Bakıda yenə tıxaclar başlayacaq – Ekspert çıxış yolu GÖSTƏRDİ
Sosial
Oxunub: 535
28 avq 2018 | 22:54
 Bakıda yenə tıxaclar başlayacaq – Ekspert çıxış yolu GÖSTƏRDİ













Azərbaycanda məktəblərin açılmasına çox az vaxt qalıb. Hamıya məlumdur ki, məktəblər açılandan sonra yollarda avtomobil sıxlığı olur. Həm yay istirahətindən gələnlərin şəhərə qayıtması, həm də övladlarını məktəbə aparan valideynlərin fərdi nəqliyyat vasitələri ilə yollara çıxması tıxaclara səbəb olur. Bəs görəsən bu tıxacların qarşısının alınması üçün nələr edilməlidir?

Məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib ki, nəqliyyatın rahat hərəkətini qaydasına salmaq təkcə məktəblər açılanda yada düşməməlidir.

“Bu, kompleks tədbirlərdir, hər zaman həyata keçirilməlidir. Təkmilləşdirmə işləri aparılmalıdır. Tıxacların qarşısını almaq üçün bir neçə istiqamətdə iş görülməlidir.

Birinci istiqamət odur ki, şəhərin bütün küçələrində, prospektlərində rahat hərəkət üçün bütün maneələr aradan qaldırılmalıdır. Bəzi küçələr var ki, həmin küçələrdə tikinki gedir və ya binalar yola maneə yaradır. İmkan daxilində elə etmək lazımdır ki, alternativ küçələr, yollar olsun.

İkinci istiqamət odur ki, şəhərdə qanunsuz parklanmalarla mübarizə aparılmalıdır. Yol hərəkəti elə təşkil olunmalıdır ki, dayanma-durma, parklanma ilə bağlı anlaşılmazlıqlar qalmasın. Dayanma-durma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunmalıdır.

Üçüncüsü və ən vacib istiqamət ictimai nəqliyyatdır. Dünyanın inkişaf eləmiş ölkələrinin istənilən birinin təcrübəsinə baxsaq görərik ki, orada nəqliyyat problemlərinin həllində əsas məsələ insanlara keyfiyyətli, təhlükəsiz ictimai nəqliyyatın verilməsidir. Elə olan halda şəhər sakinləri görür ki, harasa avtomobillə gedəndə parklanma və ya başqa problem yaranacaq. Azərbaycanda da ictimai nəqliyyat yaxşılaşdırılmalıdır. Şəhərin müxtəlif istiqamətlərində, şəhərdən çıxışlarda ictimai nəqliyyat şəbəkəsi elə qurulmaldır ki, insanlar məmnuniyyətlə fərdi nəqliyyatlarını qoyub ictimai nəqliyyata keçsinlər.

Ekspert deyib ki, Azərbaycanda, xüsusilə də Bakıda ənənəvi olaraq dərs açılanda valideynlər övladlarını məktəblərə fərdi avtomobilləri ilə gətirirlər.

“Bu da küçələrdə tıxacların yaranmasına səbəb olur. Bunun qarşını almaq üçün məktəblərdə şagirdlərin yerləşdirilməsinə diqqət etmək lazımdır. Uşaqlar imkan daxilində yaşadıqları ərazidə olan məktəblərə getsinlər. Belə məktəblərə gedəndə nəqliyyata ehtiyac olmur. O məktəblər ki, fərqli təhsil verir, liseydir, ödənişlidir, onlardan tələb etmək lazımdır ki, əgər müstəqil maliyyə məbləği varsa məktəb avtobusları yaratsınlar, təşkil etsinlər. Bu istiqamətlərdə işlər getməlidir”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu