140 min pul vermişəm, 90 mini qaytarmayıb…” - Həbib Axundovun zərərçəkmiş olduğu məhkəmədən
Sosial
Oxunub: 504
21 avq 2018 | 12:00
140 min pul vermişəm, 90 mini qaytarmayıb…” - Həbib Axundovun zərərçəkmiş olduğu məhkəmədən














Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Elmira Axundovanın oğlu Həbib Axundova və digər şəxslərə pul "atmaqda” təqsirləndirilən Elnur İbrahimovun məhkəməsi keçirilib.

"Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə şahid Anar Surxayzadə məhkəmədə ifadəsində bildirib ki, əvvəllər Vergilər Nazirliyində işləyib: "Sonra əmək müqaviləmə xitam verildi, indi işsizəm. O vaxt iş adı ilə pul alıb vermişəm. Bilirdim ki, Elnur kartric alveri ilə məşğul olur. Deyirdi kartricləri burdan alır. Elnura biznes üçün 140 min pul vermişəm, 90 mini qaytarmayıb, zərərçəkmişəm. Qazancdan 5-10 faiz mənə verəcəkdi. Dostum Anar Babayev vasitəsilə Elnuru tanıdım, o da pul vermişdi. Bir müddət faizləri ödədi, sonra dayandı. Sonra bildim ki, Elnurun dostum Anara, Həbib Axundova, Fərman Məmmədova və Ziya adlı şəxslərə borcu var idi. Ona görə də mən şikayət etmədim ki, onsuz da pulumu ala bilməyəcəkdim".

Hakim bildirib ki, A. Surxayzadə vergi orqanında işlədiyi müddət ərzində E. İbrahimovun evini öz adına keçirib sataraq pulu Xalid adlı şəxsə verib: "Siz dövlət qulluqçusu ola-ola bizneslə məşğul olmusuz. Bu da qanunla qadağandır. Sizin bu əməlinizə məhkəmə hüquqi qiymət verəcək".

Zərərçəkmiş Ramin deyib ki, E. İbrahimovu pulları batandan sonra tanıyıb: "Mən Murad Mehdiyevə 199 min vermişəm. Onun pulları Elnura verdiyini bilmirdim. İndi də pulumu Muraddan tələb edirəm. Məndən 16 min də aldılar dedilər ki, "dayıya verəcəyik".

Əlavə şahid qismində çağırılan SOCAR-ın əməkdaşı Murad Mehdiyev dindirilib. O, pul aldığını etiraf etsə də, dəqiq məbləği bilmədiyini deyib: "Almışam da, qaytarmışam da".

Şahid Anar Babayev barəsində məcburi gətirilmə qərarı verilib.

İttihama görə, E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digər şəxslərdən biznes qurmaq adı ilə təxminən 1 milyon manat alaraq dələduzluq yolu ilə mənimsəyib.

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınıb. E.İbrahimov H.Axundovun 100 min manat pulunu ələ keçirməkdə ittiham edilir. Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub. İstintaq zamanı E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib. Zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildiriblər.
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”