollar tələb edib. Cinayətkar qruplaşmanın qalan iştirakçıları Rüstəmova istisna olmaqla bu haqda bilməyiblər və Tepebaşdan 300 min dollar borcunu qaytarmağı tələb ediblər. Tepebaşın heç bir borcu olmadığına əmin olandan sonra onu azadlığa buraxıblar.

Oğurlanmış biznesmen Elnur Rüstəmovu, Maqamedovu, Dakayevi, Calalıyevi və Fərhadovanı bağışlayıb. Cinayət işi tərəflərin barışmasına görə bağlanıb. Adam oğurluğunun təşkilatçısı Taner Aydın hazırda axtarışdadır. İradə Rüstəmova isə qaçıb Azərbaycanda gizlənibmiş. Onun barəsində beynəlxalq axtarış elan olunub.

Dolğun Tepebaş “Kaztur Texnik” şirkətinin baş direktorudur, bu şirkət ixtisaslaşmış tikinti işlərini yerinə yetirir. İyulun 30-da Qazaxıstanın Baş prokurorluğu İradə Rüstəmovanın Azərbaycandan ekstradisiya olunduğunu elan etmişdi. Lakin onun adı keçən cinayət işinin təfərrüatları məlum deyildi.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu