"Atəşgah" Sığorta Şirkəti belə narazılıq yaradır - Siyasilər də giley edir...
Sosial
Oxunub: 612
30 avq 2018 | 16:43
"Atəşgah" Sığorta Şirkəti belə narazılıq yaradır - Siyasilər də giley edir...















"Atəşgah" Sığorta Şirkəti ilə bağlı eybəcərlikləri deməyə məcburam. Demək istədiyim budur ki, şirkətlərə, komitələrə, nazirliklərə ayrı-ayrılıqda fikir bildirmək siyasətçi kimi bizə uyğun deyil. Hər məsələyə kompleks və sistemli yanaşmağın tərəfdarıyam. "Atəşgah" SŞ-nin isə qanunsuzluqlarda, vətəndaşları incitməkdə, qanunları ayaq altına salıb tapdamaqda, orada işləyənlərin çoxmərtəbəli və mürəkkəb korrupsiya piramidasında batdığını nəzərə alaraq bunu yazıram”.

Bunu AXCP sədri Razi Nurullayev deyib.

Onun sözlərinə görə şirkət öz mənafeyi naminə vətəndaşlar üçün problemlər yaradır:

“Rusiya vətəndaşının yenicə aldığı "Toyota" markalı maşın Bakıda arxadan vurulur. Vətəndaş günahını boynuna alır və polis də lazım olan kağızı təqdim edir. Sənəd "Atəşgah" SŞ-nə təqdim olunur. Vətəndaş bir gün sonra öz vurulmuş maşını ilə Rusiyaya qayıdacaq. Şirkət deyir ki, üç gün sonra gəl... Çox çək-çevirdən sonra könülsüz maşının şəklini çəkməyə razı olurlar. İsrarla deyirlər ki, maşın burada və bizim dediyimiz servisdə təmir edilməlidir. Vətəndaş deyir ki, maşın yenicə alınıb və Toyota servis mərkəzində qeydiyyatdadır. Buna görə də o, ancaq Toyota servis mərkəzində təmir edilə bilər. Siz pulunu hesablayın verin və mən özüm yaşadığım ölkədə Toyota servis mərkəzində təmirə verəcəm.

Əməkdaş (əməkdaş qoyaq bir kənara, bunların başda duranları da elə bu düşnücədədir və yarıtmaz idarəçidirlər. Bu barədə az sonra) deyir ki, xeyr, bizim qarajda olmalıdır. Vətəndaş soruşur ki, yaxşı olsun, o qarajın lisenziyası varmı, lisenziyası olarsa, Toyota mərkəz qəbul edə bilər. Əks halda, Toyota servis onu növbəti xidmət müddətindən məhrum edər. Əməkdaş israr edir ki, lisenziyası yəqin ki, var. Vətəndaş həmin xidmətə zəng edir ki, servis haqqında rəsmi sənəd verə biləcəksinizmi? Onlar, yox cavabı verir, belə çıxır ki, lisenziyaları yoxdur”.

Partiya sədri qeyd edib ki, belə mənzərə ortaya çıxır ki, "Atəşgah" SŞ özünün yaratdığı və ya razılaşdığı bir təmir xidməti ilə korrupsiya piramidası qurub:

“Hər bir sürücü bilir ki, sığorta şirkətləri hansı maxinasiyalar edir. Əməkdaşlar sürücülərlə belə razılaşaraq, daha çox məbləğ yazır və sonra artıq məbləği sürücü sığorta əməkdaşına qaytarır. Güman edirəm ki, "Atəşgah" SŞ-nin başında dayananlar qəzalar üçün bir neçə dəfə şişirdilmiş ödənişlərin böyük qismini "otkat" şəklində mənimsəyirlər.

Şirkətin səhifəsində göstərilmiş 940 nömrəsinə zəng edirəm, özümü təqdim etdikdən sonra rəhbərliklə danışmaq istədiyimi bildirirəm. Telefonda gözlədirlər məni və sonra deyirlər ki, rəhbərlik sizinlə danışa bilməz.

Səhifəyə daxil oldum və rəhbərliyin tərcümeyi-halına baxdım. Xaricdə oxuyublar, zəngin iş təcrübələri var və kifayət qədər gəncdirlər. Belə bir sual meydana çıxır. Siz kimsiniz?

Özünüzü çəkib hansı dağın zirvəsinə qoyursunuz? Bəlkə güvəndikləriniz var? Bilin ki, sizinlə mübarizə aparacam və sizi diz üstə gətirməyə çalışacam. Qanunsuz əməllər bilin ki, bir gün üzə çıxacaq və hər kəs etdiyi qanunsuzluq, özbaşınalıq, dikbaşlıq və mədəniyyətsizliyə görə cavab verməli olacaq”.

Razi Nurullayev Maliyyə Bazarlarına Nəzarət Palatasına məsələ ilə bağlı zəng etdiyini və məsələnin aidiyyatı qurumlarla birlikdə hüquqi müstəvidə həll edəcəyini bildirib. O, deyib ki, "Atəşgah" SŞ-nin qanunsuz əməlləri araşdırılıb ictimailəşməlidir ki, onların iç üzü hər kəsə aydın olsun.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu