Təhsil nazirliyinin qərarı belə narazılıq yaratdı - Prezidentə şikayət olundu
Sosial / Dunya
Oxunub: 710
31 avq 2018 | 13:40
Təhsil nazirliyinin qərarı belə narazılıq yaratdı - Prezidentə şikayət olundu















Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Heydər oğlu Əliyevə

Azərbaycanın birinci xanımı, 1-ci vitse-prezident Mehriban xanım Əliyeva

Cənab Prezident, çox hörmətli 1-ci vitse-prezident!

Sizə məktubla müraciət edən Bakı Şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev – 95 ünvanında yerləşən şəhid Tərlan Heybətovun adını uzun illərdir daşıyan 126 saylı tam orta məktəbin müəllim, texniki heyəti və həmin məktəbin valideyn kontingentidir- bir sözlə Azərbaycan vətəndaşları.

Cənab Prezident, Sizin respublikamızın dayanmadan inkişafı, daxili və xarici siyasət xəttinin dinamik inkişaf yolunda əvəzsiz rolunuzun olmasını bütün Azərbaycan xalqı bilir və Sizi dəstəkləyir.

Amma bu gün bizim məktəbin taleyi sual altındadır. Belə ki, 29.08.2018-ci il tarixdə məzuniyyətdən qayıdan müəllimlər məktəbin qonşuluqda yerləşən “Vətən“ idman məktəbi ilə birləşmə xəbərini aldı.Təhsil Nazirliyi tərəfindən məktəbə göndərilən Binəqədi rayonunda yerləşən 248 saylı tam orta məktəbin direktor əvəzi, Təhsil Nazirliyinin əməkdaşı Xəyyam Fərəcov kobud şəkildə müəllimlərin hüququnu pozaraq, onları dinləmədən öz izahatını verdi. İbtidai siniflərin qonşu 244 nömrəli tam orta məktəbə köçürülməsini bildirdi. Amma ibtidai sinif müəllimlərinin “ nə zaman siniflərə gedə bilərik” sualına – “ 17 sentyabrda dərs başlayanda biləcəksiniz” cavabını verdi. 5 yaşlıların qeydiyyat səhifəsində 126 nömrəli məktəbin müəllimlərinin adlarının olmaması sualı – hələ o işə baxan təhsil nazirliyinin işçisinin məzuniyyətdə olması ilə izah olundu. 5 yaşlılara dərs deyəcək müəllimlərin 02.09.2018-ci ildən başlayacaq təhsil kurslarında müəllimlərin iştirak etməməsi də “3 nəfər müəllimə yenidən kurs təşkil olunacağı”bildirildi.

Cənab Prezident, nazirliyin əməkdaşı “artıq hər iş hesablanıb, möhürlənib, təsdiqlənib. Nazirin əmrinin müzakirə olunmasının deyil, həyata keçirilməsinin vacibliyindən danışdı”.

Cənab Prezident, Sizin hərtərəfli savada, biliyə malik olduğunuz bəllidir. Təhsil nazirliyinin əməkdaşı hələ də bilmir ki, müəllim artıq indidən harada dərs keçəcəyini bilməli və valideynləri təlimatlandırmalıdır.

Cənab Prezident, Sizə bildirmək istəyirik ki, bizim ərazidə - Abay Kunanbayev 95 ünvanında 2 tam orta məktəb, 3 bağça və 6 seçki məntəqəsi fəaliyyət göstərir. Məktəblərin ərazisində 3 göydələn inşa olunub. O binalardan gələn şagirdlər sıxlığının qarşısında 1 məktəb -244 saylı məktəb necə fəaliyyət göstərəcək? Hal – hazırda Sizin və Respublikanın birinci xanımının – Mehriban xanımın təşəbbüsü ilə ucqar rayonlarda yeni məktəblərin tikildiyi bir zamanda Bakı şəhəri, Binəqədi rayonu , 7-ci mikrorayonun ərazisində 2 məktəbdən 1-nin idman litseyi,digərinin tam orta təhsil müəssisəsi olması şagird sıxlığının qarşısını ala biləcəkmi? 2019/2020-ci tədris ilində ibtidai bazası olmayan bir məktəbdə 5-11-ci siniflərdə şagird azlığı olacağı təqdirdə həmin siniflərdə işləyən fənn müəllimlərinin aqibəti necə olacaq? Təhsil Nazirliyi 80 nəfərlik idman məktəbinə 1005 nəfərlik tam orta məktəbi qurban verir.

Cənab Prezident, inanırıq ki, 126 saylı məktəbin müəllim və valideyn heyətinin gələcək fəaliyyəti Sizin uzaqgörən siyasətiniz nəticəsində tezliklə öz həllini tapacaq.


Hörmətlə:
Şəhid Tərlan Heybətov adına 126 saylı məktəbin kollektivi \\moderator.az\\
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu