«13 — CÜ KOLON»DAKI DUSTAQ JURNALISTLƏRIN HƏYATI TƏHLÜKƏDƏ — RƏISDƏN ŞIKAYƏTLƏNƏNLƏR HƏDƏLƏNIBLƏR
Sosial / Dunya
Oxunub: 733
24 avq 2018 | 14:12
«13 — CÜ KOLON»DAKI DUSTAQ JURNALISTLƏRIN HƏYATI TƏHLÜKƏDƏ — RƏISDƏN ŞIKAYƏTLƏNƏNLƏR HƏDƏLƏNIBLƏR














Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan jurnalist həmkarlarımızın özlərinin və ailə üzvlərinin müəssisədə hökm sürən acınacaqlı vəziyyətdən və Penitensiar Xidmətin məmurlarının özbaşınalıqlarından şikayət ehtiva edən müraciətnamələri deryaz.az saytında dərc edəndən sonra müəssisə rəhbərinin təpkili reaksiyası özünü çox gözlətməyib… Dövlət başçısına ünvanlanan həmin müraciətnamələr dərc olunmazdan az öncə CÇM-nin rəisi Azər müəllim ilə telefon əlaqəsi saxlayıb münasibətini öyrənməyə çalışmış, bəzi suallarımızı cavablandırmasını istəmişdik. Rəis bu mövzuda danışmaq istəməyib Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri cənab Mehman Sadıqovla əlaqə saxlamağımızı məsləhət görmüşdü. Bağlantı qurduğumuz Mehman müəllim isə bizimlə söhbətdə müraciətnamələrdə barəsində söz açılan neqativ halların mövcudluğunu istisna etdi. Amma bu, bizim suallarımıza axtardığımız cavab deyildi. Redaksiyamıza daxil olan məlumata görə, «13-cü kolon»un rəisi saytımızdakı yazının işıq üzü gördüyü günün ertəsi saat 16:30 radələrində dustaqları cərgəyə düzüb onların qarşısında qəzəbli çıxış edib. Deyib ki, «burda yatan 3-4 jurnalistə tezliklə qanuni yolla göstərəcəyəm çöldəki həmkarlarına məlumat ötürmək, burdakı məsələləri ictimailəşdirmək nə deməkdir. Bir dılğır jurnalist mənə zəng edib mövqeyimi öyrənməyə çalışır, nəsə yazıb. Hə, nə olsun? Mənim heç kəsdən nə qorxacağım, nə də çəkinəcəyim var. Hələliksə, qurban olasınız Qurban bayramına!..» Bildirilir ki, həmin dustaqlardan biri özündənrazı rəisə dövlət başçısının çıxışlarında insan və vətəndaş hüquqları haqda dediklərindən sitatlar xatırladıb və sual verib ki: «Sizdə bu kin-küdurət hardandır? Bu yolla Siz ölkə rəhbərliyinə qarşı narazılar ordusu yaratmaq istəyirtsiniz?» Və bu suallar onu özündən çıxarıb. Məlumata görə, rəis dustaq jurnalistlərə onları karserə salacağını vəd edib. Odur ki, onlar indi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevdən kömək istəyərək, təhlükəsizliklərinin təmin olunmasını xahiş edirlər.

P.S. Sorğularımızla bağlı Penitensiar Xidmətin mətbuat xidmətin rəisi cənab Mehman Sadıqovla yenidən əlaqə saxlayıb həbsxanada baş verən olaylarla bağlı münasibətini öyrənmək istədik.Mehman müəllim 13 saylı kolonun rəisini xeyli tərifləyib bildirdi ki,»inanmıram bu həssas dönəmdə Azər müəllim belə bir addım atsın». Bizim təkiidimizdən sonra Mehman müəllim rəislə danışıb məsələyə yenidən aydınlıq gətirilməsi üçün bizimlə əlaqə saxlayacağına söz versə də indiyə qədər nə Azər müəllimdən, nə də ki, Mehman müəllimdən səs soraq çıxmadı.
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması