Bank müdiri talassemiya xəstəsinin pulunu mənimsədi – Azərbaycanda iyrənc cinayət
Sosial
Oxunub: 462
25 avq 2018 | 17:17
Bank müdiri talassemiya xəstəsinin pulunu mənimsədi – Azərbaycanda iyrənc cinayət














Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının "Yeni Gəncə” şöbəsinin müdirinin məhkəməsi başlayıb.

Ölkə.az” xəbər verir ki, cinayət məcəlləsinin bir neçə maddəsiylə təqsirləndirilən Əlizadə Cəlil Tofik oğlunun məhkəmə prosesinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Sevindik Əzizov sədrlik edir. Cinayət işində 12 nəfər şəxs zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının "Yeni Gəncə” şöbəsinin müdiri Cəlil Əlizadə 2018-ci ilin aprel ayında ailəsi ilə birgə ölkədən qaçarkən sərhəddə saxlanılıb.

Bir milyon manatdan çox pul ilə ölkədən qaçarkən saxlanılan bank müdiri Cəlil Əlizadə barəsində yeni faktlar ortaya çıxıb.

İttiham aktına görə, cinayət işində zərəçəkən kimi tanınan Gəncə şəhər sakini Ayfər Abbasova ifadəsində bildirib ki, "Beynəlxalq Bank”ın Gəncə filialının "Yeni Gəncə” şöbəsinin rəhbəri olan C.Əlizadə onun qızının müalicəsi üçün toplanan 14 min dolları mənimsəyib:

"Qızım Fatimə Əmiraslanova Beta Talassemiya xəstəliyindən əziyyət çəkir. Onun üçün xeyriyyə kampaniyaları keçirildi və müxtəlif banklarda açılan hesablara yardım edildi. Ümumi olaraq 24 min dollar yığıldı, qızımın əməliyyatına isə 150 min dollar lazım idi”.

A.Abbasova qeyd edib ki, həkim işləyən bacısı vasitəsilə C.Əlizadəni tanıyıb:

"Bacım Cəlilə qızımın əməliyyatı ilə bağlı danışıb. Bir neçə gün sonra Cəlil mənə zəng edib devalvasiyaya görə manatın öldüyünü dedi və pulu dollara çevirib banka yüksək faizlə əmanət qoymağı təklif etdi. Mən də pul artsın deyə razılaşdım, ona 24 min dollar verdim".

Bir müddət sonra donor axtarışına görə 10 min dollar ondan alıb bank hesabıma qoydum. Qalan 14 min dolları isə dəfələrlə istəsək də Cəlil hər dəfə bir bəhanə uydurub vermədi. Axırıncı dəfə dedi ki, filan tarixdə görüşüb pulunu verəcəyəm.

Həmin gün nə qədər zəng etdik, onun nömrəsinə zəng çatmadı. Banka gedəndə öyrəndik ki, bir milyon pulla arvadı ilə birgə ölkədən qaçarkən tutulub. Amma onunla birgə qaçan arvadı Aygül Qurbanova hazırda məktəbdə dərs deyir və işə çıxır.

Qızımın müalicəsi üçün yardım edənlər də məndən hesabat tələb edir, nə onlara, nə də qızıma cavab verə bilirəm”.

Qeyd edək ki, C.Əlizadə, eyni zamanda banka qoyulan depozitləri oğurlayıb, müxtəlif şəxslərin adına kreditlər rəsmiləşdirərək ələ keçirib. O, tutulmamışdan iki ay əvvəl öz ərizəsi ilə işdən azad olunub.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi